"ASG Helicopter Services"in helikopteri vasitəsilə ilk dəfə "Formula-1"in çəkilişi aparılıb - FOTO/VİDEO
"ASG Helicopter Services"in helikopteri vasitəsilə ilk dəfə "Formula-1"in çəkilişi aparılıb - FOTO/VİDEO
10-12 iyun tarixlərində Bakıda keçirilən "Formula-1" Azərbaycan Qran-prisinin peşəkar aeroçəkilişi üçün ilk dəfə olaraq "ASG Helicopter Services" kommersiya aviaşirkətinin müasir "Agusta Westland AW109SP" helikopteri cəlb edilib.
Bu barədə "ASG Helicopter Services" şirkətinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, helikopterin bu növü yüksək keyfiyyətli aeroçəkilişin həyata keçirilməsi üçün ixtisaslaşdırılmış foto və video avadanlıqlarla təchiz edilib.
Burada həmçinin istənilən hava və işıqlandırma şəraitində istifadə etməyə imkan verən peyk naviqasiyası sistemi quraşdırılıb.
"Formula-1" tədbirinin çəkiliş qrupu helikopterin texniki imkanları, eləcə də müasir aeroçəkiliş avadanlığı sayəsində sürətli yarış avtomobillərinin çəkilişlərini uğurla həyata keçirib.
Helikopterdə quraşdırılmış kameranın idarəetmə paneli vasitəsilə yarışın bütün görüntüləri real vaxt rejimində "Formula-1"in canlı efirində yayımlanıb.
Aeroçəkiliş həmçinin "Formula-1" ekspertlərinə yarış zamanı müxtəlif vəziyyətlərin və ya hadisələrin qiymətləndirilməsi və təhlilində əhəmiyyətli yardım göstərib.
Bakıda keçirilən "Formula-1" Azərbaycan Qran-prisinin peşəkar aeroçəkilişini aşağıdakı videoçarxda izləmək mümkündür:
Qeyd etməliyik ki, aviaşirkət kiçik aviasiyada çoxillik iş təcrübəsinə malikdir. "ASG Helicopter Services" Azərbaycanın ən müasir aviasiya müəssisələrindən biridir.
Aviaşirkətin helikopterlərinin köməyi ilə birinci Avropa Oyunlarının, İslam Həmrəyliyi Oyunlarının, FIFA-nın futbol oyunlarının, "Tour de Azerbaijan" velosiped yarışının aeroçəkilişləri həyata keçirilib.
Aviaşirkətin Zabrat hava limanında yerləşən hava gəmiləri parkı "Air Ambulance" avadanlığı ilə təchiz edilmiş "Agusta Westland AW-139", həmçinin "Sikorsky S-92A", "Leonardo Helicopters AW139", AW109SP, MI-8 AMT, "Airbus Helicopters AS-332L1", "Airbus Helicopters EC-155B1" helikopterlərindən, həmçinin "Cessna 172S" təyyarələrindən ibarətdir.
"ASG Helicopter Services" şirkətinin işçi heyəti hər zaman sifarişçinin istəklərini maksimal dəqiqliklə, onun zamanı və vəsaitinin minimal sərfi ilə yerinə yetirməyə hazırdır. Aviaşirkət təhlükəsizlik, perspektiv və uzunmüddətli əməkdaşlığı prioritet tutaraq, keyfiyyətli xidmət göstərməkdən məmnundur.
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər
Hindistanın xarici işlər naziri Atəşgah məbədini ziyarət edib
Moldova XİN azərbaycanlıların olduğu gəmiyə endirilən zərbəni pisləyib
MHP sədri: Azərbaycan-Türkiyə münasibətləri bərabərhüquqlu tərəfdaşlıq əsasında inkişaf edəcək
Azərbaycan və Pakistan arasında ədliyyə sahəsində əməkdaşlıq müzakirə olunub
Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub
Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib
Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar
"Bavariya" Vensan Kompaninin səhhəti ilə bağlı açıqlama verdi
Qazancına görə bütün futbolçuları geridə qoydu
Şərurda anbarda dəhşətli hadisə: Bir qadın öldü, digəri xəstəxanalıq oldu
Beyləqanda müəllim komaya düşüb öldü - Foto
Gəncədə beşaylıq körpə ölüb
Xalq artisti Naibə Allahverdiyeva xəstəxanaya yerləşdirildi
Qara dənizdə hücuma məruz qalan gəmidəki azərbaycanlıların aqibəti bəlli oldu - Rəsmi