Arıqlamaq üçün olan qida əlavələrində zərərli maddə AŞKARLANDI
Ötən ay Səhiyyə Nazirliyi "Analitik Ekspertiza Mərkəzi"nə (AEM) Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsi tərəfindən daxil olmuş müraciət əsasında "Lipotrim kaps N36" və "Black Panther kaps N36" nümunələrinin ekspertizası aparılıb.
AEM-dən KONKRET.az-a verilən məlumata görə, təqdim edilən "Lipotrim kaps N36" və "Black Panther kaps N36" adlı nümunələr üzərində aparılmış tədqiqatlar nəticəsində tərkiblərində qablaşmalarının üzərində haqqında məlumat verilmədiyi müəyyənləşib.
Eyni zamanda, Azərbaycan Respublikasının 2016-cı il 18 mart tarixli Qanunu ilə təsdiq edilmiş "Güclü təsir edən maddələrin və onların külli miqdarının SİYAHISI"da göstərilmiş "sibutramin" adlı fəal təsiredici maddənin eyniliyi təsbit olunub.
Bildirilib ki, "Lipotrim kaps N36" və "Black Panther kaps N36" bioloji fəallığa malik aktiv qida əlavələrinin ekspertizası üçün AEM-ə müraciət olunmayıb.
Qeyd edək ki, sibutramin, toxluq hissini artıran anoreksigen maddədir, amfetamin törəməsidir. Piylənmənin müalicəsi üçün istifadə olunan dərmanlar qrupuna aiddir və artıq çəkili xəstələrin kompleks baxım terapiyasında istifadə olunur. Avropa Birliyinin ölkələrində sibutraminin istifadəsi, Avropa Dərman Agentliyi tərəfindən subitramin tərkibli dərmanın əlavə təsirlərinin riskləri ilə bağlı tədqiqatların nəticələrindən sonra 2010-cu ildə dayandırılıb.
Həmçinin FDA istehsalçılardan, istifadə üçün təlimatlarda ürək-damar xəstəlikləri olan xəstələrdə sibutraminin istifadəsi qadağan olduğunu göstərməyi tələb etdi. Bundan başqa, sibutramin Ümumdünya Antidopinq Agentliyi tərəfindən qadağan olunmuş maddələr siyahısına daxil edlib.
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Prezidentin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair paylaşım edilib
40 yaşlı kişinin evindən meyiti tapıldı
Gəncədə 28 yaşlı şəxs bıçaqlandı
Necla Uyqur vəfat etdi
Elvin Əlizadəyə yüksək vəzifə verildi
Laçın sakini Ağcabədidə gölməçədə boğularaq ölüb
Güllünü öldürən doğma qızına bu cəza verildi
Zaqatalada maşın işıq dirəyinə çırpıldı - Xəsarət alan var
"Barselona"nın hücumçusu "Qalatasaray"la oyunu buraxacaq
Mingəçevirdə 44 yaşlı kişi bıçaqlandı
Orta Dəhlizdən yaşıl enerjiyə: Bakı ilə Mərkəzi Asiya arasında yeni əməkdaşlıq mərhələsi
Xəzərlə bağlı komissiya: ilk iclas Azərbaycanda keçiriləcək
Gəncədə iki avtomobil toqquşub, xəsarət alanlar var
İlham Mayılov vəfat etdi
Türkiyə millisi baş məşqçisi ilə yollarını ayırdı