Araz dəhlizi nə vaxt açılacaq? - "2 il yarım qalıb"

Araz dəhlizi nə vaxt açılacaq? - Prezident İlham Əliyev və  İran İslam Şurası Məclisinin sədri Məhəmməd Baqir Qalibaf arasında görüşdə Ağbənd-Kəlalə körpüsünün tikintisinin başa çatdığı və Araz dəhlizinin artıq hazır olduğu bildirilib.
"Yəqin ki, ümumi siyasi vəziyyət, yeni müharibə təhlükəsi və s.-ə görə dəhlizin açılışı ləngiyir".
KONKRET.az xəbər verir ki, bunu "Yeni Sabah"a politoloq Zərdüş Əlizadə bildirib.
"Araz dəhlizi Naxçıvana gediş-gəlişin quru əlaqəsini təmin edəcək. O hər iki dövlətin qarşılıqlı asılılığı, həm də qarşılıqlı faydalılığını artıracaq", – deyə politoloq əlavə edib.
Layihənin icrasında bütün xərcləri (500 milyon avro) Azərbaycan tərəfi ödəyib. Bu, Naxçıvan əhalisi və ümumən Azərbaycan vətəndaşlarının Araz dəhlizindən sərhəd-gömrük yoxlanışı olmadan keçməsini təmin edəcəkmi?
Z.Əlizadənin fikrincə, layihəyə sərmayəni Azərbaycan tərəfinin qoyması hansısa oxşar mexanizmin düşünüldüyü ehtimalı yaradır.
O, Rusiya Baş nazirinin müavini Aleksey Overçukun "nə Rusiya, nə də Çin Araz dəhlizinə paralel olan "Trump yolu"ndan istifadə etməyəcək" bəyanatını da şərh edib:
"Amerika harada yerləşir? Qərb yarımkürəsində. Azərbaycanla Amerikanın arasında 20 min km məsafə var. Azərbaycandan Ermənistandan keçməklə Naxçıvana məsafə 42 km-dir. Bu coğrafiyada Amerikanın nə işi var?!
"Tramp yolu" ona görə çəkilir ki, gələcəkdə Çin və Mərkəzi Asiya ölkələri dəmir yolu ilə öz yüklərini Avropa ölkələrinə daşıya bilsin. ABŞ istəyir ki, bu dəmir yolu üzərində nəzarət əldə eləsin. Bu, bizim milli maraqlara cavab verirmi?
İran da görür ki, Amerika onun sərhədində yerləşir. Buna görə də "Tramp yolu"na etiraz edir.
Ermənistan hakimiyyəti çaşaraq ABŞ-yə "hə" deyib. Amma İran da buna dözümlü yanaşır, çünki bilir ki, Trampın hakimiyyətdə qalmasına 2 il yarım qalıb. TRIPP dəhlizinin isə texniki əsasları hələ işlənməyib. Onun dəqiq marşrutu hələ müəyyənləşməyib. Kim tikəcək, necə tikəcək, hələ texniki layihə hazırlanmayıb. Bütün bunlar yoxdur, 2 il yarıma da bu olmayacaq. Tramp çıxıb gedəcək prezidentlikdən, heç kəsin də yadına TRIPP düşməyəcək".

Siyasi       Tarix: 27 iyun 2026
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək

Milli Məclis 8 noyabr – Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək. Bununla bağlı məsələ parlamentin 3 noyabrda keçiriləcək iclasının gündəliyinə daxil edilib. /

Prezident İlham Əliyev 'FIFA U-15 World Cup and Festival'ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 30-da Bakı Kristal Zalında "FIFA U-15 World Cup and Festival"ın final matçını izləyib. xəbər verir ki, final görüşündə Çexiya və İspaniya komandalar

"Ramiz Mehdiyev dövlət idarəçiliyində "qara dəlik" rolunu oynayıb" - Deputatdan sərt açıqlama

Xəbər verdiyimiz kimi, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev 14 il müddətinə azadlıqdan məhrum edilib. Bu barədə oktyabrın 22-də Bakı Ağır Cinayətlər Məhkəməsi hökm çıxarıb. R.Mehdiyevin yaşı və xəstəliklər

Ceyhun Bayramov Hakan Fidanla görüşdü – FOTOLAR

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ankarada türkiyəli həmkarı Hakan Fidanla görüşüb.  xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb. Görüş Ankarada TDT XİN Şurasının iclası çərçivəsind

Zelenskidən ŞOK "Yalta-2" XƏBƏRDARLIĞI: Tramp, Putin və Si Cinpinin gizli planından QORXUR

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ, Rusiya və Çin liderlərinin noyabr ayında baş tutması ehtimal olunan mümkün görüşünün dünyada nüfuz dairələrinin yenidən bölüşdürülməsinə səbəb ola biləcəyindən ciddi şəkildə ehtiya

Heydər Əliyev Mərkəzində 'Muzeylər və irs yerləri mədəniyyətlərarası dialoq məkanları kimi' mövzusunda panel müzakirəsi keçirilib

VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində oktyabrın 28-də Heydər Əliyev Mərkəzində "Muzeylər və irs yerləri mədəniyyətlərarası dialoq məkanları kimi" mövzusunda panel sessiya təşkil olunub. B

Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb

Azərbaycanın Baş naziri Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb. xəbər verir ki, Əli Əsədovu Tbilisi Beynəlxalq Hava Limanından Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvil

Azərbaycan sədrliyi Türkiyəyə təhvil verdi

Oktyabr 30-da Ankarada Türk Dövlətləri Təşkilatı (TDT) Dövlət Başçıları Şurasının 13-cü Zirvə görüşü keçirilib. xəbər verir ki, "Türk əsri: Dildə, fikirdə və əməldə birlik" şüarı altında təşkil olunan zirvədə Türkiyə

Azərbaycanda bəzi kəndlərin adları dəyişdirilə bilər - Diqqətçəkən açıqlama

Azərbaycanda yaşayış məntəqələrinin adlarının dəyişdirilməsi məsələsi zaman-zaman gündəmə gəlir. Tarixi adların qorunması, təhrif olunmuş toponimlərin bərpası və əhalinin istəyinin nəzərə alınması bu prosesdə əsas müzakir


yeni xeberler son xeberler azerbaycan xeberleri en yeni xeberler kriminal az xeber xeber.az