Artıq Fransanın müstəmləkə siyasətinə "dur" deyən var — Bu, Azərbaycandır

Artıq Fransanın müstəmləkə siyasətinə Prezident İlham Əliyev yerli telekanallara müsahibəsində xarici siyasət prioritetlərindən birini də elan etdi. Azərbaycan neokolonizmə qarşı mübarizəni davam etdirəcək. Bunun səbəbləri maraqlıdır, xüsusilə Prezident İlham Əliyevin dedikləri fonunda. 
Dövlət başçısı bildirib ki, Azərbaycan cəmiyyəti artıq öz mövqeyini ortaya qoyub və Bakı Təşəbbüs Qrupunun fəaliyyəti ildən-ilə genişlənir, böyüyür: 
"Yenə də deyirəm, əgər bu proses müəyyən səbəblər üzündən başlamışdırsa, bu gün bu, artıq həyatımızın bir parçasıdır və xüsusilə bu ərazilərin nümayəndələri ilə görüşmək, onların dilindən problemlərini eşitmək, onların gözündə bu həsrəti, bu tükənmiş ümidləri görmək həm ağırdır, həm də ki, çox tanışdır. Çünki biz də uzun illər təxminən eyni vəziyyətdə idik. Biz müstəqil olmayan dövrdə müstəqillik eşqi ilə yaşamışıq, hər halda cəmiyyətimizin böyük qismi. Biz müstəqillik əldə etdik və dərhal işğala məruz qaldıq, hətta ondan qabaq. Bu ədalətsizlik elə həyatımızın bir parçası idi və biz bu ədalətsizlikdən canımızı xalqımızın iradəsi ilə qurtardıq. Amma bu xalqlar faktiki olaraq heç bir kütləvi informasiya vasitələrinə çıxış əldə edə bilmirlər. Onlar hədələnir, onlara qarşı ədalətsizlik bir qayda olaraq artıq özünü təsdiqləyib. Onların müdafiəsinə qalxmaq istəyən tərəflərin, təşkilatların sayı da çox azdır. Çünki yenə də deyirəm, mən bunu demişəm, heç kim başağrısı istəmir, heç kim istəmir ki, böyük dövlətlərlə - hər halda özlərini belə sayan, üz-üzə gəlsin. Amma biz bunu edirik və edəcəyik. Bu müstəmləkəçilik praktikası davam edənə qədər biz o xalqların yanında olacağıq. Artıq bunu Azərbaycan cəmiyyəti öz mənəvi borcu kimi qiymətləndirir".
Azərbaycan faktiki olaraq dünyada yüzillərdir müstəmləkədən əziyyət çəkən bu xalqların yanında olan nadir ölkələrdəndir. Bu, Prezidentin də qeyd etdiyi kimi, Azərbaycan xalqının mənəvi borcuna çevrilib.
Bu gün Afrika xalqları – qitənin qərbində yaşayan, eləcə də Korsikadakı, Yeni Kaledoniyadakı insanlar Fransanın neokolonal siyasətinin hədəfindədir. Afrikada baş verənlər Fransanın gerçək simasını ortaya çıxardı. Bu ölkə demokratiya və insan haqlarından danışsa da, reallıqda vəhşi kolonizm siyasətini aparır. Dənizaşırı ölkələrdə baş verənlər – insan haqlarının kobud şəkildə pozulması, zorakılıq, siyasi qətllər rəsmi Parisin bəşəri dəyərlərə təhlükə yaratdığının real nümunələridir. 
Artıq Fransanın müstəmləkə siyasətinə Təkcə Yeni Kaledoniyada Fransanın törətdiyi zorakılıq nəticəsində onlarla insan həlak oldu, minlərlə insan yaralandı. Yeni Kaledoniyanın yerli xalqı olan kanakların yeganı istəyi müstəqillik əldə etməkdir, lakin Fransa bu ölkənin təbii sərvətlərini talamaq üçün XXI əsrdə amansızlığı və qəddarlığı ilə seçilən siyasət yürüdür.
Korsikada baş verən qasırğa isə Fransanın bu ölkədəki insanların başına açdığı oyunları ortaya çıxardı. Prezident İlham Əliyev də bu məsələyə toxunub və bildirib ki, sən demə, Fransa sayılan bir ərazidə əhalinin 70-75 faizi yoxsulluq şəraitində yaşayır: 
"Axı nə üçün bu, onda Fransada olmalıdır? Fransanın prezidenti oraya gəlib deyir ki, Fransa olmasa, siz 10 min dəfə daha pis yaşayarsınız. Hara daha pis yaşamaq olar? Yetmiş beş faiz yoxsulluq şəraitində, mənzil fondunun 30-40 faizi köhnəlmiş, qəzalı vəziyyətdə. Əgər bu Fransadırsa, onda sən demə Fransa yoxsul ölkə imiş. Yəni, sadəcə olaraq, oranı strateji bir məntəqə kimi saxlamaq, oranın təbii sərvətlərini talamaq və xalqları əzmək, assimilyasiyaya məruz qoymaq, onları öz mənliyindən, dilindən, mədəniyyətindən məhrum etmək vəhşilikdir. Bu, heç bir ölkəyə şərəf gətirmir".
Lakin artıq Fransanın müstəmləkə siyasətinə "dur" deyən var. Bu, Azərbaycandır. Bakı Təşəbbüs Qrupunun (BTQ) fəaliyyəti bu prosesdə müstəsnə əhəmiyyət kəsb edir. 
Təsadüfi deyil ki, BTQ-nin fəaliyyəti nəticəsində Fransanın Yeni Kaledoniya və dənizaşırı ərazilərdəki neokolonal siyasəti BMT İnsan Hüquqları Komitəsinin Hesabatına daxil edildi. BMT rəsmi Parisdən apardığı qəddar siyasəti dayandırmağı tələb edir. 
Artıq Fransanın müstəmləkə siyasətinə Bu nəticə BTQ-nin əldə etdiyi mühüm uğurlardan biridir. Ötən ilin iyun ayında BTQ təşkilatçılığı ilə BMT-nin Nyu-Yorkdakı Baş Qərargahında "Müstəqillik və fundamental azadlıqlara doğru: müstəmləkiçiliyə son qoyulmasında C-24 komitəsinin rolu" mövzusunda beynəlxalq konfrans keçirildi. Konfransdaa kolonial ölkə olan Fransanın Yeni Kaledoniya, Korsika və Martinikdə zorakılıqlarını pislənildi. Avqust ayında BTQ BMT-nin İnsan Hüquqları Komitəsinə "Fransız müstəmləkəçiliyinin davamlı irsi öz müqəddəratını təyinetmə hüququnun həyata keçirilməsinə əhəmiyyətli dərəcədə mane olmaqda davam edir: Yeni Kaledoniya (Kanaki) və Fransız Polineziyası (Ma`ohi Nui) timsalında" adlı alternativ hesabat təqdim etdi. Oktyabr ayında isə BTQ-nin təşkilatçılığı ilə BMT-nin Cenevrə ofisində "Mülki və Siyasi Hüquqlar Haqqında Beynəlxalq Pakt və Fransız Müstəmləkəçiliyinin Nəticələri" adlı beynəlxalq konfrans keçirildi. BMT İnsan Hüquqları Komitəsinin (İHK) 142-ci sessiyası çərçivəsində keçirilən konfransda da Fransanın neo-müstəmləkə siyasəti və dənizaşırı ərazilərdə insan haqlarına qarşı törətdiyi əməllər beynəlxalq ictimaiyyətə təqdim olundu.
Nəticədə noyabr ayında yayımlanan BMT İnsan Hüquqları Komitəsinin Hesabatında Fransanın bəşəri dəyərlərə qarşı törətdiyi vəhşiliklər, insan haqlarının kobud şəkildə pozulması halları, Yeni Kaledoniya başda olmaqla dənizaşırı ərazilərdə həyata keçirdiyi zorakılıq aktları öz əksini tapdı. Beləliklə, Fransanın neokolonizm siyasəti ifşa edildi.
Azərbaycan faktiki olaraq kolonizm siyasətindən əziyyət çəkən xalqların səsinə çevrilib və törədilən vəhşilikləri, insan haqlarının pozulması faktlarını təkcə beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmır, həm də beynəlxalq təşkilatların gündəliyinə daxil edir. Azərbaycanın bu cəsarətli fəaliyyəti müstəmləkədən əziyyət çəkən xalqlara dünyanın ən ali neməti olan müstəqil olmaq ümidi verib.
Vaqif Hüseynli / azxeber.com

Siyasi       Tarix: 10 yanvar 2025
f Paylaş

Oxşar xəbərlər

Makron: Ukraynaya yardım Fransa və bütün Avropanın müdafiəsi deməkdir

Ukraynaya dəstək Fransa və Avropanın təhlükəsizliyi üçün birbaşa əhəmiyyət kəsb edir. KONKRET.azxəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makronun "X" sosial şəbəkəsində ölkə vətəndaşlarına müraciətind

Azərbaycan ABŞ ilə aqrar sahədə əməkdaşlığı genişləndirəcək

Azərbaycan və ABŞ kənd təsərrüfatı sahəsində əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə edib. Bu barədə Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir. Bununla bağlı müzakirələr kənd təsərrüfatı naziri Məcnu

Leyla Əliyeva COP31-də Xəzər dənizinə aid problemləri qabardıb

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Blu

Lora Lumer qalmaqalı: Trampın yaxın tərəfdaşı siyasi paylaşımlara görə on minlərlə dollar alıb

ABŞ Prezidenti Donald Trampın ən nüfuzlu tərəfdarlarından biri hesab olunan 33 yaşlı sağ-mühafizəkar fəal Lora Lumer The Washington Post qəzetinin araşdırmasından sonra qalmaqalın mərkəzinə düşüb. Qəzetin araşdırmasına görə

Azərbaycan sabitliyin ciddi amilidir - Şimali Makedoniyanın Prezidenti

Azərbaycan sabitliyin ciddi amilidir, 2028-ci ildə Avropa Siyasi Birliyinin (ASB) sammitinin ölkədə keçirilməsi isə Bakıya göstərilən etimadı, onun regional və beynəlxalq proseslərdəki rolunun tanındığını nümayiş etdirir

Leyla Əliyeva 'Qlobal Sıfır Tullantı Alyansı' çərçivəsində keçirilən yüksəksəviyyəli toplantıda iştirak edib

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva noyabrın 11-də Türkiyənin Antalya şəhərində keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsind

Dövlət Komitəsi Göy məscidin mərasim zalına erməni şairin adının verilməsinə etiraz edib

İrəvanda yerləşən, Azərbaycan xalqının qədim tarixi-mədəni irsinin nümunələrindən biri olan Göy məscidin mərasim zalına erməni şairi Yeğişe Çarentsinin adının verilməsi tarixi-mədəni kimliyin təhrif olunmasına yönəlmiş növbət

Prezident İlham Əliyevin Dublində Litva Prezidenti ilə görüşü olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin noyabrın 12-də Dublində Litva Respublikasının Prezidenti Gitanas Nauseda ilə görüşü olub. xəbər verir ki, söhbət zamanı ölkələrimiz arasında siyasi əlaqələrin yaxşı səviyyəd

Azərbaycanın Niderlanddakı səfiri öz vəzifəsinin icrasına başlayıb

Anar Əcəmov Azərbaycan Respublikasının Niderland Krallığında fövqəladə və səlahiyyətli səfiri kimi vəzifəsinə başlayıb. xəbər verir ki, bu barədə o, bu barədə öz "X" hesabında məlumat verib. "Niderland Kral


son xeberler yeni xeberler azerbaycan xeberleri dunyada son xeberler havanın temperaturu xeber.az xabar az