Arayik: "Qərb üçüncü ölkədə görüş təşkil etmək istədi, Bakı imtina etdi"
"Qərb üçüncü ölkədə Bakı-Xankəndi görüşünün təşkili üçün səylər göstərdi. Beynəlxalq formata yaxın olduğuna görə təbii ki, bizim tərəfimizdən müsbət cavab gəldi. Azərbaycan isə bu formatdan imtina etdi".
KONKRET.az erməni mediasına istinadən xəbər verir ki, bu sözləri Qarabağda rus sülhməramlılarının nəzarət etdiyi ərazidə hələ də qalan oyuncaq və qondarma separatçı rejimin başçısı Arayik Arutyunyan yerli televiziyaya müsahibəsində bildirib.
Arutyunyana Qərb və Rusiya platformalarında nə təklif olunduğu soruşulub. Cavabdan sitat: "Birinci mərhələdə onlar heç bir təklif vermirlər, bu dialoqu formalaşdırmağa çalışırlar Azərbaycanın öz tələbləri, öz gündəmi var, bizim də öz gündəmimiz, öz hüquqlarımıza əsaslanan təkliflərimiz var, bunun üçün konkret gündəm müzakirə olunmayıb".
Bakının Ağdam vasitəsilə humanitar yardım göstərmək təklifinə toxunan Arayik Arutyunyan həyasızlıqla "humanitar böhran"ın Azərbaycan tərəfindən yaradıldığını söyləyib.
"Bizə ünvanlanan istənilən təklif, ilk növbədə, ləyaqətimiz çərçivəsində olmalı, beynəlxalq humanitar norma və qaydalara uyğun olmalıdır. İstənilən həyati vacib təklif və ya qərar üçün xalqımızın (Qarabağdakı erməni azlığı belə adlandırır-red.) hisslərini əks etdirən konsensusa malik olmalıyıq", – deyə o, qeyd edib.//Musavat.com

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub
"Sabah" doğma meydanda xal itirdi
"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
Məşhur aktrisa vəfat etdi
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Benzin qiyməti kəskin ucuzlaşdı
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi