Artıq son akkordlar vurulur - Qarabağ erməniləri də təngə gəlib - ŞƏRH

Artıq son akkordlar vurulur - Qarabağ erməniləri də təngə gəlib - ŞƏRHQarabağ separatçıları arasında baş verən qarşıdurma pik həddə çatıb. Əvvəllər terrorçulara rəhbərlik edən Samvel Babayan özünün "Facebook" səhifəsində bəzi məqamlara toxunub, Qarabağın Azərbaycana təslim edilməsinin son akkordlarından danışıb:
"Tamaşaçılar qarşısında birlik və həmrəyliyi təbliğ edən, pərdə arxasında bir-birini həzm edə bilməyən və rədd edən siyasi qruplar Qarabağın son təslimində iştirak etmədikləri üçün əziyyət çəkirlər".
Ermənistanda və Qarabağda baş verən son hadisələr onu göstərir ki, ermənilər artıq reallıqla barışıb və Azərbaycanın tələbi qarşısında başqa çıxış yolu görmürlər. Dünən separatçıların lideri Arayik Arutyunyanın Ağdam yolundan istifadəyə hazırlaşdıqlarını deməsi, bu gün hökumətin iclasında Ermənistanın Baş naziri Nikol Paşinyanın Azərbaycana təkliflərin göndərilməsi barədə məlumatı, sülh müqaviləsinin sürətlənməsi ilə nəticələnə bilər. Amma bütün bunların növbəti təxribat da olma ehtimalı da var. Vaxt udmağa çalışan ermənilər bir neçə dəfə bu cür manipulyasiyalardan istifadə ediblər. Ancaq bu dəfə onların başqa çıxış yolu qalmayıb.
"Humanitar fəlakət" şousundan müsbət nəticə əldə edə bilməyən Ermənistan indi fərqli taktikalardan istifadəyə keçib. Dünya birliyi qarşısında dayanmadan haray- həşir salan düşmən ölkə müxtəlif yollara əl atır. Bunların heç biri alınmayanda isə sülh taktikasına keçir. Guya Ermənistan sülh müqaviləsi üçün bütün imkanları səfərbər edib. Bu isə sadəcə görüntüdür. Bir həftə əvvələdək sərhədə silah-sursat, texnika yığan Ermənistan eyni zamanda Qarabağdakı separatçıları da qızışdırır.
Qarabağda "drijorluq" edən Ruben Vardanyanın maliyyələşdirdiyi terrorçular səngər qazır və silahlandırılır. Amma bütün hallarda separatçı qüvvələr arasında fikir ayrılığı davam edir. Çox güman ki, Arayik Arutyunyanın dünənki bəyanatı çoxlarını qane etməyib və həmin qüvvələr yüklərin Ağdamdan çatdırılmasına qarşıdırlar. Dünən Ermənistan mətbuatı Arutyunyanın açıqlamasından bir neçə saat sonra həmin bəyanatı təkzib etdi. Bir qədər sonra isə başqa mənbə Arayikin bəyanatının doğru olduğu xəbərini yaydı.
Göründüyü kimi, çıxılmaz vəziyyətdə qalan ermənilər necə hərəkət edəcəklərini yaddan çıxardıblar. Qarabağın sadə erməni əhalisi isə Azərbaycanla yolun açılmasını gözləyir. Bir qrup terrorçunun girovuna çevrilən Qarabağ erməniləri xunta rejimindən xilas olacaqlarına inanırlar. O gün isə uzaqda deyil.
Vəli Həsənov,
KONKRET.az

Siyasi       Tarix: 24 avqust 2023
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Azərbaycan, ABŞ və Ermənistan üçtərəfli işçi qrup yaratdı 

ABŞ, Azərbaycan və Ermənistan hökumətləri Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun (TRIPP) həyata keçirilməsini sürətləndirmək məqsədilə üçtərəfli texniki planlaşdırma qruplarının fəaliyyətinə başlayıblar. -a istinadə

Merz Trampla Ukraynadakı müharibəni müzakirə etdi

Almaniya kansleri Fridrix Merz ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparıb. KONKRET.azaxaraz-a istinadən xəbər verir ki, bu barədə "N-tv" məlumat yayıb. Məlumata görə, hər iki tərəf Ukraynaya qarşı müharibəni

Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır

ABŞ Prezidenti Donald Tramp administrasiyası Ukrayna və Yaxın Şərqdəki münaqişələrin həlli üçün diplomatik səyləri intensivləşdirib. xəbər verir ki, bu barədə "The Washington Post" qəzetinin köşə yazarı Devid İqnatiu

Trampın planları alt-üst ola bilər – Seçkilərdən sonra nə dəyişəcək?

"Donald Trampın partiyasının aralıq seçkilərdə məğlub olması ABŞ-nin İrana qarşı siyasətində siyasi parçalanmanı dərinləşdirə və qərar qəbuletmə imkanlarını zəiflədə bilər. Bununla belə, bu, Vaşinqtonun İran siyasətind

İran XİN-dən 14 iranlının Azərbaycanda arzuolunmaz elan edilməsinə münasibət

İran Xarici İşlər Nazirliyi (XİN) 14 İran vətəndaşının Azərbaycanda "arzuolunmaz şəxs" elan edilməsi ilə bağlı məlumata münasibət bildirib. KONKRET.azapa-ya istinadən xəbər verir ki, İran XİN-in sözçüsü İsmayı

Ərdoğanın səfəri hansı mesajları verir? – Politoloqdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycana səfər etməyi planlaşdırır. Son günlər Azərbaycan-Türkiyə münasibətləri ilə bağlı sosial şəbəkələrdə müxtəlif müzakirələ

Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycan Prezidenti İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib. -a istinadən xəbər verir ki, təbrikdə deyilir:. "Pakistan xalqı və Hökuməti adından

Sahibə Qafarova Qazaxıstana səfər edib

Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstana işgüzar səfərə gəlib. Bu barədə Milli Məclisə istinadən xəbər verir. Məlumata görə, Astana şəhərinin Nursultan Beynəlxalq Aeroportunda Milli Məclisin sədrini Qazaxıstan Qurultayını

Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür. xatırladır ki, Prezident İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Azərbaycan müstəqilliyin


azerbaycan xeberleri son xeberler yeni xeberler valyuta mezennesi banklar son xeber.az iqtisadiyyat xeberleri bugun en sonxeber