Kərki Azərbaycana qaytarılır? Delimitasiya prosesində mühüm DETAL

Kərki Azərbaycana qaytarılır? Delimitasiya prosesində mühüm DETALAzərbaycan və Ermənistan arasında delimitasiya və demarkasiya prosesi davam edərkən, hazırda Ermənistanın nəzarətində olan Kərki kəndinin taleyi də diqqət mərkəzindədir. Naxçıvan Muxtar Respublikasının Sədərək rayonuna aid olan bu eksklavın Azərbaycana qaytarılması məsələsi sərhədlərin müəyyənləşdirilməsi çərçivəsində mümkün müzakirə mövzularından biri kimi qiymətləndirilir.
Bəs Kərkinin taleyi ilə bağlı danışıqlar delimitasiya prosesinin hansı mərhələsində gündəmə gələ bilər və yaxın perspektivdə kəndin Azərbaycana qaytarılması nə dərəcədə realdır?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlamasında politoloq Aydın Tağıyev bildirib ki, Kərki kəndi Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası və demarkasiyası prosesində ən həssas məsələlərdən biridir.
Kərki Azərbaycana qaytarılır? Delimitasiya prosesində mühüm DETAL"Hazırda tərəflər sərhədin müəyyənləşdirilməsi istiqamətində xəritələrin uyğunlaşdırılması və sovet dövrünə aid inzibati sərhədlərin hüquqi əsaslarının təsdiqi üzərində işləyirlər. Bu baxımdan, Kərki kimi eksklavların statusu da delimitasiya çərçivəsində müzakirəyə çıxarıla bilər.
Sovet dövründə Kərki Azərbaycanın tərkibində olub və bu fakt kəndin hüquqi statusunun müəyyənləşdirilməsi zamanı əhəmiyyət daşıyır".
Aydın Tağıyevin fikrincə, Kərki məsələsi yalnız geniş sülh gündəliyinin tərkib hissəsi kimi müzakirə oluna bilər. Çünki Ermənistan rəhbərliyi bu məsələnin ölkənin daxili ictimaiyyətinə izah edilməsində siyasi çətinliklərlə üzləşər.
"Kərkinin Azərbaycana qaytarılması Bakı üçün strateji əhəmiyyət daşısa da, Ermənistan tərəfindən ciddi siyasi güzəşt kimi qəbul edilə bilər. Kəndin taleyi Qazax rayonunun işğal altında olmuş kəndləri ilə bağlı danışıqlar çərçivəsində də müzakirə olunar. Qazax kəndləri üzrə kompromis əldə ediləcəyi təqdirdə, Kərki məsələsinin də paralel şəkildə gündəmə gətirilməsi mümkündür".
A.Tağıyev vurğulayıb ki, bu prosesin gedişinə Ermənistanın daxili siyasi vəziyyəti və beynəlxalq vasitəçilik amilləri də təsir göstərə bilər.
Politoloqun qənaətinə görə, Kərki məsələsinin delimitasiyanın hüquqi müzakirə mərhələsində gündəmə gəlməsi mümkündür. Bununla belə, yaxın perspektivdə kəndin Azərbaycana qaytarılması ilə bağlı konkret razılaşmanın əldə olunması ehtimalı məhduddur. Hazırkı mərhələdə məsələnin hüquqi əsaslarının müəyyənləşdirilməsi və siyasi gündəliyə daxil edilməsi daha real görünür.
Beləliklə, Kərkinin Azərbaycana qaytarılması delimitasiya prosesinin həssas istiqamətlərindən biri olaraq qalır. Qazax kəndləri ilə bağlı mümkün razılaşmalar isə bu məsələnin gələcək müzakirələrinə təsir edə biləcək amillərdən biri kimi dəyərləndirilir.
Aynurə İsmayıl
KONKRET.az

Siyasi       Tarix: 03 oktyabr 2026
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir

"Azərbaycanın təşəbbüsü ilə AQEM çərçivəsində ilk Media Forumun Bakıda təşkili və onun AQEM Zirvə Görüşü ərəfəsində keçirilməsi təşkilatın beynəlxalq müstəvidə oynadığı mühüm roluna və sədrliyimiz çərçivəsində üzv dövlətlərl

İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 30-da Bakı Ekspo Mərkəzində keçirilən "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və "Securex Caspian"

Vensdən İrana qarşı SƏRT XƏBƏRDARLIQ: "Onlar başa düşürlər ki..."

ABŞ rəsmiləri İranın son addımları və bölgədəki vəziyyətlə bağlı sərt bəyanatlar səsləndiriblər. KONKRET.azxəbər verir ki, ABŞ rəhbərliyindən bildirilib ki, iranlılar öz hərəkətlərində səhvə yol verdiklərini anlayırlar. "Onla

27 Sentyabr: Zəfərin başlanğıcı və şəhidlərimizin əbədi xatirəsi

27 Sentyabr – Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin dərin ehtiram və sonsuz minnətdarlıq hissi ilə yad edildiyi gündür. Azərbaycan Prezidenti

Prezidentin sosial media hesablarında ADEX sərgisindən görüntülər paylaşıldı

Prezident İlham Əliyevin sosial media hesablarında Birinci xanım Mehriban Əliyeva ilə birlikdə ADEX sərgisindən görüntülər paylaşılıb. xəbər verir ki, paylaşımda qeyd edilib:. "Bakı Ekspo Mərkəzində "ADEX 2026"

Putin Kasparovu öldürmək istəyir

Rusiya hakimiyyəti ABŞ-da Harri Kasparov və İlya Ponomaryovu öldürməyə hazırlaşıb. KONKRET.azxəbər verir ki, bu barədə İspaniyanın El Mundo qəzeti yazıb. Qəzetin məlumatına görə, Rusiya tərəfi ABŞ-da Free Russia Forum təşkilatını

Prezident: Azərbaycan dünyanın iki supergücü ilə strateji tərəfdaşdır

Azərbaycanın Avropa İttifaqına üzv ölkələrin bir çoxu ilə strateji tərəfdaşlıq bəyannamələri, müqavilələri var və Aİ-yə üzv 10 ölkə ilə belə formatı var. Bunu Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının qurultayınd

Ramiz Mehdiyev məhkəməyə məcburi gətirilə bilər

Sentyabrın 21-də Bakı Ağır Cinayətlər Məhkəməsində Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin və onun köməkçisi olmuş Eldar Əmirovun cinayət işi üzrə hazırlıq iclası keçirilib. Ramiz Mehdiyev məhkəməni

Prezident İlham Əliyev Məsud Pezeşkiana zəng etdi

Sentyabrın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana zəng edib. xəbər verir ki, Dövlətimizin başçısı Prezident Məsud Pezeşkianı ad günü münasibətilə təbri


yeni xeberler son xeberler azerbaycan xeberleri son xeber az son xeberler bugun xankendi krminal bu gun