Antalyada mühüm tədbir: Prezident iştirak edəcək
Türkiyənin Antalya şəhərində 11-13 aprel tarixlərində "Parçalanmış dünyada diplomatiyanın bərpası" mövzusunda keçiriləcək IV Antalya Diplomatiya Forumu öz işinə başlayır.
KONKRET.az Teleqraf-a istinadən xəbər verir ki, forumda Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva da iştirak edəcək.
Bundan başqa, nümayəndə heyətinin tərkibində Prezidentin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov, Prezidentin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev, Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov, xarici işlər nazirinin müavini, COP29-un baş danışmanı Yalçın Rəfiyev, XİN rəhbəri Ceyhun Bayramov, müdafiə naziri Zakir Həsənov, Milli Məclisin deputatları Səməd Seyidov, Əhliman Əmiraslanov, Əziz Ələkbərli, Nigar Arpadarai, Ramil Həsən də yer alıb.
Foruma dünyanın müxtəlif ölkələrindən dövlət rəhbərləri, diplomatik nümayəndələr, nazirlər və mütəxəssislər qatılacaq.

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
"Neftçi" "Şamaxı"ya qalib gəldi - "Kəpəz" "İmişli"yə qarşı
"Fənərbaxça" Azərbaycan klubunun baş məşqçisini aparır – 3 illik müqavilə təklifi
"Qalatasaray"ın vitse-prezidenti istefa verdi
Azərbaycanın yeniyetmə cüdoçusu Olimpiya çempionu oldu
Şəhid Əli Heydərovun atası vəfat etdi
Mətbuat Şurasının sədrindən jurnalistə qarşı zorakılığa REAKSİYA
Dövlət büdcəsindən şəhər və rayonlara vəsait ayrılmayacaq - Yeni mərhələ başlayır
Zərdüşt Əlizadənin bacısı vəfat etdi
"Möcüzə" deyə satılır - Sağlamlığa DƏHŞƏTLİ ziyan vurur
Aqil Abbası tənqid etdi: Özü hədəfə alındı - FOTO
TƏCİLİ! Trampdan İlham Əliyevə XÜSUSİ DƏVƏT
Zaur Rzayev harada dəfn olunacaq?
Doğum gününüz haqqınızda nə deyir