"ASAN Xidmət"də 10 min manat pulumu alıb qaçdı

Xətai rayonu ərazisində yerləşən 6 saylı "ASAN Xidmət"də dələduzluq baş verib. 
KONKRET.azxəbər verir ki, vətəndaş Mustafayev Natiq Vidadi oğlu uzun müddət yoldaşlıq etdiyi şəxslərin tanış etdiyi şəxs tərəfindən aldadılıb.
Belə ki, zərərçəkmiş yaxın dostlarının təkidi ilə onlara tanış olan 2003-cü il təvəllüdlü Mustafayev Dəniz Müşviq oğlunun cəmi bir saatlıq pula ehtiyacı olduğunu deyiblər. Söz veriblər ki, həmin pul hesabda görünəndən sonra 1 saat ərzində çıxarıb ona qaytaracaqlar:
"Dəniz dedi ki, bizneslə məşğuldur. Pulu da həmin məqsədlə istəyiblər. Dedilər ki, hesaba pul qoyulmalıdır, orada vəsait görünməlidir ki, investor da yatırım etsin. Bundan sonra müqavilə imzalanacaq və məndən aldıqları pulu hesabdan çıxarıb qaytaracaqlar. Nə isə Dəniz və dostumla birgə 6 saylı "ASAN Xidmət"in binasına getdik. Binanın 4-cü mərtəbəsində olarkən 10 min 300 manat pulu əlbəəl Dənizə verdim. O, da dostumla vəsaiti hesaba yatırmaq adı ilə aşağı mərtəbəyə getdi. Üstündən bir neçə dəqiqə keçdi, Dəniz gəlmədi. Sonra da nə qədər zəng etdim, telefona cavab vermədi. Məlum oldu ki, pulu götürüb qaçıb. Bu günə kimi də ondan xəbər yoxdur. Anası ilə də danışmışam. Onlar da harada olduğunu bilmir.  Pulu verdiyim anın görüntüləri də "ASAN Xidmət"in kameralarına düşüb. Hadisədən bir gün sonra Xətai Rayon Polis İdarəsinin 35-ci bölməsinə şikayət etdim. Hələ ki, bir nəticə yoxdur".
Zərərçəkmiş polisə güvəndiyini, qısa müddətdə ona qarşı dələduzluq edən şəxsin tapılıb istintaqa cəlb ediləcəyinə və ona dəymiş ziyanın geri ödəniləcəyinı inandığını qeyd edib.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə sorğu göndərdik.
Qurumdan saytımıza cavab olaraq bildirildi ki, vətəndaşın şikayətinə baxılıb: "Mustafayev Natiq Vidadi oğlunun avqustun 6-da etdiyi müraciətlə bağlı hazırda araşdırma aparılır".

Hadisə       Tarix: 09 avqust 2024
f Paylaş

Oxşar xəbərlər

17 yaşlı tələbə qız faciəvi şəkildə öldü

Tərtər şəhərində 17 yaşlı qızın ölümü ilə nəticələnən hadisə baş verib. -ın Teleqraf-a istinadən xəbərinə görə, rayon sakini, 2009-cu il təvəllüdlü Ocaqova Aysu Nicat qızı ehtiyatsızlıqdan sirkə turşusu içib. Yaxınları onu

"Müştəridən pis qoxu gəlirdi" - Bakıda gəlinlik salonunda dava

Bakının Nizami rayonundakı ticarət mərkəzində dava olub. Teleqraf-a istinadən xəbər verir ki, hadisə "Laçın" Ticarət Mərkəzindəki "Nur" gəlinlik salonunda baş verib. Bakı şəhər sakini Afət Babayeva gəlin

Günəşdə güclü partlayış oldu

Günəşdə güclü partlayış qeydə alınıb. xəbər verir ki, sentyabrın 2-də axşam saatlarında Günəşdə gücünə görə ikinci ən yüksək sinif hesab edilən M sinifli partlayış baş verib. Hadisə təxminən 39 dəqiqə davam edib. Bundan əvvə

Artezian quyusu qazırdı, başına boru düşdü

Astara rayonunun Təxtənəkəran kəndində artezian quyusunun qazılması zamanı bədbəxt hadisə baş verib. -a istinadən xəbər verir ki, hadisə Astara rayonunun Təxtənəkəran kəndində baş verib. Məlumata görə, Cəlilabad rayonunu

Şəkidə oteldə yanğın oldu

Şəkidə oteldə yanğın olub, beş nəfər təhlükəsiz əraziyə təxliyə olunub. apa-ya istinadla xəbər verir ki, avqustun 31-i axşam saat 23 radələrində Şəki şəhəri, M. Şəhriyar küçəsində Telman Tofiq oğlu Məcidova məxsus ikimərtəbəl

Tehranın yaxınlığında zəlzələ oldu

Tehranın şərqində yerləşən Pərdis şəhərində 3,8 maqnitudalı zəlzələ baş verib. xəbər verir ki, bu barədə Tehran Universitetinin Seysmoloji Mərkəzi məlumat yayıb. Bildirilib ki, yeraltı təkanların ocağı 8 kilometr dərinlikd

Əməkdar memar dünyasını dəyişdi

Əməkdar memar Əhməd İzmayılov vəfat edib. KONKRET.azxəbər verir ki, bu barədə "Yeni Sabah"a mərhumun yaxınları məlumat verib. Ə. İzmayılov Şərq ölkələri Beynəlxalq Memarlıq Akademiyasının üzvü idi. Allah rəhmə

Şahbuzda ağır qəza - 3 nəfər ölüb, 9 nəfər yaralanıb

Şahbuzda ağır yol qəzası olub. report-a istinadən xəbər verir ki, hadisə rayonun Gömür kəndində baş verib. Dağlıq ərazidə hərəkətdə olan "Toyota Prado" markalı, 68-BE-050 dövlət qeydiyyat nişanlı avtomobil aşıb

Autizmli uşağını bağçaya qoyub qayıdırdı: Dəhşətli qəzanın DETALLARI - GÖRÜNTÜLƏR

Bu gün səhər saatlarında Abşeron rayonu ərazisində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı yeni detallar məlum olub. -ın məlumatına görə, "Chevrolet" markalı avtomobili idarə edən yetkinli


azerbaycan xeberleri yeni xeberler son xeberler xəbərlər cəbhədən video oxu.az xeberler krimnal bugun