Araiki kim danışdırır? - "Bu, Kremlin təlimatlarıdır"

Araiki kim danışdırır? - "Qarabağda mövcud olan xunta rejimi özünün daim tərəf göstərməyə çalışır. Lakin bu rejimi saxlayan qüvvə Rusiyadır və onun fikirlər məhz Moskvadan verilən təlimatlar əsasındadır".
KONKRET.azxəbər verir ki, bu sözləri  politoloq Oqtay Qasımov deyib.
O, Araik Arutyunyanın son müsahibəsini şərh edib.
Xatırladaq ki, Arutyunyan rəsmi Bakını ittiham etməkdən çəkinməyib.
"Bu fikirlərə çox da əhəmiyyət verməyin tərəfdarı deyiləm. Çünki o, Xankəndi və Bakını bərabərhüquqlu tərəflər sayır. Üstəlik, hansısa beynəlxalq platforma və mexanizmlər çərçivəsində üçüncü ölkədə danışılar aparılması ilə bağlı həddini aşan təkliflərlə çıxış edib. Bu, Kremlin təlimatlarıdır. Özləri də dəqiq bilirlər ki, Bakı bu cür avantürist və Azərbaycanın suverenliyini şübhə altına alacaq heç bir addıma getməyəcək", – deyə O. Qasımov qeyd edib.
Siyasi təhlilçinin sözlərinə görə, Azərbaycanın mövqeyi birmənalıdır:
"Qarabağ məsələsi Azərbaycanın daxili işidir, orada yaşadan insanlar Azərbaycan vətəndaşıdır. Əgər kimlərsə Azərbaycan qanunları və Konstitusiyasını qəbul edərək burada yaşamaq qərarı verəcəksə, onların bütün hüquqi təminatı ödəniləcək. Azərbaycan vətəndaşlığını qəbul etməyənlər üçün də seçim bəllidir".
O. Qasımovun fikrincə, Arutyunyanın fikirlərində yeni təşəbbüs yoxdur:
"Separatçılar hesab edir ki, bu məsələni beynəlxalq gündəmdə daha çox saxlamaqla həm Azərbaycan-Ermənistan normallaşma prosesinə ciddi şəkildə əngəl törədə bilərlər, – bu, Rusiya və Ermənistanın maraqlarına uyğundur, – həm də beynəlxalq təzyiqlərin artırılması yolu ilə Qarabağdakı ermənilərə hansısa status və yaxud digər imtiyazlar verilə bilər.
8 aydır "humanitar fəlakət"dən danışılır. Qarabağ elə bir coğrafi bölgədədir ki, qida və ərzağı yetəcək qədərdir. 30-35 min nəfərlik əhalinin heç bir sıxıntısı yoxdur. Belə bir problem olarsa, bununla bağlı çıxış yolu göstərilib: Ağdam-Xankəndi yolu".
Müsahibimiz xatırladıb ki, əslində, "humanitar yardım" şousu 9 il öncə Rusiya tərəfindən Donbasa göndərilən "humanitar yardım"la eynidir:
"O zaman da Rusiya Ukrayna ərazilərinə "humanitar yardım" adı ilə 2 məqsədə nail olmaq istəyirdi: Birincisi. Ukraynanın ərazi bütövlüyünü şübhə altına almaq. İkincisi, "humanitar yardım" adı altında Donbas separatçılarına hansısa əlavə hərbi ləvazimatların çatdırılması. İndi Kreml eyni ssenarini Qarabağda həyata keçirmək istəyir.
Araikin səsləndiridyi bəyanatlar sülh prosesinə ciddi əngəl törətməyəcək. Atalar demiş, milçək özü bir şey deyil, amma könül bulandırır.//Yenisabah

Siyasi       Tarix: 07 avqust 2023
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Ərdoğanın Azərbaycana səfər proqramı bəlli olub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Azərbaycana səfər edəcək. xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran "X" sosial şəbək

Rusiya bu ölkəyə qarşı da hərəkətə keçir - NATO müharibəyə qoşulur?

Finlyandiya Quru Qoşunlarının komandanı general-leytenant Passi Vəliməki "Bloomberg" agentliyinə açıqlamasında ölkəsinin Rusiya ilə sərhəddə tank əleyhinə xəndəklər və maneələrdən ibarət müdafiə xətti inşa etməy

Qərb soyuq müharibəni qazandı, amma sülhü qazana bilmədi: NATO-nun genişlənməsi tarixi səhv idimi?

Rusiya niyə NATO-ya qoşulmadı? ABŞ və Moskva arasında yeni təhlükəsizlik sistemi yaratmaq mümkün idimi? Ukrayna bu gün müharibənin mərkəzində olmaya bilərdimi?. Bu suallar müasir Avropa tarixinin ən mürəkkəb və mübahisəl

Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır

"Azərbaycan–Çin ticarətində rekord göstəricilər ölkəmizin artan geoiqtisadi əhəmiyyətini nümayiş etdirir". Bu fikirləri -a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov Azərbaycanla Çin arasında ticarət dövriyyəsini

DİN: 6 ildir Zəfərin Qüruru ilə yaşayırıq

Daxili İşlər Nazirliyi Zəfər Günü ilə bağlı təbrik paylaşıb. -un verdiyi xəbərə əsasən, təbrikdə deyilir:. "6 il əvvəl işğaldan azad olunmuş torpaqlarda tarixin ən şərəfli səhifəsi yazıldı. 44 günlük Zəfər yürüşünd

KTMT-də iştirak etməkdə maraqlı deyilik - Paşinyan

Ermənistan artıq KTMT-də iştirak etməkdə maraqlı deyil. axaraz-a istinadən xəbər verir ki, bunu Ermənistanın Baş nazir Nikol Paşinyan deyib. "İstəyirəm ki, bundan sonra Ermənistanın KTMT ilə bağlı maraqlarının tükəndiyin

Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır

ABŞ Prezidenti Donald Tramp administrasiyası Ukrayna və Yaxın Şərqdəki münaqişələrin həlli üçün diplomatik səyləri intensivləşdirib. xəbər verir ki, bu barədə "The Washington Post" qəzetinin köşə yazarı Devid İqnatiu

Ərdoğan sabah Qarabağa gəlir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah Azərbaycana səfər edəcək. Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanəddin Duran məluma

Azərbaycan, ABŞ və Ermənistan üçtərəfli işçi qrup yaratdı 

ABŞ, Azərbaycan və Ermənistan hökumətləri Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun (TRIPP) həyata keçirilməsini sürətləndirmək məqsədilə üçtərəfli texniki planlaşdırma qruplarının fəaliyyətinə başlayıblar. -a istinadə


azerbaycan xeberleri son xeberler yeni xeberler xeberler bu qun bugünki xəbərlər en sonxeber metbuat xeberleri