Aparat rəhbəri: "Yeni reyestr sayəsində turizm sənayesində olanlar bir-birini tanıyacaqlar
Aparat rəhbəri: "Yeni reyestr sayəsində turizm sənayesində olanlar bir-birini tanıyacaqlar"
"Bu bizim üçün bir qədər çətin keçən yol oldu, ilk dəfədir ki, belə bir informasiya sistemi təqdim olunur. Çalışırdıq, elə sistem yaradaq ki, nəticəyönümlü və işlək bir mexanizmə malik olsun".
Oxu.Az xəbər verir ki, bunu Turizm Agentliyinin aparat rəhbəri Kənan Qasımov Turizm İnformasiya Sisteminin təqdimat mərasimində deyib.
"Aparılan müzakirələr və görülən işlərin nəticəsində kifayət qədər yaxşı iş görə bilmişik", - K.Qasımov əlavə edib.
O qeyd edib ki, 2015-ci ildən etibarən turizm sənayesi lisenziyasız fəaliyyət göstərən sahələrdən idi.
"Lisenziyasız fəaliyyət bazarda şirkətlərin, bu sahədə fəaliyyət göstərənlərin sayının artmasına səbəb olmuşdu. Turizm sənayesi ilə bağlı çalışanların çoxluğu sevindirici olsa da, rəqabətin pozulması ilə bağlı agentliyə müraciət edənlərin sayı da kifayət qədər idi. Bu məsələyə nəzarət mexanizmi yox idi. Biz ümid edirik ki, bu reyestr sayəsində turizm sənayesində olanlar bir-birini tanıyacaqlar".
Aparat rəhbəri qeyd edib ki, turizm sahəsində fəaliyyət göstərən bütün şirkətlərin bu sistemə inteqrasiyası olacaq:
"Həm sənaye subyektləri, həm dövlət qurumları, eyni zamanda potensial müştərilər hər bir şirkət haqqında ətraflı məlumat əldə edəcəklər. Sistem üzərindən əldə olunacaq keyfiyyət nişanları sayəsində sənaye subyektinə yaxınlaşmadan onun hansı kateqoriyada olduğu ilə bağlı informasiya almaq mümkün olacaq".
K.Qasımovun sözlərinə görə, bu, şirkətlərə həm öz marketinq siyasətlərini aparmağa imkan verəcək, eyni zamanda, müştərilərin, digər sənaye subyektlərinin kimlərlə hansı səviyyədə ünsiyyət qurduğunu biləcəklər. Bu, kifayət qədər çətin sistem idi, dövlət qurumlarının informasiya sistemlərinə inteqrasiya məsələsi var idi".
Könül Cəfərli
Turlar.az [newsid: 0-123300]

Cəlilabadda açıq sahədə baş vermiş yanğın söndürülüb
Zaqatalaya güclü leysan və dolu yağıb
Gəncədə 5 aylıq uşaq xəstəxanada öldü
Buraxılış və qəbul imtahanları fənlərinin proqramları təsdiqləndi
Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər
MHP sədri: Azərbaycan-Türkiyə münasibətləri bərabərhüquqlu tərəfdaşlıq əsasında inkişaf edəcək
Moldova XİN azərbaycanlıların olduğu gəmiyə endirilən zərbəni pisləyib
Azərbaycan və Pakistan arasında ədliyyə sahəsində əməkdaşlıq müzakirə olunub
Hindistanın xarici işlər naziri Atəşgah məbədini ziyarət edib
Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib
Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub
Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar
Qazancına görə bütün futbolçuları geridə qoydu
"Bavariya" Vensan Kompaninin səhhəti ilə bağlı açıqlama verdi
Şərurda anbarda dəhşətli hadisə: Bir qadın öldü, digəri xəstəxanalıq oldu