Ankarada "Azərbaycanlı şəhid uşaqların xatirəsinə" adlı konsert proqramı keçirilib - FOTO

Ankarada "Azərbaycanlı şəhid uşaqların xatirəsinə" adlı konsert proqramı keçirilib - FOTOAnkarada "Azərbaycanlı şəhid uşaqların xatirəsinə" adlı konsert proqramı keçirilib - FOTO
Bu gün Ankara Opera və Balet Teatrında Azərbaycana dəstək məqsədi ilə bədii proqram təşkil edilib.
APA-nın yerli bürosunun xəbərinə görə, proqram Azərbaycanın Türkiyədəki Səfirliyi, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondu (TADƏHF), Anadolu Mədəniyyətlərin Araşdırılması və İnkişafı Dərnəyi tərəfindən təşkil edilib.
"Bu gün dünyada davam edən müharibələrdə çox təəssüf ki, uşaqlar və dinc insanlar da həyatlarını itirirlər. Azərbaycanın haqlı savaşında şəhid olan Azərbaycanlı körpələrin əziz xatirələri üçün bu konserti təşkil etdik", – deyə proqramın solisti, fleyta ifaçısı Şəfiqə Kutluər çıxışında bildirib.  
Ankara Opera və Balet Teatrının solisti Şənol Talınlı Azərbaycan xalq mahnılarını, tanınmış bəstəkarlarımızın məşhur bəstələrini ifa edib.
Solistlər Şəfiqə Kutluəri və Şənol Tanlını Ankara Opera və Balet Teatrının Azərbaycandan olan pianoçu Nailə Əhmədova, tarzən Murad Akçay, violonçel ifaçısı Sevinc Əliyeva müşayiət edib. 
İfaları ilə Azərbaycanın zəfərini tərənnüm etdirən musiqiçilər ankaralı tamaşaçılar tərəfindən rəğbətlə və sürəkli alqışlarla qarşılanıb.
Azərbaycanın Türkiyədəki Fövqəladə və Səlahiyyətli Səfiri Xəzər İbrahim ifaçılara təşəkkür edib.
TADƏHF rəhbəri Aygün Əttar bildirib ki, Ankara Opera və Balet Teatrının ifaçılarının iştirakı ilə belə bir konsert proqramının Şuşada da keçirilməsi nəzərdə tutulub. 
Qeyd edək ki, Ankara Opera və Balet Teatrının zalında Azərbaycanla bağlı fotosərgi də nümayiş olunub.
Ankarada "Azərbaycanlı şəhid uşaqların xatirəsinə" adlı konsert proqramı keçirilib - FOTOAnkarada "Azərbaycanlı şəhid uşaqların xatirəsinə" adlı konsert proqramı keçirilib - FOTOAnkarada "Azərbaycanlı şəhid uşaqların xatirəsinə" adlı konsert proqramı keçirilib - FOTOAnkarada "Azərbaycanlı şəhid uşaqların xatirəsinə" adlı konsert proqramı keçirilib - FOTOAnkarada "Azərbaycanlı şəhid uşaqların xatirəsinə" adlı konsert proqramı keçirilib - FOTO

Sosial       Tarix: 27 noyabr 2020
f Paylaş

Oxşar xəbərlər

Sentyabrın 15-i ilə bağlı iki qurumdan birgə açıqlama

Yeni tədris ili ərəfəsində məktəb ətrafında təhlükəsizlik tədbirləri gücləndirilir. xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) birgə məlumat yayıb. Məlumat

İsmayıllıda baş vermiş kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb

İsmayıllı rayonu, Hacıhəsənli kəndində toy məclisində avqustun 20-də baş verən kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb. Bu barədə -a Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib

Ağdamda traktor minaya düşüb

Ağdam rayonunda traktor şum işləri apararkən minaya düşüb. Hadisə rayonun Sarıcalı kəndində baş verib. İlkin məlumatlara görə, traktor texnika əleyhinə minaya düşüb. Partlayış zamanı texnikaya ciddi ziyan dəysə də, sürücünü

Bu şəxslər 10 min manatadək cərimə olunacaqlar

Ağacların üzərinə qanunsuz yerləşdirilən 267 reklam qurğusu sökülüb. xəbər verir ki, bu barədə Dövlət Reklam Agentliyi (ADRA) məlumat yayıb. Bildirilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Bakı və regionlarda aparıla

Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"

İstehlak kreditlərinə tələbat günü-gündən artır. Gəlirləri ilə xərclərini qarşılamaqda çətinlik çəkən insanlar çıxış yolunu kreditdə görür, lakin zamanla borc yükünün artması, faizlərin yüksək olması ödəniş problemlərin

Bacısının 19 yaşlı sevgilisini öldürmüşdü - Bu cəza verildi

Bu ilin aprel ayında Şəmkirdə 19 yaşlı Ramal Quliyevi bıçaqlayaraq qətlə yetirən 15 yaşlı F.Poladovun (şərti soyadlı) məhkəməsi başa çatıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, yetkinlik yaşına çatmayan şəx

1100-dən çox işçiyə atalıq məzuniyyəti verilib

Bu ilin əvvəlindən əmək qanunvericiliyinə edilmiş son dəyişikliklərdən biri də uşağının doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü ödənişli məzuniyyətin verilməsidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN

İlham Mirzəyev danışdı: 'Gücüm yoxdur

Bu gün Mərkəzi Klinikadan evə buraxılan teleaparıcı İlham Mirzəyev səhhəti ilə bağlı açıqlama verib. bildirir ki, bu barədə -a danışan teleaparıcı onunla maraqlanan hər kəsə təşəkkürünü bildirib. "İnanın ki, danışa bilmirəm

Qonşu ölkədə benzinin qiyməti ikiqat artırıldı

İran hakimiyyəti subsidiyalara uyğun olmayan benzinin qiymətini ikiqat artırıb. xəbər verir ki, bu barədə İran Neft Nazirliyi məlumat yayıb. "8 sentyabrdan etibarən üçüncü tarif çərçivəsində benzinin hər litrinin qiymət


yeni xeberler azerbaycan xeberleri son xeberler azerbaycan son xeber bugun cəbhədən son görüntülər bu gunun xeberleri haqqinda melumat ən son xəbər