Arvadını öldürən hakimin məhkəməsində şahidlər dindirilib: "O, içkili vəziyyətdə idi

Arvadını öldürən hakimin məhkəməsində şahidlər dindirilib: Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını öldürməkdə təqsirləndirilən Sabunçu Rayon Məhkəməsinin sabiq hakimi Fəqan Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən iclasda şahid qismində Sabunçu Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin əməkdaşı Yasin Umudov ifadə verib.
O bildirib ki, Daxili İşlər Nazirliyinin "102 Zəng-Mərkəzi"nə daxil olan məlumat əsasında hadisə yerinə gedib: "Hadisə Nardaranda baş vermişdi. Fəqan Əhmədov sərxoş vəziyyətdə idi. Həyat yoldaşı Pərvanə Əhmədovanı ürəyindən vurmuşdu. O, da divanda oturaq vəziyyətdə idi. Fəqan Əhmədov dedi ki, çölə çıxıb özünü öldürmək istəyib, lakin hadisədən sonra uşaqları gözünün önünə gəlib. Otaqda 2 giliz var idi. Söylədi ki, həmişə evlərində içki içdiyinə görə həyat yoldaşı ilə aralarında dava düşürdü. Bildirdi ki, "bu dəfə də zarafatyana silahı sinəsinə dirədim, amma bilməzdim ki, içində güllə olar". Biz evin içərisində olanda otaqda hər hansı dava xarakterli bir şey görmədik. Yəni, nə qab-qacaq dağılmışdır, nə də sınmışdı".
Daha sonra Sabunçu Rayon Polis İdarəsinin əməkdaşı Ülfət İsgəndərov dindirilib. O qeyd edib ki, həmin gün əməliyyat qrupunun rəhbəri olub: "Növbətçi hissəyə gələn zəng əsasında hadisə yerinə getdim. Fəqan müəllimi tanıdım. Çox həyacanlı görünürdü, hadisədən sonra peşman idi. Evin içərisində mübahisə yarada biləcək heç bir hal görmədim. İçkili vəziyyətdə idi".
Məhkəmədə təqsirləndirilən şəxsin övladına dindirilməsi üçün söz verilib. Lakin o, ifadə verməkdən imtina edib.
Növbəti məhkəmə prosesi sentyabrın 30-da davam etdiriləcək.
Qeyd edək ki, Bakı sakini Əhmədova Pərvanə Süleyman qızının qəsdən öldürülməsi faktı ilə bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılıb.
İstintaqla Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin hakimi vəzifəsində işləyən Əhmədov Fəqan Rövşən oğlunun 2021-ci il mayın 30-da saat 23 radələrində Bakı şəhəri Sabunçu rayonu, Nardaran qəsəbəsi, "Ləhiş bağları" adlanan yaşayış massivində birgə yaşadıqları evdə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı özünə məxsus ov tüfəngindən atəş açaraq arvadı Pərvanə Əhmədovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Fəqan Əhmədov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndilirən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
///Report

Sosial       Tarix: 17 sentyabr 2021
f Paylaş

Oxşar xəbərlər

Özəl bağçalara elektron qeydiyyat başlayır: TARİX AÇIQLANDI

Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə müsabiqəsi çərçivəsində müəyyən edilmiş özəl məktəbəqədər təhsil müəssisələrinə uşaqların elektron qeydiyyatına başlanılır. xəbər veri

Bu şəxslər 10 min manatadək cərimə olunacaqlar

Ağacların üzərinə qanunsuz yerləşdirilən 267 reklam qurğusu sökülüb. xəbər verir ki, bu barədə Dövlət Reklam Agentliyi (ADRA) məlumat yayıb. Bildirilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Bakı və regionlarda aparıla

Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"

İstehlak kreditlərinə tələbat günü-gündən artır. Gəlirləri ilə xərclərini qarşılamaqda çətinlik çəkən insanlar çıxış yolunu kreditdə görür, lakin zamanla borc yükünün artması, faizlərin yüksək olması ödəniş problemlərin

Qonşu ölkədə benzinin qiyməti ikiqat artırıldı

İran hakimiyyəti subsidiyalara uyğun olmayan benzinin qiymətini ikiqat artırıb. xəbər verir ki, bu barədə İran Neft Nazirliyi məlumat yayıb. "8 sentyabrdan etibarən üçüncü tarif çərçivəsində benzinin hər litrinin qiymət

Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə

Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyat

"Tarixi abidəyə yazı yazmaq sadəcə vandalizm deyil, şəhərin yaddaşına müdaxilədir

Şuşaya səfər edən bəzi turistlərin şəhərin tarixi əhəmiyyət daşıyan qayaları üzərinə müxtəlif yazılar həkk etməsi gündəmə gəlib. . Yazıların bir qismi artıq təmizlənsə də, onların silinməsi zamanı Cıdır düzündəki qayalar

Qonşu ölkədə dollar kəskin bahalaşdı

İranda qiymət artımı və valyuta bazarında gərginliyin davam etdiyi vaxtda ABŞ dollarının məzənnəsi misli görünməmiş həddə – 225 min tümənə çatıb. xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb. Digər əsas valyutalard

Qızıl almaq istəyənlərin nəzərinə

Sentyabrın 7-də Azərbaycanda qızılın qiyməti açıqlanıb. xəbər verir ki, 1 qram 99 əyarlı qızıl 244,52 manat, 750 əyarlı İtalyan qızılı 183,58 manat, 585 əyarlı Türk qızılı 143,19 manat, 582 əyarlı Rus qızılı isə 142,45 manatdır

İsmayıllıda baş vermiş kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb

İsmayıllı rayonu, Hacıhəsənli kəndində toy məclisində avqustun 20-də baş verən kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb. Bu barədə -a Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib


son xeberler yeni xeberler azerbaycan xeberleri cəbhədən canlı şou biznes xəbərləri xəbər.az bu gune olan xeberler