Arsen Avakov həqiqətin tərəfini tutacaqmı? - Yelena Bronitskaya şərh edir

Arsen Avakov həqiqətin tərəfini tutacaqmı? - Yelena Bronitskaya şərh edirArsen Avakov həqiqətin tərəfini tutacaqmı? - Yelena Bronitskaya şərh edir
Son bir neçə həftə ərzində dünyanın bir çox ölkəsində erməni diasporunun nümayəndələrinin azərbaycanlılara qarşı hücumları və təxribatları baş verib.
Ukrayna da bu hadisələrdə istisna təşkil etmədi, ötən həftənin bazar günü iki azərbaycanlı tələbə odlu silahdan açılan atəş nəticəsində yaralandı.
Azərbaycanın Ukraynadakı səfirliyi vəziyyəti nəzarətdə saxlayır. Ukrayna Azərbaycanlıları Radası (RAU) ölkənin hüquq-mühafizə orqanlarına yazılı müraciət ünvanlayıb.
RAU rəhbərliyi həmvətənlərimizdən dözümlülük göstərməyi və təxribatlara uymamağı xahiş edib.
Uzun müddətdir Ukraynanın Daxili İşlər Nazirliyinə Arsen Avakovun rəhbərlik etdiyini nəzərə alsaq, araşdırmaların obyektiv aparılacağına nə qədər inanmaq olar? Eyni zamanda, qeyd edək ki, A.Avakov Ukraynanın Daxili İşlər Nazirliyinə dəfələrlə şikayət edən azərbaycanlıların müraciətlərini qulaqardına vurur, onların müraciətinə reaksiya vermir.
Vəziyyəti Media.Az üçün politoloq, Ukrayna Siyasət İnstitutunun daxili siyasət və kommunikasiya departamentinin direktoru Yelena Bronitskaya şərh edib.
- Biz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin on illərdir davam etdiyini bilirik. Yaxın günlərdə Azərbaycan-Ermənistan sərhədində gərginlik yaşandı. Təəssüf ki, bu qaçılmazdır, çünki tərəflər arasında konsensus yoxdur. Hazırda Ukraynada koronavirusla əlaqədar həyata keçirilən tədbirlər səbəbindən iqtisadi vəziyyətin ağırlaşması milli diasporlar arasında müəyyən gərginlik yaradıb. Mən ehtiyat edirəm ki, bizim ölkədə münaqişə böyüyəcək.
- Bəs Daxili İşlər Nazirliyi necə reaksiya verəcək? Arsen Avakov altı ildir vəzifədədir. Uzun illərdir bu vəzifədə olmasına baxmayaraq, heç vaxt Azərbaycan icmasının nümayəndələrinin, Azərbaycan sahibkarlarının müraciətlərinə reaksiya verməyib. Bundan əlavə, açıq danışsaq, Ukrayna hüquq-mühafizə orqanları "Lutsk terroru" və "Poltava terroru" hadisələrində özlərini yaxşı tərəfdən göstərmədilər.
- Bizim yerli terrorçulardan başlayaq. Ekspert çevrələrində belə bir sabit fikir formalaşıb ki, baş verənlər "teatr tamaşası" idi. Bizim siyasətçilər, Arsen Avakov da daxil oyunu uzatdılar. Daxili işlər nazirinin bir məqsədi var - baş nazir olmaq, ona bir nazirlik bəs eləmir. Ukraynanın yenilənməyinə ehtiyac var, idarəetməyə başqa insanlar gəlməlidir, amma təəssüf ki, bu baş vermir. Arsen Avakova qayıdaq. O, aprel ayında öz səhifəsində "erməni soyqırımı" barədə yazdı. Dünyanın bu hadisəni zamanında dəyərləndirə bilmədiyinə görə təəssüfləndiyini qeyd etdi. İstənilən halda, ümid edirəm ki, o, Ermənistan və Azərbaycan diasporaları arasındakı gərginliyin artmasına imkan verməyəcək. Ukraynada onsuz da çox problemimiz var.
- Hər halda, o, obyektiv olacaqmı?
- Düzünü istəsəniz, bunu demək asan deyil. Arsen Avakov çətin insandır. Bir il əvvəl Milli Korpusu nəzərdə tutaraq dedi ki, millətçilər səhv edir. Bu gün isə o, faktiki olaraq, onlara rəhbərlik edir. Daxili işlər naziri həqiqətin tərəfini tutacaqmı? Ola bilər, amma əgər ona sərf edəcəksə. Aydındır ki, Ukraynada millətlərarası razılaşma hökm sürməlidir. /oxu.az

Siyasi       Tarix: 27 iyul 2020
f Paylaş

Oxşar xəbərlər

Kamran Əliyev: "Vətəndaşların pozulmuş hüquqları bərpa edilir

"Əməkdaşlarımız və digər istintaq orqanları tərəfindən dövlətə vurulmuş ziyanın bərpa edilməsi istiqamətində kifayət qədər iş görülüb". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbayca

Kərki Azərbaycana qaytarılır? - Müzakirələr qızışır

Ermənistanda anklav kəndlərlə bağlı ciddi müzakirələr gedir. KONKRET.azxəbər verir ki, bu sözləri Bakıvaxtı.az-a açıqlamasında Türkiyənin Ərciyəs Universitetinin professoru, ermənişünas alim Qafar Çaxmaqlı deyib. Professo

Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir

"Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi və milli təhlükəsizliyin təmin edilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir". Bu fikir Prezident İlham Əliyevin "ADEX 2026" 6-c

İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət ünvanlayıb

Prezident İlham Əliyev "Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması" mövzusunda AQEM (Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə) Media Forumunun iştirakçılarına müraciət ünvanlayıb

Qalibaf: İrana neft satmağa mane olunarsa, regionda başqa heç bir ölkə neft sata bilməyəcək

İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf İranın regionda neft satışına mane olunacağı təqdirdə digər ölkələrin də həmin regionda neft sata bilməyəcəyini bildirib. KONKRET.azapa-ya istinadən xəbər verir ki, "Mehr"

İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 30-da Bakı Ekspo Mərkəzində keçirilən "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və "Securex Caspian"

Azərbaycan-Slovakiya əlaqələri yüksək səviyyədə inkişaf edir - Sahibə Qafarova

Azərbaycan və Slovakiya arasında münasibətlərin inkişafında yüksək səviyyəli qarşılıqlı səfərlərin mühüm rolu var. xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova Slovakiyanın Milli Günü münasibətilə keçirilən rəsm

Kiyevdə həlak olan Abbasın nəşi Azərbaycana gətiriləcək

Xəbər verdiyimiz kimi, sentyabrın 27-də saat 22:00 radələrində Kiyev şəhərinə dron hücumu nəticəsində 1978-ci il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşı Abbas Abbasov həlak olub. Azərbaycan Xarici İşlər Nazirliyini

Putindən Azərbaycana qadağa: zərər görəcəyik?

Rusiya sentyabrın 29-dan fiziki şəxslərin Azərbaycana 1 milyon rubldan, yəni təxminən 20 min manatdan artıq nağd pul çıxarmasını qadağan edib. Hüquqi şəxslər və fərdi sahibkarlar üçün isə məhdudiyyət məbləğdən asılı olmayara


son xeberler azerbaycan xeberleri yeni xeberler metbuat bu gune olan xeberler son xeber.az krminal bu gun