Antiterror tədbirlərindən əvvəl İstambulda gizli danışıqlar olub - POLITICO
ABŞ, Aİ və Rusiyanın yüksək səviyyəli rəsmiləri Azərbaycanın Qarabağda keçirdiyi antiterror tədbirlərindən bir neçə gün əvvəl Türkiyədə gizli danışıqlar aparıblar.
KONKRET.az xəbər verir ki, bu barədə POLITICO yazır.
Bu görüş Ukraynada müharibə başlayandan bəri Moskva ilə Qərb arasında mühüm təhlükəsizlik problemi ilə bağlı nadir olsa da, ilk təmasdır. Müzakirələrlə tanış olan yüksək səviyyəli diplomat POLITICO-ya bildirib ki, görüş sentyabrın 17-də İstanbulda baş tutub.
Onun sözlərinə görə, görüşdə Qarabağa gəlmiş yük maşınlarının necə hərəkət etdirilməsi, ərzaq və yanacaq təchizatının əhaliyə çatdırılması müzakirə edilib. Görüşdə ABŞ-ı Vaşinqtonun Qafqaz üzrə danışıqlar üzrə baş müşaviri Lui Bono, Aİ-ni isə xüsusi elçisi Toivo Klaar təmsil edib. Rusiya tərəfi isə Ermənistanla Azərbaycan arasında əlaqələr üzrə xüsusi nümayəndə İqor Xovayevi göndərib.
Qeyd edilir ki, Klaar son illərdə bir çox cəbhələrdə, o cümlədən Xovayev və Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzinlə danışıqlarda rabitə xətlərini saxlamağa çalışıb.
ABŞ Dövlət Departamentinin sözçüsü görüşlə bağlı şərh verməkdən imtina edib.
Ariz Həsənoğlu,
KONKRET.az
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
Məşhur aktrisa vəfat etdi
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Ərdoğan sabah Qarabağa gəlir
Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
Azərbaycanda 'xruşşovka'ların sökülməsinə hazırlıq gedir?
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi
Leyla və Arzu Əliyevalar 'Tut Əlimdən' Uşaq Reabilitasiya Mərkəzini ziyarət ediblər
Bir yaş fərqinə görə bütün güzəştlərini itirə bilərlər: Tələbələrin hüquqları sual altında
Şahbuza qar yağır
İlham Əliyev Şuşada açılışda iştirak etdi - FOTO
Kassaya çatana qədər cibimizə girirlər: Marketlərdəki tələ