Aqrar sahədə innovasiyalar sahəsində Azərbaycan-Rusiya əməkdaşlığına dair iclas keçirilib
Azərbaycanın Rusiyadakı Ticarət Nümayəndəliyinin Biznes klubunun bitkiçilik və heyvandarlıq sahəsində innovasiyalar və iki ölkə arasında bu istiqamətdə əməkdaşlığa həsr olunmuş onlayn formada növbəti iclası keçirilib. Tədbirdə hər iki ölkənin hökumət qurumlarının və biznes sektorlarının nümayəndələri iştirak ediblər.
Milli.Az Trend-ə istinadən bildirir ki, onlayn iclasda aqrar sahənin Rusiya ilə əlaqələrinin prioritet istiqamətlərindən olduğunu vurğulayan Azərbaycanın Rusiyadakı ticarət nümayəndəsi Ruslan Əliyev qeyd edib ki, bu baxımdan toxum, gübrə, kənd təsərrüfatı texnikası, logistika və ticarət şəbəkələri ilə iş sahələrində əməkdaşlığın genişləndirilməsi əhəmiyyət kəsb edir.
Tədbirdə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin "Aqrar Tədarük və Təchizat" ASC-nin nümayəndəsi Hikmət Hüseynov, Rusiyanın "Şelkovo Aqroxim" şirkətinin baş direktoru Salis Karakotov, "Viktoriya Esteyt" şirkətinin nümayəndəsi Vaxtanq Saqareşvili, "Kapital-PROK" ASC-nin baş direktoru Svetlana Tananova, "Rosselxozbank"ın nümayəndəsi Aleksey Bolşakov və digərləri təmsil etdikləri qurumların fəaliyyəti, aqrar sahədə biznes, innovasiyalar və s. məsələlərlə bağlı çıxış ediblər.
İclasda bitkiçilik və heyvandarlıqda innovasiyaların tətbiqi sahəsində əməkdaşlığın genişləndirilməsinə dair müzakirələr aparılıb.
Milli.Az /news.milli.az
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Naxçıvanda yeniyetmə bıçaqlandı
Nuranla Nigar Camal duet oxuyacaq - Bəstəkarı özüdür
Yaşar Gülər Türkiyə-Azərbaycan hərbi əməkdaşlığının inkişaf etdiyini bildirib
Bank of Baku növbəti ağacəkmə aksiyasını təşkil etdi - FOTOLAR
Quba Palace Hotel və Çin Qolf Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalandı - FOTOLAR
Dünyada bu meyvə bahalaşacaq
Azərbaycan ECOSA-nın Daşkənddə keçirilən sammitinə qatılıb
Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirildi - FOTOLAR
Qadınlarla kişilərin maaşı arasında fərq açıqlandı
Baxçalı: Azərbaycanla Türkiyə arasındakı qardaşlıq köklü və dərindir
Hörmüz boğazında internet kabelləri sıradan çıxsa, Azərbaycanda nə baş verəcək? - SENSASİON MƏQAMLAR
Mərkəzi Bankdan ödəniş kartları ilə bağlı yeni açıqlama
İsmail Kartal 5-ci dəfə "Fənərbaxça"dan getdi
Əhaliyə XƏBƏRDARLIQ: Qışda bu ərzaqların qiyməti qalxacaq
Bu səhvi çoxları edir: Dərman içirlər, amma sağalmırlar