Arutyunyan Paşinyandan küsdü: Məhkəmədə elə şeylər danışacaq ki…
Qarabağdakı keçmiş qondarma rejimin "müdafiə naziri" Cəlal Arutyunyan Ermənistanda barəsində verilən həbs qərarının dəyişdirilməməsinə görə qəzəblənib.
KONKRET.az globalinfo-ya istinadən xəbər verir ki, bu barədə "Hraparak"ın məqaləsində qeyd olunur.
Nəşr yazır ki, 44 günlük müharibədə separatçılara rəhbərlik edən Arutyunyan həbsdə olduğu müddətdə səssiz qalıb, döyüşlərlə bağlı kritik informasiyalar verməyib. O, buna görə Ermənistanın Baş naziri Nikol Paşinyan tərəfindən təqdir ediləcəyini və bir müddət sonra barəsində çıxarılan hökmün yüngülləşdirilə biləcəyini düşünüb. Lakin son şikayət ərizəsinin geri çevrilməsi və həbs qərarının qüvvədə qalması Arutyunyana pis təsir edib. Erməni general artıq susmayacağını, bütün sirləri açacağını söyləyib. Hətta yaxın zamanda media orqanlarının birində hissə-hissə məqalələr yayımlayaraq baş verənləri ictimaiyyətə çatdıracağı deyilir.
Qeyd edək ki, Cəlal Arutyunyan Xocavənddə yerləşən Sor hərbi bazasına yanlış əmr vermə və nəticədə ərazinin Azərbaycanın nəzarətinə keçməsi, 20 erməni əsgərin öldürülməsində ittiham olunaraq barəsində 5 il həbs qərarı verilib.
Xatırladaq ki, general müharibənin əvvəlində Azərbaycan ordusunun PUA zərbəsi ilə yaralanıb. Hərbi cinayətkarın hərəkətdə olan maşını dronla vurulsa da, o, xilas ola bilmişdi.

Qaxda 7 nəfər göbələkdən zəhərləndi - 5-i Bakıya göndərildi
Keçmiş məmur oğlu HƏBS EDİLDİ - ŞOK SƏBƏB
Ağ çörək və ağ düyünün görünməyən təhlükəsi: Bir vaxtlar milyonlarla insanı xəstələndirən vitamin çatışmazlığı
Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib
Bakıda restoranda 14 nəfərin qidadan zəhərləndiyi iddia olunur
Bakıda yaşlı qadını avtomobil vurdu
Noyabrda 11 gün iş olmayacaq
SON DƏQİQƏ: "Qarabağ"ın mübahisə edən iki legioneri barədə SƏRT QƏRAR
Onları qovmaq istəyən müdirlər cərimələnə bilər – 5000 AZN
Bəziləri az, bəziləri çox ödəyəcək – Bu şəxslər üçün YENİ QƏRAR
"Parker Russell Azerbaijan" "2026-cı ilin ən yaxşı konsaltinq şirkəti" mükafatına layiq görülüb - FOTO
Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib