AQTA-dan hərbi vəziyyətlə bağlı sahibkarlara ÇAĞIRIŞ
AQTA-dan hərbi vəziyyətlə bağlı sahibkarlara ÇAĞIRIŞ
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi hərbi vəziyyətlə bağlı sahibkarları daha diqqətli olmağa çağırıb.
AQTA-dan verilən məlumata görə, ölkəmizdə hərbi vəziyyətin elan olunduğu, eyni zamanda, xüsusi karantin rejiminin davam etdiyi bir şəraitdə əhalinin sağlamlığı və təhlükəsizliyinin təmin olunması müharibə dövrünün şərtlərinə uyğun olaraq xüsusi yanaşma və məsuliyyət tələb edir:
"Hazırda cəbhə bölgəsində ağır döyüşlərin getdiyi bir vaxtda sağlamlığını itirən, yaralanan və tibbi yardıma ehtiyacı olan əsgərlərimizin olduğunu nəzərə alaraq, digər mühüm sahələrlə yanaşı, qida sahəsində göstərilən xidmət və fəaliyyətlər zamanı da xüsusi məsuliyyət və cavabdehlik hissi nümayiş etdirilməlidir.
Koronavirusun daha geniş yayılmaması və xəstəliyin qarşısının alınması məqsədilə səfərbər olunmuş qüvvə və vasitələrin bölünməməsi üçün hər bir vətəndaş diqqətli olmalı, bu sahədə mövcud qanunvericiliyin tələblərinə əməl etməlidir.
Xüsusilə, qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektləri xəstəliyin yayılmaması üçün əks-epidemik tədbirlərə ciddi riayət etməli, insanların sıx toplaşdığı ictimai iaşə müəssisələrində karantin rejiminin tələblərini daim diqqət mərkəzində saxlamalıdırlar".
Agentlik əməkdaşları tərəfindən bu sahədə aidiyyəti qurumlarla birgə həyata keçirilən yoxlama-nəzarət tədbirləri zamanı, təəssüflər olsun ki, bəzi ictimai iaşə müəssisələrinin sahibləri və müştərilər tərəfindən əslində çox sadə və icrası asan olan aşağıdakı qaydalara əməl edilmədiyi müşahidə olunur:
1. işçi heyətin və müştərilərin tibbi maskadan istifadəsinə nəzarət edilməməsi;
2. qida qəbulu zallarında müştəri qəbulu zamanı adambaşına müəyyən edilən sıxlıq normalarına riayət olunmaması;
3. masalar və oturacaqlar arasında müəyyən olunmuş məsafə ilə bağlı tələblərə əməl olunmaması;
4. ictimai iaşə müəssisələrinin girişində və masaların üzərində dezinfeksiyaedici vasitələrin yerləşdirilməməsi;
5. qida ilə birbaşa təmasın aradan qaldırılması üçün işçi heyətin fərdi qoruyucu vasitələrdən istifadə etməməsi;
Həmçinin, aparılan monitorinqlər zamanı yuxarıda qeyd olunan nöqsanlarla yanaşı, Nazirlər Kabinetinin müvafiq qərarları və metodiki göstərişlərində əksini tapan bir sıra digər qayda və tələblərə əməl olunmadığı aşkar görünür. /oxu.az

Azərbaycanda ata oğlunun toyunda həbs olundu
Azercell-in innovativ həlləri ABŞ-in Silikon Vadisində və Çində mükafatlar qazandı - FOTOLAR
Cekpotdan sonra nə etdilər? - Milyon qazananların ən maraqlı qərarları
Emil Binyətzadə cəzalandırıldı
Qara dənizdə yük gəmisi dron hücumuna məruz qalıb - iki Azərbaycan vətəndaşı ölüb
Prezident Qaradağda açılışda iştirak etdi - FOTOLAR
"Sabah" "Mançester Yunayted"ə qarşı - Canlı-Yenilənir
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi
Bank of Baku-dan SOCAR işçilərinə 80.000 AZN-dək kredit – özəl faizlərlə və komissiyasız
"Fənərbaxça"nın baş məşqçisi İsmail Kartal istefa verib
Bu ölkədə yeniyetmələrin intiharı rekord həddə çatdı
60 yaşlı kişini tok vurub öldürdü
Azərbaycanda bu məhsullar bahalaşdı
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR