"Arayikin heç bir generalı yoxdur, bütün bunlar ermənilərin uydurmasıdır" - ÖZƏL

Qarabağdakı erməni separatçıların rəhbəri Arayik Arutyunyan qanunsuz silahlı dəstələrin "komandirlər"ini bir araya gətirərək, onlarla iclas keçirib. Məlumata görə, Arutyunyan "generallar"a bir sıra tapşırıqlar verib. Arayik onlardan Qarabağın təhlükəsizliyini təmin etmək üçün ciddi addımların atılmasını istəyib. O, qanunsuz silahlı dəstələrlə rus sülhməramlılarının funksiyalarının birləşdirilməsinin zəruri olduğunu da dilə gətirib.
Maraqlıdır, Qarabağda nə baş verir? Ermənistanın Baş naziri Nikol Paşinyanın məsələyə adekvat reaksiyası olacaqmı? 
Mövzu ilə bağlı KONKRET.az-a danışan politoloq Tofiq Abasov bildirib ki, Arayik və onun ətrafındakı "generallar" odu söndürüb, külü ilə oynayır:
"Müharibə bitib və bundan sonra onlar heç nəyə nail ola bilməyəcək. Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir. Qarabağa cavabdehlik Azərbaycandadır. Bu yaxınlarda Qarabağda qalan qanunsuz silahlı birləşmələr manevr etməyə və istehkamlar qurmağa çalışırdı. Bütün bunları görən Azərbaycan Ordusu prosesi nəzarətdə saxlayaraq əməliyyat keçirdi və Fərrux kəndini nəzarətə götürdü. Təhülkələr dəf edildi və risklər aradan qaldırıldı. Orada ermənilər üçün heç bir möcüzə ola bilməz".
Politoloq qeyd edib ki, Nikol Paşinyan da bütün bunları yaxşı başa düşür:
Arayik Arutyunyan özfəaliyyətlə məşğuldur. Çalışır ki, ətrafında olan insanlara özünün vacib mövqedə olduğunu təqdim etsin. O qondarma prezidentdir və verdiyi qərarların heç bir hüquqi əsası yoxdur. Ermənsitanın Baş naziri Nikol Paşinyan da bunu yaxşı başa düşür. Çünki Arayik sabun köpüyündən icad edilən bir "rəhbər"dir. Qarabağda yaşayan ermənilər öz müqəddəratını həll edə bilməz. Onlar orada qalmaq istəyirsə, bizim qanunlarımıza tabe olmalıdır. Əgər qanunlarımıza tabe olmasalar, bunun acısını yaşayacaqlar. Biz bunu Fərrux hadisələrində bir daha sübuta yetirdik. Başqa cür ehtimal yoxdur. Arayikin "generallar"ını toplaması tamamilə cəfəngiyyatdır. Əslində heç bir general yoxdur. Bütün bunlar ermənilərin uydurmasıdır. Ərazilərimizdə qalan terrorist erməni dəstələrinin generalı ola bilməz".
Şəbnəm Mehdizadə,
KONKRET.az

Siyasi       Tarix: 15 aprel 2022
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Prezident ona general rütbəsi verdi

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi ilə bağlı Sərəncam imzalayıb. -un məlumatına görə, Sərəncamla Nihad Ənvər oğl

Dövlət və hökumət rəsmiləri Bakıdakı Zəfər parkında - FOTOLAR

27 Sentyabr – Anım Günü ilə əlaqədar Baş nazir Əli Əsədov, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev, Milli Məclisin sədri Sahibə Qafarova, digər dövlət və hökumət rəsmiləri Bakıdakı Zəfər parkında olublar. Dövlə

Milli Məclisin komissiyası: Türkiyədən Azərbaycana qarşı informasiya kampaniyası aparılır

Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyası son günlər qardaş Türkiyə Respublikasının ərazisindən sosial media platformaları vasitəsilə ölkəmiz əleyhinə aparılan informasiya kampaniyasın

Bakıdan Gürcüstan Patriarxlığına: Erməni yolu getmə

Gürcüstan Patriarxlığının Azərbaycanın ərazisində yerləşən Kürmük məbədi ilə bağlı verdiyi son açıqlama Azərbaycan ilə Gürcüstan arasında mövcud olan dostluq, tərəfdaşlıq və mehriban qonşuluq münasibətlərinin ruhuna ziddir

İlham Əliyev Qazaxıstan Prezidentinə BAŞSAĞLIĞI VERDİ

Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə başsağlığı verib. xəbər verir ki, başsağlığı mətnində deyilir:. "Hörmətli Kasım-Jomart Kemeleviç,. Manqistau vilayətində keçirilən hərb

Deputat: "Azərbaycan dövləti öz qəhrəmanlarını unutmayacaq

"27 Sentyabr - Anım Günü Azərbaycan xalqının mənəvi yaddaşında xüsusi yer tutan müqəddəs tarixdir. Bu gün Vətən müharibəsində və Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən bütün döyüşlərdə canlarını fəda etmiş şəhidlərimizi

Moskva itirir - Azərbaycan isə real güc əldə edir - Yeni xəritə

ABŞ və Ermənistan TRIPP layihəsinin praktiki reallaşdırılması üçün yeni institusional mexanizmlərin formalaşdırılmasını sürətləndirir. Layihə çərçivəsində yaradılacaq TRIPP Development Company şirkətində amerikan tərəfi

Siyasi şərhçi: "10 noyabr" Bəyanatının icrasında ciddi problemlər qalırdı

"İkinci Qarabağ müharibəsi nəticəsində  imzalanan 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatdan sonra Ermənistanın atdığı addımlar göstərirdi ki, razılaşmaların icrası ilə bağlı ciddi problemlər qalır. Bəyanatı

Ermənistan-Azərbaycan sərhədi ilə bağlı MÜHÜM AÇIQLAMA

Ermənistan-Azərbaycan sərhədinin demarkasiyası üzrə işlər tezliklə bərpa olunacaq. KONKRET.azxəbər verir ki, bu barədə Ermənistan Baş nazirinin müavini Mher Qriqoryan bildirib. O, işlərin nə vaxt başlayacağını dəqiqləşdirməyib


azerbaycan xeberleri yeni xeberler son xeberler valyuta mezennesi banklar axsam.az xeberler son xəbərlər cəbhədən son dəqiqə