ASCO gəmiləri Baltik və Şimal dənizlərində yükdaşıma həyata keçirəcək

ASCO gəmiləri Baltik və Şimal dənizlərində yükdaşıma həyata keçirəcək"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC (ASCO) xarici sularda fəaliyyətinin genişləndirilməsi və bir bazardan asılılığın aradan qaldırılmasına yönəlik davamlı tədbirlər həyata keçirir. Bu istiqamətdə işlərin Prezident İlham Əliyevin tapşırığı ilə Gəmiçiliyin Strateji inkişaf planına əsasən gerçəkləşdirilməsi nəzərdə tutulur.
Bu barədə Azxeber.com-a ASCO-dan bildirilib.
Məlumata deyilir ki, ASCO artıq 7 ildir, fasiləsiz olaraq Xəzərdən kənar beynəlxalq sularda da gəmilərin istismarı ilə məşğuldur. Məhz, 2014-cü ildə ilk dəfə "Natəvan" və "Üzeyir Hacıbəyli" quru yük gəmilərinin istifadəyə verilməsi ilə xarici sularda fəaliyyət bərpa olunub, sonrakı illərdə bu gəmilərin sıraları genişləndirilib. Hazırda Qara və Aralıq dənizi hövzələrində ASCO-ya məxsus həm quru yük, həm də tanker gəmiləri yükdaşımalar həyata keçirirlər.
ASCO-nun Xəzərdən kənarda fəaliyyətinin genişləndirilməsi məqsədilə beynəlxalq bazarlar mütəmadi öyrənilir və potensial fəaliyyət istiqamətləri qiymətləndirilir. Bu çərçivədə 2020-ci ildə beynəlxalq aparıcı məsləhətçi şirkət "McKinsey" ilə birgə ASCO-nun 2030-cu ilə qədər dövrü əhatə edən Xəzərdən kənar hövzələrdə fəaliyyətin genişləndirilməsi strategiyası hazırlanıb.
Strategiyaya əsasən, ASCO Qara və Aralıq dənizi hövzələrindən əlavə, Baltik və Şimal dənizlərində də yükdaşıma fəaliyyəti göstərməyə hazırlaşır. Bu məqsədlə həmin bazarlar, orada yükdaşımalara cəlb edilməsi mümkün olan gəmi tipləri, sözügedən hövzələrdə fəaliyyət göstərmək üçün gəmilərə qoyulan tələblər və digər mühüm aspektlər ətraflı təhlil olunub.
Bu bazarlara daxil olmaq üçün həmin hövzələrdə təsnifat cəmiyyətləri, gəmilərin daxil olacağı limanlar və digər aidiyyatı tənzimləyici qurumların sərt tələbləri, o cümlədən bayraq tələbləri mövcuddur. Hazırda ASCO tərəfindən bu istiqamətdə işlər davam etdirilir və bir bazardan asılılığın azaldılması siyasətinə uyğun bir neçə gəminin həmin hövzələrə çıxarılması planlaşdırılır. Həmin bazarlarda ASCO-nun rəqabət qabiliyyətinin təmin edilməsi, əməliyyat xərclərinin optimallaşdırılması, yarana biləcək hər hansı məhdudiyyətlərin aradan qaldırılması məqsədilə tələblərə, o cümlədən bayraq tələblərinə uyğun hazırlıq işləri aparılır. Gəmilərin istismarı zamanı üstünlük şərtlərindən asılı olaraq, bu gəmilər Avropa (Portuqaliya, Malta və s.) və ya beynəlxalq gəmiçilik təcrübəsinə əsasən gəmi qeydiyyatı üçün cəlbedici şərait yaradılan digər zonalarda istismara veriləcək.
Xəzərdən kənar hövzələrdə fəaliyyətin genişləndirilməsi və bununla da, yerli gəmiçilik xidmətlərinin ixracı ilə ölkəyə kənardan daxilolmalara töhfə verilməsi ASCO-nun əsas hədəflərindən biridir.

İqtisadiyyat       Tarix: 19 oktyabr 2021
f Paylaş

Oxşar xəbərlər

Qızılın qiyməti kəskin ucuzlaşdı

Dünya bazarında qızılın qiyməti iyulun sonundan bəri ilk dəfə bir troya unsiyası üçün 4 00 dollardan aşağı düşüb. Trend-ə istinadən xəbər verir ki,  qızıl avqust ayında qeydə alınan pik qiymətlə müqayisədə təxminən 15 fai

Xəyal etdi, inandı, qazandı — "Sürətlə Yeni Mövsümə" lotereyasının 'Changan Q07' qalibi danışdı

və platformalarında keçirilən "Sürətlə Yeni Mövsümə" stimullaşdırıcı lotereyası bir-birindən dəyərli hədiyyələri ilə qazandırmağa davam edir. Kampaniyanın 4-cü tirajının qalibləri müəyyənləşib və ilk avtomobili

Sumqayıtda şirkətdən oğurluq edən şəxs saxlanıldı

Sumqayıt şəhəri ərazisində yerləşən şirkətlərin birindən 1750 manat dəyərində naqil və digər metal qurğular oğurlanıb. xəbər verir ki, polisin keçirdiyi tədbirlərlə əməli törədən əvvəllər məhkum olunmuş F.Nəbiyev müəyyə

Mobil telefonlardan POS-terminal kimi istifadə mümkün olacaq

Azərbaycanda mobil telefonlar POS-terminal kimi istifadə ediləcək. xəbər verir ki, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Elektron ticarə

Azərbaycanda ödəniş kartlarının sayı sürətlə artır - İqtisadçı səbəbləri açıqladı

Bu ilin avqust ayından Azərbaycanda kartdan-karta ("Card to card") köçürmə əməliyyatlarına limitlərin tətbiqi fonunda ölkədə ödəniş kartlarının sayındakı artım iki dəfədən çox sürətlənib. Azərbaycan Mərkəzi Bankını

Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirildi - FOTOLAR

Veysəloğlu Şirkətlər Qrupunun baş icraçı direktoru Aydın Veysəloğlu rəhbər heyətin iştirakı ilə Qrupun Baş ofisində Prezident təqaüdünə layiq görülən dörd tələbə və onların valideynləri ilə görüşüb. xəbər verir ki, şirkətlə

Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur

Kapital Bank-ın Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) ilə əməkdaşlığı çərçivəsində Enerji effektivliyi fondunun vəsaiti hesabına ilk layihə maliyyələşdirilib. Günəş panellərinin quraşdırılmasını nəzərdə tutan layihəni

Sahibkarlara 100 000 manatadək mikrokredit və 12 ay güzəşt müddəti

Yeni avadanlıq almaq, anbarı doldurmaq, ikinci filial açmaq və ya sadəcə dövriyyəni gücləndirmək istəyirsiniz? Yelo Bank bu planların hamısı üçün sahibkarlara əlverişli mikrokredit təklif edir. xəbər verir ki, sahibkarla

Qızıl ucuzlaşdı - Yeni qiymətlər

Qızıl bazarında qiymət dəyişikliyi müşahidə edilib. . Bir sıra əyarlı qızılların qiymətində kəskin ucuzlaşma baş verib. Ucuzlaşmanın qeydə alındığı qızıl növlərinin yeni qiymətlərini təqdim edirik:. 583 əyar: 125 AZN-də


yeni xeberler son xeberler azerbaycan xeberleri cebheden xeber meherremlik 2026 son xeberler azerbaycan sonxabar