Aşağı qan təzyiqinin SƏBƏBLƏRİ və MÜALİCƏSİ

Aşağı qan təzyiqinin SƏBƏBLƏRİ və MÜALİCƏSİSon zamanlar çox rast gəlinən və gündəlik həyata mənfi təsir edən aşağı təzyiq xüsusilə xroniki hal aldıqda bəzi ciddi xəstəliklərə səbəb ola bilər. Bəs niyə qan təzyiqi düşür? Aşağı qan təzyiqi üçün ən sürətli müalicə hansıdır?
KONKRET.az xəbər verir ki, sağlam bir yetkində qan təzyiqi adətən 120/80 olur. Qan təzyiqinin 90/60-dan aşağı olduğu vəziyyətə aşağı təzyiq deyilir.
Uzun müddətli aşağı təzyiq üçün həkimə müraciət edilməlidir. Qan təzyiqinin nadir hallarda düşməsi ciddi bir vəziyyət deyil.
Aşağı qan təzyiqi kimi xroniki bir problem yaşayırsınızsa, səbəbləri bunlar ola ilər.
Duz çatışmazlığı
Bədənin susuzlaşması
Bir çox vitaminlərin, xüsusilə B9 və B12 çatışmazlığı
Ürək-damar xəstəlikləri
Qəfil qan itkisi
Qalxanabənzər vəzinin fəaliyyət göstərə bilməməsi
Ağır infeksiyalar
Hamiləlik
Diabet
Bəzi allergik reaksiyalar
Uzun müddətli şiddətli ishal
Uzun müddətli qusma
Antidepresanlar və diuretiklər kimi bəzi dərmanların yan təsirləri
Aşağı qan təzyiqinin əlamətləri hansıdır?
Konsentrasiyada çətinlik
Yorğunluq hissi
Ürəkbulanma
Başgicəllənmə
Bayılma
Səndələmək
Bulanıq görmə
Yuxarıda göstərilənlər aşağı təzyiqin ən çox görülən əlamətlərindəndir. Sürətli tənəffüs, solğun və nəm dəri, yaşlılarda yaddaşın çaşqınlığı və zəif nəbz kimi simptomlar olduqda həkimə müraciət etmək vacibdir.
Nə etmək lazımdır?
Aşağı qan təzyiqi üçün sürətli bir həll, qanın ürəyə qayıtmasına kömək etmək üçün oturarkən və ya uzanarkən ayaqları qaldırmaqdır.
Bir neçə stəkan su içmək, alnını və başı islatmaq, xüsusən də çox isti olduqda kömək edə bilər. Ümumiyyətlə, təzyiqin qəfil enməsi zamanı görüləcək ilk işlərdən biri şəkərli sudan istifadə etməkdir.
Bir fincan qəhvə içmək, stimullaşdırıcı təsiri səbəbindən mövcud qan təzyiqini artırmağa kömək edə bilər. Ancaq bunun təsiri müvəqqətidir. Uzun müddətdə və ya yüksək dozada qəhvə də əks təsir göstərə və təzyiqi azalda bilər. Kifayət qədər su içmək və bol su ilə zəngin meyvə-tərəvəz istehlak etmək hipotansiyona qarşı böyük fayda verir. Bu, qan təzyiqinin daha da azalması riskini yaradan susuzlaşdırmanın qarşısını alır.

Sağlamlıq       Tarix: 12 aprel 2023
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Günvurma zamanı uşağa ilkin yardım necə edilməlidir? – AÇIQLAMA

Yay mövsümündə uşaqlar arasında ən çox yayılan problemlərdən biri günvurmadır. Günvurma bədən hərarətinin təhlükəli dərəcədə yüksəlməsi nəticəsində yaranan təcili vəziyyətdir. Buna isə daha çox uşaqlar məruz qalırlar. KONKRET.azxəbə

Qəfil görünən damarlar hansı xəstəliklərin xəbərçisi ola bilər?

Əllərdə, ayaqlarda və ya sinə nahiyəsində damarların əvvəlkindən daha çox görünməyə başladığını hiss etmisiniz? Bir çox insan üçün bu, xüsusilə dəyişiklik qəfil olubsa, narahatlıq yaradır. -a istinadla xəbər verir ki, əksə

Xərçəng xəstələri üçün yeni imkanlar: Görülən tədbirlər müalicə xərclərini azaldacaq

Xərçəng xəstəliyinin müalicəsinin dövlət tərəfindən daha geniş maliyyələşdirilməsi və onkoloji xəstələrə əlavə güzəştlərin tətbiqi son illərdə dünyada səhiyyə siyasətinin əsas istiqamətlərindən birinə çevrilib. Azərbaycand

Azərbaycanda hər gün 41 nəfərə xərçəng diaqnozu qoyulur

2025-ci ildə ilk dəfə bədxassəli yenitörəmə diaqnozu qoyulmuş 15 144 nəfər qeydiyyata alınıb. KONKRET.azxəbər verir ki, bu barədə -a Dövlət Statistika Komitəsindən məlumat verilib. Məlumata görə, ilk dəfə diaqnoz qoyula

Yayda kondisioner istifadə edənlərin diqqətinə: Bu səhv sağlamlığınıza zərər vurur

Yay aylarında havaların kəskin istiləşməsi ilə kondisionerlərdən istifadə demək olar ki, hər yerdə adi hala çevrilib. Evlərdə, ofislərdə, ticarət mərkəzlərində və digər qapalı məkanlarda sərin hava rahatlıq yaratsa da, bəz

Yayılan virusla bağlı ÜST-dən açıqlama

"MV Hondius" kruiz laynerində hantavirusun yayılması ilə bağlı yaranan vəziyyət COVID-19 pandemiyasının başlanğıcı ilə bənzərlik təşkil etmir. xəbər verir ki, onun sözlərinə görə, hazırda infeksiyanın qlobal təhlük

Bu əməliyyat pulsuz edilə bilər - Sığorta ilə bağlı vacib açıqlama

Burun çəpərinin əyriliyi (septum deviasiyası) təkcə estetik deyil, həm də sağlamlıq baxımından ciddi narahatlıqlara səbəb olan problemlərdən biridir. Nəfəsalma çətinliyi, tez-tez təkrarlanan sinus iltihabları, xorultu v

Yaponiyada 2028-ci ildən insanlara donuz böyrəyi köçürüləcək

Yapon startapı PorMedTec 2028-ci ildə genetik modifikasiya edilmiş donuz böyrəklərinin insanlara transplantasiyası üzrə ilk klinik sınaqlara başlamağı, 2029-cu ildə isə bu texnologiyanın şərti təsdiqi üçün müraciət etməy

Gənclər arasında dəhşətli xəstəlik yayıldı – Həkim çağırış etdi

Son illər gənclər arasında autoimmun xəstəliklərə daha çox rast gəlinir. Məlumata görə, bu xəstəliklər vaxtında aşkarlanmadıqda ciddi sağlamlıq problemlərinə və müxtəlif orqanların zədələnməsinə səbəb ola bilər. Autoimmu


yeni xeberler son xeberler azerbaycan xeberleri sonxabar az ən son xeberler son xəbərlər iqtisadiyyat xeberleri bugun