AQTA sədri "Rosselxoznadzor"un sədr müavini ilə pomidor və alma ixracatı ilə bağlı müzakirə aparıb - FOTO
AQTA sədri "Rosselxoznadzor"un sədr müavini ilə pomidor və alma ixracatı ilə bağlı müzakirə aparıb - FOTO
Azərbaycan Respublikasından Rusiya Federasiyasına ixrac olunan pomidor və alma məhsullarına tətbiq edilən məhdudiyyətlərin aradan qaldırılması istiqamətində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) aidiyyəti qurumlarla birgə zəruri tədbirləri davam etdirir.
AQTA-dan verilən məlumata görə, yanvarın 26-da agentlik sədri Qoşqar Təhməzlinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin ("Rosselxoznadzor") sədr müavini Yuliya Şvabauskenenin başçılıq etdiyi nümayəndə heyətləri arasında videokonfrans formatında növbəti görüş keçirilib. Tərəflər arasında Azərbaycandan Rusiya Federasiyasına ixrac olunan pomidor və alma məhsullarına tətbiq edilən məhdudiyyətlərin aradan qaldırılması istiqamətində görüləcək işlər müzakirə olunub.
Ölkəmizdən ixrac olunan bitkiçilik məhsulları üzərində həyata keçirilən təhlükəsizlik tədbirləri ilə bağlı məlumat verən Q. Təhməzli hər iki qurumun mütəxəssislərinin iştirakı ilə aparılan birgə monitorinqlərin məsələnin həlli istiqamətində əhəmiyyətini diqqətə çatdırıb.
Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin sədr müavini Yuliya Şvabauskene həyata keçirilən birgə nəzarət tədbirlərini yüksək qiymətləndirib və bu istiqamətdə birgə əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıb.
Görüşdə iki ölkə arasında qida məhsulları, xüsusilə bitkiçilik məhsulları sahəsində ticarət dövriyyəsinin artırılması istiqamətində fikir mübadiləsi aparılıb.



Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
Zelenski o hərəkətinə görə tənqid olundu
Tramp müharibənin bitmə zamanını açıqladı
Azərbaycanda ata oğlunun toyunda həbs olundu
Azercell-in innovativ həlləri ABŞ-in Silikon Vadisində və Çində mükafatlar qazandı - FOTOLAR
Cekpotdan sonra nə etdilər? - Milyon qazananların ən maraqlı qərarları
Məşhur türk aktyoru vəfat etdi
Emil Binyətzadə cəzalandırıldı
Bakıda mağazada qadın döyüldü
Qara dənizdə yük gəmisi dron hücumuna məruz qalıb - iki Azərbaycan vətəndaşı ölüb
Prezident Qaradağda açılışda iştirak etdi - FOTOLAR
"Sabah" "Mançester Yunayted"ə qarşı - Canlı-Yenilənir
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi
Bank of Baku-dan SOCAR işçilərinə 80.000 AZN-dək kredit – özəl faizlərlə və komissiyasız