ASCO Xəzərdən kənarda istismar olunan gəmilərdə heyət dəyişikliyini uğurla başa çatdırıb
ASCO Xəzərdən kənarda istismar olunan gəmilərdə heyət dəyişikliyini uğurla başa çatdırıb
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) Xəzərdən kənarda (Qara və Aralıq dənizləri hövzəsində) istismar olunan gəmilərində heyət dəyişikliyi uğurla başa çatıb.
Bu barədə Oxu.Az-a "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-dən məlumat verilib. Məlumata görə, 15-16 iyul tarixlərində altı gəminin 69 nəfərdən ibarət heyəti dəyişdirilib. Onlardan 33 nəfəri Samsun limanında, 36-sı İstanbul boğazı və Tekirdağ limanlarında əvəzlənib.
Dənizçilərimizin heyət dəyişikliyi Nazirlər Kabineti yanında operativ qərargahın xüsusi razılığı ilə həyata keçirilib. Dəyişiklik zamanı COVİD-19 infeksiyasına yoluxma ehtimalının minimuma endirilməsi amili nəzərə alınaraq, zəruri tədbirlər görülüb. Həm növbədən qayıdan, həm də növbəyə yola salınan bütün heyət üzvləri mövcud qaydalara uyğun koronavirus testindən keçirilib.
Dənizçilərimiz hər iki istiqamətdə "Azərbaycan Hava Yolları" QSC-yə aid xüsusi çarter reysi ilə (Bakı-İstanbul-Bakı) daşınıb.
Çarter reysi ilə ASCO-nun xaricdə üzən gəmilərinin 70 nəfər heyət üzvü ilə yanaşı, bir müddət öncə ASCO-nun dəstəyi ilə Mavritaniyadan İstanbula gələn, xarici şirkətdə çalışan iki azərbaycanlı dənizçi də Bakıya qayıdıb.
Xatırladaq ki, koronavirus (COVID-19) infeksiyasının geniş yayılmasının qarşısının alınması məqsədilə dünyanın əksər ölkələrində elan edilən pandemiya səbəbindən sərhədlərin bağlı olmasına görə hava nəqliyyatı ilə beynəlxalq sərnişin daşınması dayandırılmış, xarici sularda fəaliyyət göstərən ASCO dənizçilərinin də heyət dəyişikliyi təxirə düşmüşdü.




Turlar.az [newsid: 0-123300]

Rusiya danışıqlar üçün şərt qoymur - Peskov
Elnarə Xəlilova da iynə ilə arıqlayır
Yeni mənzil alarkən maksimum qazanc əldə etməyin qaydası açıqlandı
Konqresmen: "Ermənistan və Azərbaycan Trampın prezidentliyinin sonuna qədər sülh müqaviləsi imzalaya bilərlər"
Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama
Azərbaycanda "rəqabət xəritəsi" hazırlanacaq, bəzi bazarlarda qaydalar dəyişəcək
ABŞ səfirliyi Azərbaycana təşəkkür etdi
Aşk-ı Memnu'nun aktrisasında xərçəng aşkarlandı - FOTO
Serhat Kılıçın rolu ona verildi - Foto
İsmayıl Kartal öz postunda qaldı
Futboldan ömürlük uzaqlaşdırıldılar
İngiltərə Premyer Liqasında ötən ayın ən yaxşı baş məşqçisi və futbolçusu açıqlanıb
Azərbaycanda bir sıra məhsul və xidmət bazarları rəqabətli modelə keçəcək
Qırmızı Ürəklər Fondunun "Onu Oxut" aksiyası yekunlaşıb