Anası koronavirusdan sağalan məşhur teleaparıcı: "Həkimlərə təşəkkür edirəm
Anası koronavirusdan sağalan məşhur teleaparıcı: "Həkimlərə təşəkkür edirəm"
"Anam dünən müalicə aldığı Bakı Sağlamlıq Mərkəzindən evə buraxılıb. Hazırda vəziyyəti yaxşıdır".
Bunu Oxu.Az-a bir müddət əvvəl anası koronavirusa yoluxan həmkarımız, ATV telekanalının aparıcısı Pərvin Əsgərli deyib.
Onun sözlərinə görə, anasının vəziyyəti normaldır və özünü rahat hiss edir:
"Ötən gün xəstəxanadan evə buraxıldı. Artıq evdə yüngül müalicəsi davam etdirilir. Çox şükür, özünü yaxşı hiss edir. Bir az halsızlığı var. Amma həkimlər bunun ola biləcəyini deyir. Təxminən bir ay ərzində orqanizm özünü topladıqdan sonra bu halsızlıq da keçib gedəcək.
Bir daha Bakı Sağlamlıq Mərkəzinin bütün rəhbərliyinə, koronavirus xəstələrinə baxan, onları sağlamlıqlarına qovuşduran bütün həkimlərə təşəkkür edirəm".
Könül Cəfərli

Rusiya danışıqlar üçün şərt qoymur - Peskov
Elnarə Xəlilova da iynə ilə arıqlayır
Yeni mənzil alarkən maksimum qazanc əldə etməyin qaydası açıqlandı
Konqresmen: "Ermənistan və Azərbaycan Trampın prezidentliyinin sonuna qədər sülh müqaviləsi imzalaya bilərlər"
Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama
Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı
Azərbaycanda "rəqabət xəritəsi" hazırlanacaq, bəzi bazarlarda qaydalar dəyişəcək
ABŞ səfirliyi Azərbaycana təşəkkür etdi
Aşk-ı Memnu'nun aktrisasında xərçəng aşkarlandı - FOTO
Serhat Kılıçın rolu ona verildi - Foto
İsmayıl Kartal öz postunda qaldı
Futboldan ömürlük uzaqlaşdırıldılar
İngiltərə Premyer Liqasında ötən ayın ən yaxşı baş məşqçisi və futbolçusu açıqlanıb
Azərbaycanda bir sıra məhsul və xidmət bazarları rəqabətli modelə keçəcək
Qırmızı Ürəklər Fondunun "Onu Oxut" aksiyası yekunlaşıb