Arayik Fransaya qaçıb: "Xankəndiyə əlavə beynəlxalq zəmanət lazımdır" - ÖZƏL ŞƏRH

Arayik Fransaya qaçıb: Azərbaycanın ekoloqları, qızıl çıxaranları Xankəndi və Xocalıya səfər etdiyi zaman qondarma rejimin baş separatçısı Arayik Arutyunyan Fransaya qaçıb. Yəqin "arsax", – deyə sarsaqlayanların rus sülhməramlılarına güvəni azalıb. Ya da qondarma rejimdə ikitirəlik yaranıb:
✓ Arayik Arutyunyan Rusiyanın nəzarətində olan Qarabağ klanının üzvü Bako Saakyanın "Xankəndi varisi"dir. Onun Nikol Paşinyanla yola getməmə səbəblərindən biri də budur. Hazırda isə Kreml qondarma rejimə Ruben Vardanyanı göndərdiyi üçün "arsax"da hakimiyyət davası getmiş ola bilər. Özünün sıxışdırıldığını görən Arayik isə Paşinyan tərəfə keçmiş kimi görünür.
KONKRET.az xəbər verir ki, bunu Arayikin Fransada səfərdə olması və Azərbaycan əleyhinə qətnamə qəbul edən senatorlarla görüşməsi ilə təsdiqləmək mümkündür. Amma təsdiq varsa, təkzib də var:
– Onsuz da, Makron Fransası Qarabağ mövzusunda Putin Rusiyası və Rəisi İranı ilə əlbirdir;
– Arayik-Vardanyan dueti elə bu trionun (Fransa-Rusiya-İran) mikrofonuna oxuyur. Yəni hazırda Nikolun solo (Soros-ABŞ) konsertlərinə bilet satılmır;
Bununla yanaşı, hazırda Arayik Rubenin puldaşıyanı kimidir. Erməni inkassator "arsax"ı dəstəkləyən fransız senatorlara vəd olunan avroları aparıb paylayıb. Paylamaq onların canındadır. Sülhməramlılar üçün şlaqbaum striptizləri də buna dəlildir. Onlara əlac yoxdur, payaya dəyənəcən paylayacaqlar. Yoxsa Arayik Eyfel qülləsinə pənah aparmazdı. Senatorlar qarşısında qaldırdığı əsas yalvarış da budur:
"Xankəndiyə, qondarma rejimə əlavə beynəlxalq zəmanət lazımdır".
Əlavə, yəni ki, separatçılar rus sülhməramlıları ilə yanaşı Laçın dəhlizinə Fransa hərbi kontingentinin yerləşdirilməsini istəyirlər.
Fransa-Rusiya-İran triosunun Cənubi Qafqaz məkirlərinin həyata keçməsinə əsas əngəl isə Türkiyədir. Lakin Paris Rodos gərginliyi, Egey dənizindəki 12 ada mübahisəsini Afina-Ankara savaşına çevirə bilsə, Cənubi Qafqazdakı niyyətinə yaxınlaşar.
• Sadəcə, dünya idarəçilərinin (Britaniya-ABŞ) hazırkı planı Fransanın iqtisadi çöküşü, Rusiyaya aid federasiyaların isə müstəqil respublikalara parçalanmasıdır. İranı isə Bosniya modelində federasiyalar gözləyir.
Anar Rəhimov,
KONKRET.az

Siyasi       Tarix: 08 dekabr 2022
f Paylaş

Oxşar xəbərlər

Ermənistan xarici kəşfiyyatının rəhbəri Bakıdadır

Ermənistan Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Kristine Qriqoryan IV Bakı Təhlükəsizlik Forumunda iştirak edir. APA-ya istinadla xəbər verir ki, bu barədə Ermənistan mediası yazıb. Kristine Qriqoryanın bu axşam Ermənistan

"Atəşkəs var" deyən Tramp, "razılaşma yoxdur" deyən Zelenski – Ukraynada nə baş verir?

ABŞ Prezidenti Donald Trampın Ukraynada elan etdiyi "enerji atəşkəsi"ni tərəflər fərqli şəkildə başa düşür. xəbər verir ki, bunu ukraynalı ekspertlər açıqlamalarında bildiriblər. Sentyabrın 14-də Donald Tramp Ukrayn

Zelenski BMT tribunasından Rusiyanı HƏDƏLƏDİ

Ukrayna Prezidenti Volodimir Zelenski Nyu-Yorkda BMT Baş Assambleyasındakı çıxışı zamanı xəbərdarlıq edib ki, Rusiyanın Ukraynanın enerji infrastrukturuna zərbələrini davam etdirməsi Rusiyanın enerji obyektlərinə cavab hücumlar

Bakıdan Gürcüstan Patriarxlığına: Erməni yolu getmə

Gürcüstan Patriarxlığının Azərbaycanın ərazisində yerləşən Kürmük məbədi ilə bağlı verdiyi son açıqlama Azərbaycan ilə Gürcüstan arasında mövcud olan dostluq, tərəfdaşlıq və mehriban qonşuluq münasibətlərinin ruhuna ziddir

Əli Əsədov iclas keçirir

Nazirlər Kabinetində Baş nazir Əli Əsədovun sədrliyi ilə iclas keçirilir. Trend-ə istinadən xəbər verir ki, iclasda 2027-ci ilin dövlət büdcəsi və onunla əlaqəli sənədlər müzakirəyə çıxarılıb. Baş nazir bildirib ki, Preziden

27 Sentyabr: Zəfərə aparan yolun başlanğıcı

Ermənilərin xalqımıza qarşı düşmənçilik siyasəti 200 ildən artıq bir zaman kəsiyində – çar Rusiyası zamanı əzəli Azərbaycan torpağı Qarabağa köçürüldükləri vaxtdan başlayaraq bu günə qədər davam edir. Məskunlaşdıqları il

Azərbaycan Prezidenti Estoniyanın yeni səfirini qəbul etdi - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 23-də Estoniya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Tiina Nirki qəbul edib. xəbər verir ki, səfir etimadnaməsini dövlə

İlham Əliyev Türkmənistan Prezidentini təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovu təbrik edib. təbrikin mətnini təqdim edir:. "Hörmətli Sərdar Qurbanquliyeviç,. Türkmənistanın müstəqilliyinin 35-ci ildönümü münasibətil

Zelenski: Qış sizin üçün də ağır olacaq

Ukrayna Prezidenti Volodimir Zelenski qarşıdakı qışın həm Ukrayna, həm də Rusiya üçün çətin keçəcəyini bildirib. xəbər verir ki, Zelenski ABŞ-ın Nyu-York şəhərində BMT Baş Assambleyasının 81-ci sessiyasının ikinci iclasınd


son xeberler azerbaycan xeberleri yeni xeberler hava durumu xəbər az son xeber xəbərlər.com