Arutyunyanın ifadələri Paşinyan hökumətinin mövqeyini zəiflədəcək? SENSASİON MƏQAMLAR

Arutyunyanın ifadələri Paşinyan hökumətinin mövqeyini zəiflədəcək? SENSASİON MƏQAMLARErmənistanın keçmiş "Qarabağ rejimi"nin "prezidenti" Araik Arutyunyanın "bütün sirləri açacağı" barədə bəyanatı İrəvanda siyasi gərginliyi daha da artırıb.
Mövzunu KONKRET.az-a şərh edən politoloq Əli Mustafa bildirib ki, Arutyunyanın istintaqa mühüm məlumatlar verdiyi ehtimalı böyükdür:
Arutyunyanın ifadələri Paşinyan hökumətinin mövqeyini zəiflədəcək? SENSASİON MƏQAMLAR"Uzun müddət Qarabağda və separatçı rejimin başında olan Arutyunyan Ermənistanın Azərbaycanla bağlı çoxsaylı cinayətlərindən təbii ki, xəbərdardır. O, Paşinyan administrasiyası ilə də yaxından əməkdaşlıq edib və 44 günlük müharibə dövründə birgə fəaliyyət göstərib. Deməli, həm Paşinyan, həm də ondan əvvəlki prezidentlərin dövrlərində həyata keçirilən qanunsuz fəaliyyətlər barədə kifayət qədər məlumata sahibdir."
Politoloqun sözlərinə görə, Arutyunyanın ifadələri Ermənistanın müharibə cinayətləri və Azərbaycanın işğal olunmuş ərazilərində törədilmiş vandalizm faktlarına işıq sala bilər:
"Ermənistan beynəlxalq hüququ pozaraq Azərbaycan ərazilərini işğal edib, oradakı azərbaycanlı əhalini qovub, kənd və şəhərləri viran qoyub, insanların əmlakını talayıb. Bu cinayətlər təkcə Köçəryan və Sarkisyan dövrünə deyil, həm də Paşinyan hakimiyyətinə aiddir. Arutyunyan bütün bunları bilir və istintaqda müəyyən sirləri artıq açıqladığı ehtimal olunur."
Əli Mustafa hesab edir ki, Arutyunyanın ifadələri Paşinyan hökumətinin mövqeyini ciddi şəkildə zəiflədər:
"Onun verdiyi məlumatlar Ermənistan hökumətinin fəaliyyəti ilə bağlı yeni faktların üzə çıxmasına səbəb ola bilər. Bu isə Paşinyan komandasına ciddi zərbə vuracaq. Əsas məsələ odur ki, Azərbaycan tərəfi bu bilgilərlə necə davranacaq."
Politoloq əlavə edib ki, mətbuatda Arutyunyanın Ermənistanın hərbi məğlubiyyəti ilə bağlı da mühüm məlumatlar verdiyi iddia olunur.
"Düşünürəm ki, o, Ermənistanın daxili və hərbi strukturlarına dair ciddi bilgilərə malikdir və bu məlumatlar Paşinyan hökumətinin siyasi dayaqlarını daha da sarsıda bilər," – deyə Əli Mustafa vurğulayıb.
Müşviq Tofiqoğlu
KONKRET.az

Siyasi       Tarix: 09 oktyabr 2025
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Paşinyan qərar verdi: Simonyan Moskvaya gedir

Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan Moskva səfər edəcək. KONKRET.azaxaraz-a istinadən əbər verir ki, bu barədə müvafiq qərarı Ermənistanın Baş naziri Nikol Paşinyan imzalayıb. "Ermənistan Təhlükəsizli

Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesabları: Oxucuların nəzərinə

Sosial şəbəkələrdə Azərbaycan Prezidenti İlham Əliyevin görüntülərindən istifadə edilən videolar paylaşılır. xəbər verir ki, bu materialları izləyərkən onların hansı hesabda yayımlandığına və ilkin mənbəyinə diqqət yetirmə

Paşinyan Azərbaycanla 400 illik sülhə ümid edir - Özü danışdı

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülhün alternativinin olmadığını bildirib və əldə olunan sülhün institusional səviyyədə möhkəmləndirilməsinin vacibliyini vurğulayıb. -ın xəbərinə görə, o qeyd edib ki

Prezident onları təltif etdi - Adlar

Azərbaycanda kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif edilib. xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycanda kənd təsərrüfatının inkişafınd

Ceyhun Bayramov Hakan Fidanla görüşdü – FOTOLAR

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ankarada türkiyəli həmkarı Hakan Fidanla görüşüb.  xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb. Görüş Ankarada TDT XİN Şurasının iclası çərçivəsind

44 günlük müharibədə türk generalları nə edib? – Faktlarla CAVAB

Azərbaycanşünas erməni ekspert Tatevik Ayrapetyan növbəti dəfə heç bir ciddi fakta söykənməyən iddialarla çıxış edib. globalinfoaz-a istinadən xəbər verir ki, ümumilikdə, Ermənistan cəmiyyətində 44 günlük müharibənin ac

Bakıda keçirilən NATO qiymətləndirilməsi başa çatıb

NATO-nun Əməliyyat İmkanları Konsepsiyası Proqramı çərçivəsində Azərbaycan Hərbi Hava Qüvvələrinin "Mi-17-1V" tipli helikopter cütlüyünün 2-ci Səviyyəli (NEL-2) NATO qiymətləndirilməsi başa çatıb. Müdafiə Nazirliyində

Türk generalın Bakıda səhvi... - Türk yazar açıqladı

Türkiyəli tanınmış araşdırmaçı-yazar Qalib Türkmən Qarabağ məsələsi barədə maraqlı bir faktı açıb. -a istinadla xəbər verir ki, o, 2007-ci ildə Azərbaycana təşkil edilən bir səfərdə şahidi olduğu hadisəni bölüşüb. Q.Türkmə

YAP Təftiş Komissiyasının sədri və sədr müavini seçildi

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) Təftiş Komissiyasının iclası keçirilib. İclasda YAP-ın Vll Qurultayında seçilmiş Təftiş Komissiyasının üzvləri Təftiş Komissiyasının sədri vəzifəsinə Sevinc Hüseynova, sədr müavin


yeni xeberler azerbaycan xeberleri son xeberler son xəbərlər ən son xəbərlər hava proqnozu xeberler