Prezidentin təltif etdiyi Jalə Əliyevanın DOSYESİ

Prezidentin təltif etdiyi Jalə Əliyevanın DOSYESİPrezident İlham Əliyev Milli Məclisin deputatı Jalə Fazil qızı Əliyevanın "Şöhrət" ordeni ilə təltif edilməsi barədə sərəncam imzalayıb.
azxeber.com xəbər verir ki, Jalə Fazil qızı Əliyeva 1966-cı il oktyabrın 5-də Bakı şəhərində anadan olub.
Şairə Nurəngiz Günün yeganə övladıdır. 1 övladı var. 1983-cü ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Şərqşünaslıq fakültəsinə daxil olub.
1988-ci ildə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsini fərqlənmə diplomu ilə bitirib. Universitetdə oxuduğu illərdə, dövrün ən ali təqaüdü olan Lenin təqaüdünə layiq görülüb. Eyni zamanda universitetin ictimai və elmi həyatında yaxından iştirak edib, universitet elmi şurasının üzvü, fakültə komsomol komitəsinin katibi olub. 1994-cü ildə Bakı Dövlət Universitetinin aspiranturasını bitirib.
1998-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirərək, ikinci ali təhsilə yiyələnib.
Hazırda BDU-nun Türk filologiyası kafedrasının professorudur. Şərqşünaslıq fakültəsi Elmi Şurasının üzvüdür.
1996-cı ildə "Füzulişünaslığın təşəkkülü və inkişaf meylləri" mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək filologiya elmləri namizədi elmi dərəcəsini alıb. 2006-cı ildə "Çağdaş Türk şeirinin poetikası" mövzusunda doktorluq dissertasiyasını müdafiə edib. 2007-ci ildə Ali Attestasiya Komissiyasının qərarı ilə filologiya elmləri doktoru elmi dərəcəsini alıb. Ali Attestasiya Komissiyasının qərarı ilə ona 2012-ci ildə dosent, 2014-cü ildə professor elmi adları verilib. AMEA-nın N.Gəncəvi adına Ədəbiyyat İnstitutunun Dissertasiya Şurasının və AMEA-nın Ədəbiyyat Müzeyinin Elmi Şurasının üzvüdür.
100-ə yaxım elmi məqalənin, 4 elmi monoqrafiyanın, 1 dərs vəsaitinin və 1 metodik vəsaitin müəllifidir. Həmçinin, 3 elmi araşdırma kitabı və 2 monoqrafiyaya elmi redaktorluq, 1 dissertasiya müdafiəsinə elmi rəhbərlik və 8 dissertasiya müdafiəsinə rəsmi opponentlik edib.
Azərbaycan Yazıçılar Birliyinin və İLESAM-ın (Türkiyə Elm və Ədəbiyyat Əsəri Sahibləri Məslək Birliyi) üzvüdür.
Üçüncü, dördüncü, beşinci, altıncı və yeddinci çağırış Azərbaycan Respublikası Milli Məclisinə deputat seçilib. Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini olub. Hazırda Ailə, Qadın və Uşaq məsələləri komitəsinin sədr müavini, sosial-siyasət komitəsinin üzvüdür.
Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü, komitə sədr müavini və sədr vəzifələrinə seçilmişdir. Hazırda MDB Parlamentlərarası Assambleyasının üzvüdür. Azərbaycan-İsveç parlamentlərarası əlaqələr üzrə dostluq qrupunun rəhbəri olub. 2024-cü il oktyabrın 8-də Azərbaycan-Meksika parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri seçilib. Eyni zamanda Azərbaycan-Türkiyə, Azərbaycan-İtaliya, Azərbaycan-Hindistan, Azərbaycan-Almaniya, Azərbaycan-Avstriya və Azərbaycan-Yaponiya parlamentlərarası əlaqələr üzrə dostluq qruplarının üzvüdür.

Siyasi       Tarix: 05 oktyabr 2026
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Rusiyadan Azərbaycanla bağlı arzuolunmaz qərar – 3 ay ərzində…

Rusiyadan Azərbaycan da daxil olmaqla, bir sıra ölkələrə nağd pul çıxarılmasına yeni məhdudiyyət tətbiq edilib. Sənədə əsasən, fiziki şəxslərə Azərbaycan, Tacikistan və Özbəkistana 1 milyon rubldan (təxminən 20 min manat

Putinin etirafı: Rusiya kimi nəhəng ona möhtacdır

Rusiya Prezidenti Vladimir Putinin Çin Xalq Respublikasının yaranmasının 77-ci ildönümü münasibətilə bu ölkənin lideri Si Szinpinə göndərdiyi təbrik məktubunda iki ölkə arasında münasibətlərin görünməmiş yüksək səviyyəy

Britaniya səfiri İran XİN-ə çağırılıb

Britaniyanın İrandakı səfiri Hüqo Şorter İran Xarici İşlər Nazirliyinə çağırılıb. -ın  APA-ya istinadən məlumatına görə, diplomat Britaniya hökumətinin İrana qarşı davamlı destruktiv siyasəti ilə bağlı İranın kəskin etiraz

Ramiz Mehdiyev məhkəməyə məcburi gətirilə bilər

Sentyabrın 21-də Bakı Ağır Cinayətlər Məhkəməsində Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin və onun köməkçisi olmuş Eldar Əmirovun cinayət işi üzrə hazırlıq iclası keçirilib. Ramiz Mehdiyev məhkəməni

İlham Əliyev "Bakı Metropoliteni" ilə bağlı - Fərman imzaladı

"Bakı Metropoliteni" QSC-nin yenidən təşkili və bununla əlaqədar Azərbaycan Prezidentinin bəzi fərman və sərəncamlarında dəyişiklik edilməsi, bəzi sərəncamlarının ləğv edilməsi haqqında" Azərbaycan Prezidentini

Keçmiş kansler Şröderİn Rusiya ilə daha bir bağlılığı üzə çıxdı

Almaniyanın keçmiş kansleri Gerhard Şröder Globus hipermarket şəbəkəsinin Rusiyadakı bölməsində çalışmağa başlayıb. xəbər verir ki, bu barədə RBK rusiyalı "Hiperqlobus" MMC-nin nümayəndəsinə istinadən məlumat verib

"Cəbrayılın azadlığı Zəfər yolunun mühüm mərhələsi idi" – Deputat

"Cəbrayılın coğrafi mövqeyi onun iqtisadi və logistika əhəmiyyətini də artırır". xəbər verir ki, bunu Milli Məclisin deputatı Könül Nurullayeva Cəbrayıl şəhərinin işğaldan azad edilməsinin 6-cı ildönümü ilə bağl

Vətənə sədaqətli xidmət nümunəsi

3 oktyabr 1993-cü il Azərbaycan tarixində mühüm siyasi hadisə kimi yadda qalıb. Həmin gün keçirilən prezident seçkilərində xalqın böyük etimadını qazanan Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilib. Ulu Öndəri

Misir Mərdanov 'Şərəf' ordeni almasından DANIŞDI

Xəbər verdiyimiz kimi, Misir Cümail oğlu Mərdanov "Şərəf" ordeni ilə təltif edilib. Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Sərəncama əsasən, Misir Mərdanov Azərbaycan Respublikasının ictimai-siyas


azerbaycan xeberleri son xeberler yeni xeberler bu gunun xeberleri xəbərlər valyuta mezenesi xəbər.az