Anar Ağayev: "Finaldan gözləntilərim ancaq qələbədir
Anar Ağayev: "Finaldan gözləntilərim ancaq qələbədir"
"Finaldan gözləntilərim ancaq qələbədir".
Oxu.Az xəbər verir ki, bunu Moskvada keçirilən "Yeni dalğa 2024" müsabiqəsinin yarımfinalında uğurla çıxış etmiş Anar Ağayev jurnalistlərin suallarını cavablandırarkən söyləyib.
"Böyük bir sevinc hissi ilə bu məlumatı sizinlə paylaşıram. "Yeni dalğa" müsabiqəsinin finalçıları arasında yer tutmuşam. Bu mənim üçün böyük bir nailiyyətdir. Ümumilikdə minə yaxın ərizə verilmişdi. Seçilmiş 13 finalçıdan biri olmaq mənə nəsib oldu. Bu, qürurverici bir hissdir", - deyə o bildirib.
A.Ağayev vurğulayıb ki, yarımfinalda Mikayıl Vəkilovun mahnılarını səsləndirib:
"Düşünürəm ki, bu, Azərbaycan musiqisi üçün mühümdür, çünki beynəlxalq arenada məhz öz bəstəkarlarımızın mahnıları səslənir. Azərbaycan musiqisini bütün dünyada tanıtdırmaq üçün əlimdən gələni edəcəyəm".
Xatırladaq ki, Moskvada keçirilən gənc populyar musiqi ifaçılarının Beynəlxalq "Yeni dalğa 2024" müsabiqəsinin yarımfinalında uğurla çıxış edən azərbaycanlı müğənni Anar Ağayev Vətənə qayıdıb.
Qeyd edək ki, Anar Ağayev "Bakı Payızı 2023" milli musiqi müsabiqəsinin qalibidir.
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Şərəf' ordeni ilə təltif edilən Valeh Ələsgərov kimdir?
AQEM platformasında Azərbaycanın siyasi mesajları və strateji prioritetləri
Bu gün Füzulinin işğaldan azad olunmasından altı il ötür
Ramiz Mehdiyev YAP Veteranlar Şurasından çıxarıldı
ABB-də nə baş verir? – Vətəndaşın pulu yoxa çıxıb
DİQQƏT: Bankdan kredit ala bilmirsinizsə, səbəb bu ola bilər
Bir ailənin üzvləri qəzaya düşdü - Ölənlər və yaralananlar var
"Qarabağ" "Neftçi"yə, "Qəbələ" "Sabah"a qarşı
PAŞA Bankın dəstəyi ilə ölkəmizdə növbəti yaşıllaşdırma və gənc iş adamlarına dəstək layihəsi həyata keçirilib
"Neftçi" yenidən önə keçdi - Canlı-Yenilənir
Günel Bədəlovaya yüksək vəzifə verildi
İCMA nümayəndələri Yaponiyada Azərbaycan səfiri ilə görüşüblər - FOTOLAR
Zaqatalada dəhşət: rus sürücü TIR-la qadının üstündən keçdi
Bərdədə dəhşət: Sanitar huşsuz pasiyenti 40 dəqiqə döyüb, xəstəxananı şantaj etdi
Prezidentin mesajı: Müharibə cinayətləri cəzasız qalmamalıdır