Arutyunyan Paşinyanı TƏHDİD ETDİ: "Ermənistan hakimiyyəti indiki dağıdıcı siyasətindən əl çəkməlidir"

Arutyunyan Paşinyanı TƏHDİD ETDİ: Qondarma rejimin rəhbəri Arayik Arutyunyan özünü "Artsax Müdafiə Ordusu" adlandıran saxta qurumun komandanlığı ilə görüş keçirib.
KONKRET.az erməni mediasına istinadən xəbər verir ki, Paşinyanın açıqlamalarından sonra yığıncaq keçirən Arutyunyan bildirib ki, bütün müdafiə proqramları Rusiya sülhməramlı kontingentinin funksiyaları ilə əlaqələndirilməlidir: "Qondarma qurumun saxta müdafiə ordusunun komandanı Kamo Vardanyan isə təmas xəttindəki əməliyyat-taktiki vəziyyətə dair məruzə ilə çıxış edib.
Arutyunyan hətta baş nazir Paşinyana qarşı da təhdidedici fikirlər səsləndirib. O Ermənistan hakimiyyətindən indiki dağıdıcı siyasətindən əl çəkməyi və "Artsax"ın statusu ilə razılaşaraq danışıqların səviyyəsini aşağı salmamağı tələb edib.
Bundan əlavə, saxta rejimin parlamentariləri ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin rəhbərliyini Qarabağla bağlı beynəlxalq mandata malik yeganə formatı qorumaq üçün tədbirlər görməyə çağırıblar.
Görünən odur ki, Paşinyanın Qarabağı Azərbaycan torpağı kimi qəbul etməsi, sülh istiqamətində müəyyən addımlar atması Arutyunyan və ona havadarlıq edən revanşist qüvvələri əməlli-başlı təşvişə salıb. Elə qondarma rejim nümayəndələrinin təcili bir araya gəlməsi də bunu sübuta yetirir. Arayik isə öz saxta kreslosunu qorumaq üçün hətta baş nazir Paşinyana qarşı da çıxmağa  hazırdır. Bu isə Ermənistanda vətəndaş müharibəsinin başlaya biləcəyi ilə bağlı ehtimalları artırır. Hər bir halda Azərbaycan Qarabağla bağlı heç bir güzəştə getməyəcəyini və şərtlərini sonuna qədər diqtə edəcəyini açıqlayıb. Əks halda isə Ermənistanın başı üzərində hər an "dəmir yumruq" görünə bilər. Bunun nə demək olduğunu isə həm Paşinyan, həm Arayik Arutyunyan, həm də erməni cəmiyyəti çox yaxşı bilir.
Müşviq Tofiqoğlu,
KONKRET.az

Siyasi       Tarix: 16 aprel 2022
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Prezident ona general rütbəsi verdi

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi ilə bağlı Sərəncam imzalayıb. -un məlumatına görə, Sərəncamla Nihad Ənvər oğl

Dövlət və hökumət rəsmiləri Bakıdakı Zəfər parkında - FOTOLAR

27 Sentyabr – Anım Günü ilə əlaqədar Baş nazir Əli Əsədov, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev, Milli Məclisin sədri Sahibə Qafarova, digər dövlət və hökumət rəsmiləri Bakıdakı Zəfər parkında olublar. Dövlə

Milli Məclisin komissiyası: Türkiyədən Azərbaycana qarşı informasiya kampaniyası aparılır

Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyası son günlər qardaş Türkiyə Respublikasının ərazisindən sosial media platformaları vasitəsilə ölkəmiz əleyhinə aparılan informasiya kampaniyasın

Bakıdan Gürcüstan Patriarxlığına: Erməni yolu getmə

Gürcüstan Patriarxlığının Azərbaycanın ərazisində yerləşən Kürmük məbədi ilə bağlı verdiyi son açıqlama Azərbaycan ilə Gürcüstan arasında mövcud olan dostluq, tərəfdaşlıq və mehriban qonşuluq münasibətlərinin ruhuna ziddir

İlham Əliyev Qazaxıstan Prezidentinə BAŞSAĞLIĞI VERDİ

Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə başsağlığı verib. xəbər verir ki, başsağlığı mətnində deyilir:. "Hörmətli Kasım-Jomart Kemeleviç,. Manqistau vilayətində keçirilən hərb

Deputat: "Azərbaycan dövləti öz qəhrəmanlarını unutmayacaq

"27 Sentyabr - Anım Günü Azərbaycan xalqının mənəvi yaddaşında xüsusi yer tutan müqəddəs tarixdir. Bu gün Vətən müharibəsində və Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən bütün döyüşlərdə canlarını fəda etmiş şəhidlərimizi

Moskva itirir - Azərbaycan isə real güc əldə edir - Yeni xəritə

ABŞ və Ermənistan TRIPP layihəsinin praktiki reallaşdırılması üçün yeni institusional mexanizmlərin formalaşdırılmasını sürətləndirir. Layihə çərçivəsində yaradılacaq TRIPP Development Company şirkətində amerikan tərəfi

Siyasi şərhçi: "10 noyabr" Bəyanatının icrasında ciddi problemlər qalırdı

"İkinci Qarabağ müharibəsi nəticəsində  imzalanan 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatdan sonra Ermənistanın atdığı addımlar göstərirdi ki, razılaşmaların icrası ilə bağlı ciddi problemlər qalır. Bəyanatı

Ermənistan-Azərbaycan sərhədi ilə bağlı MÜHÜM AÇIQLAMA

Ermənistan-Azərbaycan sərhədinin demarkasiyası üzrə işlər tezliklə bərpa olunacaq. KONKRET.azxəbər verir ki, bu barədə Ermənistan Baş nazirinin müavini Mher Qriqoryan bildirib. O, işlərin nə vaxt başlayacağını dəqiqləşdirməyib


azerbaycan xeberleri yeni xeberler son xeberler valyuta mezennesi banklar axsam.az xeberler son xəbərlər cəbhədən son dəqiqə