Argentina millisi DÇ-dən kənarlaşdırılır? - 2.5 milyondan çox insan petisiyanı imzaladı
Argentina futbol millisinin dünya çempionatından kənarlaşdırılması tələbi ilə yaradılan petisiyanı indiyədək 2.5 milyondan çox insan imzalayıb.
KONKRET.azxəbər verir ki, petisiya argentinaout.com saytında yerləşdirilib.
Müəlliflər hakimlərin Argentina millisinə, xüsusilə də Lionel Messiyə loyal münasibət göstərdiyini iddia edirlər.
"Nəticə əvvəlcədən məlumdursa, dünyanın qalan hissəsi niyə dünya çempionatında iştirak etsin? Argentinanı dünya çempionatından kənarlaşdırın və hamıya bərabər şans verin", – deyə petisiya müəllifləri bildiriblər.
Müzakirələrə səbəb olan epizod dünya çempionatının qrup mərhələsinin ilk turunda keçirilən Argentina – Əlcəzair oyununda baş verib. Ekspertlərin fikrincə, polşalı baş hakim Şimon Marçinyak ilk hissədə kobud qayda pozuntusuna görə Messini meydandan qovmalı idi, lakin ona hətta sarı vərəqə də göstərməyib. Həmin görüş Argentina millisinin 3:0 hesablı qələbəsi ilə başa çatıb və hər üç qolu Messi vurub.
Hazırkı dünya çempionu olan Argentina millisi bu mundialda yarımfinala yüksəlib və iyulun 15-də İngiltərə ilə qarşılaşacaq. Bir gün əvvəl isə digər yarımfinal görüşündə Fransa və İspaniya milliləri üz-üzə gələcəklər. Hər iki oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
2026-cı il futbol üzrə dünya çempionatı ABŞ, Kanada və Meksikada keçirilir. (Oxu.az)
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək
Paşinyan qərar verdi: Simonyan Moskvaya gedir
Prezident İlham Əliyev 'FIFA U-15 World Cup and Festival'ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Tovuzda minik avtomobili su kanalına aşıb, xəsarət alanlar var
Bazarda qiymətlər əl yandırır: Meyvə-tərəvəz niyə bahalaşır?
"Əl-Nəsr"dən Ronaldonu istədilər
"Sabah" mövsümdə ilk dəfə uduzdu
Azərbaycanda bu cərimə 10 min manatdan 8 min manata endirilir
Bu şəxslərin gəlirlərindən 10 faiz vergi tutulacaq - Qanun
Maaşınızı istədiyiniz bankdan ala biləcəksiniz - TARİX
Yanacaqdoldurma məntəqələrində sürücülər necə aldadılır? – ŞOK İDDİA
Mərkəzi Banka yeni səlahiyyət verilir
İllərlə işləyənlərə daha çox PUL VERİLƏCƏK