Arif Quliyevin xanımı: 'Gülə-gülə, zarafat edə-edə getdi
"Arif özünü çox qoruyurdu, insanlarla görşmürdü ki, virusa yoluxaram".
Bunu Qaynarinfo-ya açıqlamasında Xalq artisti, mərhum aktyor Arif Quliyevin həyat yoldaşı Gülzar Quliyeva deyib. O bildirib ki, Arif Quliyev evdən xəstəxanaya gülə-gülə gedib:
"Heç kim inanmazdı ki, Arif dünyasını dəyişəcək. Heç bilmədim, hər şey bir anın içində oldu. Birdən-birə qızdırması qalxdı, həkimə müraciət elədik, yoxladılar. Apardıq xəstəxanaya, dedilər ki, virus ciyərinin çox hissəsini zədələyib. Tamaşaçı onu necə görmüşdüsə, xəstəxanaya da elə getdi. Gülə-gülə, zarafat edə-edə, hardan biləydik ki, geri qayıtmayacaq".
Həyat yoldaşı deyir ki, Arif Quliyevin yoxluğunu hər an hiss edir:
"Sağ olsun dövlətimiz, kömək edir, amma Arifin varlığı bir başqa idi. Onsuz bizə çətindir. Özüm də qaraciyər sirrozu xəstəliyindən əziyyət çəkirəm. Bu xəstəlik sağalmır. Müalicə olunuram, görək də, qismət Allaha".
Qeyd edək ki, Xalq artisti Arif Quliyev mayın 7-də dünyasını dəyişib. Onun ölümünə səbəb koronavirus infeksiyası olub.


Azərbaycanda meymunçiçəyinə yoluxma var? – Rəsmi
Bakıda dəhşətli hadisə:Yeniyetmə ürəyindən VURULDU
Naxçıvanda zəncirvari qəza - Azyaşlı öldü, xəsarət alanlar var
İmran Əliyevə 12 il iş istənildi
Vüsalın qətlini gözləri ilə görüb - "Bıçağı üstünə sürtərək yanımdan keçdi..."
Yaponiyanın böyük imperiya arzusu: Qərbi təqlid etdi, Asiyaya hökmranlıq etdi
Türkiyə ilə viza rejimi tətbiq edilir? - SƏBƏBLƏR
Türk millətçiliyini zəhərləməyə çalışanlar... - Baxçalı
Azərbaycanda balıq bahalaşdı - Qiymətlər
Selena Qomesin səsi dəyişdi: Nədən imtina etdi?
Azərbaycanın axtarışa verdiyi Fateh Türkiyədən qaçdı
Azərbaycanla Kanadanın aparıcı analitik mərkəzi arasında əməkdaşlıq müzakirə olunub
İran XİN sözçüsündən vahid məktəbli geyimi ilə bağlı - AÇIQLAMA
SON DƏQİQƏ! İstanbuldakı leysan Azərbaycana gəlir? – MÜHÜM AÇIQLAMA
İdeal dövləti necə qurmaq olar?