Ardan Zentürk: "Müharibələr Sakit okeanda gedəcək" - SƏBƏB
"Çində yenidən Si Cinpinin 5 illik lider kimi seçilməsi, ölkədəki hər səlahiyyətin onun əlində cəmləşməsi Çin müxalifətini yararsız duruma salıb. Bu həm də Sakit okeanı regionunda müharibələrin başlamasıdır".
KONKRET.az xəbər verir ki, bunu Türkiyənin "Star TV" kanalının qurucularından, məşhur jurnalist, köşə yazar Ardan Zentürk deyib. O, açıqlamasını belə davam etdirib:
"Yəni Uqanda prezidenti bütün səlahiyyətlərə yiyələnsə, bunda narahatlıq doğuran heç nə yoxdur. Amma Rusiya, Çin, ABŞ kimi ölkələrdəki dəyişikliyin hamımıza təsiri var".
Si Cinpindən bu "Tayvan məsələsində həmişə dinc yolla irəliləyişə nail olmaq istəsək də, bu, güc tətbiq etməyəcəyimiz anlamına gəlməz" sitatı gətirən jurnalist bildirib ki, bütün dünyaya qazanc qapısı kimi baxan Pekinin baxış bucaqları dəyişib. Hər halda Si Cinpinin son çıxışı bunu deməyə əsas verir.
Qeyd edək ki, avqustun 3-də ABŞ Nümayəndələr Palatasının sədri Nensi Pelosi Çinin icazəsi olmadan Tayvana səfər edib. Yəqin Si Cinpin Ağ Evdən qisasını seçkilərdən sonraya saxlayıbmış.
Natiq Səlim,
KONKRET.az
Kurslar.az kurslar [newsid: 0-123300]

Formula-1: ikinci sərbəst yürüş başladı
Tacir Şahmalıoğlu xəstəxanadan evə buraxıldı
Xırdalanda QIZA GÖRƏ DAVA: Dostunu bıçaqladı, sonra ağladı
Prezidentdən ümumi təhsil müəssisələri ilə bağlı - Fərman
Prezident icra başçısını vəzifəsindən azad etdi
Əli Əsədov iclas keçirir
"Bir damla qan, min ümidə can": Anım Gününə həsr olunan qanvermə aksiyası başladı - FOTOLAR
Bakcell-də hədiyyə mövsümü başladı
Təhsil işçilərinə nağd pul kreditində 7%-dək endirim
"Formula 1" üzrə Azərbaycan Qran-prisi başladı
Bank kartları ilə bağlı - Daha bir qadağa
Formula 1: xarici turistlərin sayı rekord həddə çatdı
Tiktokda söyüş söyən "Sarışın gözəl" həbs olundu
Kəngərlidə avtomobil qəzası oldu, körpə öldü