Arman Abovyan: "Ermənistan "Qərbi Azərbaycan" layihəsinə xidmət edən surroqat quruma çevrilir"
Ermənistanın "Çiçəklənən Ermənistan" Partiyasının üzvü, sabiq deputat Arman Abovyan ölkədə qanunvericilik sisteminin və Konstitusiyanın dəyişdirilməsi prosesini kəskin tənqid edərək hakimiyyəti dövlətçiliyin əsaslarını məhv etməkdə ittiham edib.
KONKRET.azxəbər verir ki, bu barədə erməni siyasətçi özünün sosial şəbəkə hesabında paylaşım edib.
A.Abovyan rəsmi İrəvanın son addımlarını "hüquqi özbaşınalıq" və "dəlilik" kimi xarakterizə edib:
"Bu gün Ermənistanda qanunla, Konstitusiya ilə və hüquqla baş verənləri açıq-aşkar lağlağı, dəlilik, hüquqi özbaşınalıq və dövlətçiliyin əsaslarının ardıcıl şəkildə məhv edilməsi adlandırmaqdan başqa bir ifadə tapmaq qeyri-mümkündür".
O, qeyd edib ki, Ermənistan Respublikası artıq erməni xalqının milli və hüquqi dövləti olmaqdan çıxır:
"Ermənistan anti-erməni və avtoritar meyillərə malik müəyyən bir regional surroqat quruma çevrilir. Bu gedişatın son perspektivi isə yalnız bir layihəyə — "Qərbi Azərbaycan" adlanan layihəyə xidmət etməkdir".
Ermənistan siyasi elitasının və Arman Abovyan kimi müxalif xadimlərin "Qərbi Azərbaycan" konsepsiyasından bu qədər ciddi qorxuya düşməsinin arxasında həm tarixi, həm də çox real geosiyasi səbəblər dayanır.
Erməni cəmiyyətindəki bu təşvişi bir neçə əsas məqamla izah etmək olar:
"Qərbi Azərbaycan" anlayışı indiki Ermənistan ərazisinin (İrəvan, Göyçə, Zəngəzur və s.) əzəli Azərbaycan torpaqları olduğunu, orada əsrlərlə yaşamış azərbaycanlıların etnik təmizləməyə məruz qaldığını beynəlxalq müstəviyə çıxarır. Ermənistan qorxur ki, bu konsepsiya onun illərdir qurduğu "qədim və məzlum erməni dövləti" mifini tamamilə darmadağın edir.
Azərbaycan tərəfi bu məsələni ərazi iddiası kimi deyil, fundamental insan hüquqları — Qərbi azərbaycanlıların öz doğma yurdlarına dinc şəkildə qayıtmaq hüququ kontekstində təqdim edir. Ermənistan hakimiyyəti yaxşı anlayır ki, beynəlxalq hüquq çərçivəsində bu tələbə "yox" demək çox çətindir və gələcəkdə yüz minlərlə azərbaycanlının Ermənistana qayıtması ölkənin demoqrafik və siyasi mənzərəsini tamamilə dəyişə bilər.
Ermənistan onilliklər boyu Qarabağdakı ermənilərin "öz müqəddəratını təyin etməsi" tezisindən Bakıya qarşı istifadə edirdi. İndi isə Azərbaycan eyni diplomatik silahı — bu dəfə tamamilə legitim əsaslarla (Ermənistandan qovulmuş azərbaycanlıların hüquqları üzərindən) İrəvana qarşı çevirib. Ermənilər bu "güzgü effektindən" və diplomatik dalana dirənməkdən ciddi şəkildə çəkinirlər.
Erməni müxalifəti iddia edir ki, Paşinyan hökumətinin apardığı güzəşt siyasəti və sərhədlərin delimitasiyası prosesi fonunda "Qərbi Azərbaycan" layihəsinin masada olması, Ermənistanı gələcəkdə müstəqil subyektliyini itirmiş və sadəcə regional tranzit yollarının keçdiyi bir "surroqat quruma" çevirəcək.
Qısası, Ermənistan üçün "Qərbi Azərbaycan" layihəsi — onların illərdir apardıqları təcavüzkar siyasətin və tarixi saxtakarlıqların beynəlxalq hüquq çərçivəsində özlərinə qarşı bumeranq kimi qayıtması qorxusudur.
Ağagül Mürsəlov,
KONKRET.az

Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək
Paşinyan qərar verdi: Simonyan Moskvaya gedir
Prezident İlham Əliyev 'FIFA U-15 World Cup and Festival'ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib
İran agentlərindən Londonda Azərbaycan səfirliyi qarşısında təxribat
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Tovuzda minik avtomobili su kanalına aşıb, xəsarət alanlar var
Bazarda qiymətlər əl yandırır: Meyvə-tərəvəz niyə bahalaşır?
"Əl-Nəsr"dən Ronaldonu istədilər
"Sabah" mövsümdə ilk dəfə uduzdu
Azərbaycanda bu cərimə 10 min manatdan 8 min manata endirilir
Bu şəxslərin gəlirlərindən 10 faiz vergi tutulacaq - Qanun
Maaşınızı istədiyiniz bankdan ala biləcəksiniz - TARİX
Yanacaqdoldurma məntəqələrində sürücülər necə aldadılır? – ŞOK İDDİA
Mərkəzi Banka yeni səlahiyyət verilir
İllərlə işləyənlərə daha çox PUL VERİLƏCƏK