ASK-nın Çindəki nümayəndəsi: "Qarabağ, Xarı Bülbül, Şuşa, Babək adlarını brend etmişik

ASK-nın Çindəki nümayəndəsi: "Qarabağ, Xarı Bülbül, Şuşa, Babək adlarını brend etmişikASK-nın Çindəki nümayəndəsi: "Qarabağ, Xarı Bülbül, Şuşa, Babək adlarını brend etmişik"
Azərbaycan Sahibkarlar Konfederasiyasının Çin Xalq Respublikasındakı nümayəndəsi Vaqif Mirişovun bu ölkədə "Made in Azerbaijan" brendinin tanıdılması və bazarda layiqli yer tutmasında xüsusi əməyi var.
V.Mirişov həmçinin Qarabağ, Şuşa, Xarı Bülbül brendlərinin mənfur qonşularımızın əlinə keçməsinin qarsısını alaraq, onları brendləşdirib. Bu fəaliyyətinə görə Azərbaycan Sahibkarlar Konfederasiyası Vaqif Mirişovu "Fəxri Fərman"la təltif edib.
Vaqif Mirişov ASK-nın suallarını cavablandırıb:
- Bəzi ölkələrdə artıq sərhədlər qismən də olsa açılmağa başlayır. Çinə biznes səfərlərinin də yaxın vaxtlarda bərpa olunması gözlənilir. Hazırda Azərbaycandan Çinə nə ixrac edirik, Çində daha çox hansı məhsullarımız alıcı tapa bilib?
- Pandemiya vaxtı Çində demək olar ki, hər yer, o cümlədən, sərhədlər bağlandı. Amma Azərbaycan və Çin əlaqələri yüksək səviyyədə olduğuna görə ölkəmizdən gedən, yaxud Çindən gələn yüklər dayanmadı. Həmçinin, Azərbaycan artıq Çin bazarında öz brendlərilə fəal şəkildə iştirak edir. Qarabağ, Xarı Bülbül, Şuşa, Babək adlarını ingilis, rus və Azərbaycan dillərində brend etmişik.
Yəni, o adlarla başqa biznes bazara girə bilməz. Məsələn, Şuşanı rus dilində də brend etmişəm. Onlar gedib Şuşanı "Şuşi" adı ilə belə brendləşdirə bilməzlər. Çin heroqlifləri bircə "i" hərfini dəyişərək yeni ad yaratmağa imkan vermir. Azərbaycanın diplomatik nümayəndəliyi də Çində daha çox aktivdir və brendləşmə fəaliyyətimə yüksək qiymət veriblər. Ümumiyyətlə, Azərbaycandan olan nümayəndələrin iştirak etdiyi məclislərə ermənilər yaxın gələ bilmirlər, çünki öz yalanlarını danışa bilməyəcəklərindən çəkinirlər.
- Azərbaycana maraq necədir, xüsusən də Çin iş adamları ölkəmizə investisiya yatırmaq barədə Sizə müraciət edirlərmi?
- Bəli, Çindən bura gəlmək istəyən iş adamları həddindən artıq çoxdur. Artıq onların Azərbaycanda hansı işləri görə biləcəyi, hansı sahələr üzrə zavodlar aça biləcəyi imkanları araşdırılıb. Azərbaycanda əsasən inşaat materiallarının istehsalına üstünlük verirlər. Eyni zamanda qonşu bazarlara çıxmaq üçün Azərbaycanı mərkəzi baza qismində dəyərləndirirlər.
- Əslində ölkəmizdə mərkəzi bazanın yaradılması təklifi kifayət qədər ağlabatandır. Məsələn mebel istehsalını götürsək, Türkiyə, Gürcüstan, Ermənistan istehsal üçün materialları və bəzi hissələri tam olaraq Çindən alır. Bu baxımdan Azərbaycan yeni logistika imkanları qazanacaq…
- Bəli, bizim fikrimiz odur ki, Azərbaycanda baza yaradılsın və buradan mallar bütün qonşu dövlətlərin bazarına məhz bizim sahibkarların xətti ilə getsin.
- Vaqif müəllim, siz hal-hazırda hava yolu vasitəsilə idxal-ixrac əməliyyatları edirsiniz? Qədim İpək Yolunun üzərində qurulan yeni xəttə görə, yüklərin 12-14 günə Çinə çatdırılması mümkündür. Bu xətdən istifadə etməyi planlaşdırırsınızmı?
- Biz hal-hazırda gəmi vasitəsilə idxal-ixrac əməliyyatlarını həyata keçiririk. Bakı-Sian xətti açılıb və bu xətt 14-15 günə malların ölkəmizə gətirilməsinə imkan verir. Qismət olsa, biz də artıq malları Bakı-Sian xətti ilə vurmaq istəyirik. Həm ucuz başa gəlir, həm də daha tez çatır.
- Tarif baxımından nə qədər sərfəlidir?
- Deməli, Çindən Azərbaycana 2500 dollara gəlib çıxan mal yeni Bakı-Sian xətti ilə 1300 dollara çatır. Üstəlik, dəniz yolu ilə 45 günə gələn yükün Bakı-Sian xətti ilə daşınması cəmi 14-15 gün vaxt aparır. Xoşbəxtik ki, möhtərəm Ali Baş Komandanımızın rəhbərliyilə torpaqlarımız işğaldan azad olundu. Hazırda Zəngəzur dəhlizinin açılması ilə bağlı ciddi şəkildə işlər aparılır. Bu dəhlizin açılması Bakı-Sian xəttinin səmərəliliyini daha da yüksəldəcək.
- Növbəti sualım təhsil ilə bağlıdır. Necə edək ki, Azərbaycandan Çinə təhsil almağa gedən tələbələrin sayı artsın? Çünki, gələcəkdə iqtisadi cəhətdən Çin dilini bilən mütəxəssislərə ehtiyac artacaq, məlumdur ki, gələcək iqtisadiyyat Çinlə bağlıdır.
- Tamamilə doğrudur. Gələcəklə bağlı proqnozlar göstərir ki, Çində iqtisadiyyat daha sürətlə inkişaf edəcək. Bütün dünya ölkələrində Çin dilini öyrənməyə üstünlük verirlər. Məlumdur ki, Avropa ölkələrində əmək qabiliyyətli insanların sayı yaşlı insanların sayını keçib. Digər ölkələrdən gələn miqrantlar da əmək bazarına təsir edir. Genişlənən bazar Çin bazarıdır, amma bizimkilər daha çox Avropa bazarına üz tutur. Avropa artıq öz bazarlarına deyil, Çinə, Hindistana investisiya edir. Beynəlxalq bizneslə əlaqədar hesabatlara baxsaq, biznesmenlərin böyük əksəriyyəti pulunu Çindən qazanır. Bu isə onu göstərir ki, Çində həm işçi qüvvəsi, həm də mütəxəssislər çoxalır. Nəticə çıxarmalıyıq ki, biz onların mədəniyyətini, dilini öyrənməliyik və bu sahədə bizim təhsil sistemi də fəal olmalıdır. Müqayisə üçün deyim ki, Gürcüstan şirkətləri Çində çox aktivdirlər, böyük şərab evlərinə malikdirlər. Həmin ticarət evlərində gürcü mütəxəssislər özləri çin dilində danışır və öz ölkələrinin təbliğatını daha düzgün aparırlar. Biz isə məcbur olub çinlini götürürük, həmin şəxs də bizi özümüz kimi tanıya, sevə bilməz axı. Bu isə əlbəttə aparılan təbliğatın səviyyəsinə təsir edir. Gələcəyi düşünsək, Şuşada, Qarabağda turizm yerləri açılanda bizdə çin dilində bilənlərin çatışmazlığı yaranacaq. Hesab edirəm ki, bununla bağlı indidən fəaliyyətimizi artırmalıyıq.
- Sahibkarlarımız üçün maraqlı ola biləcək bir məlumatı Sizdən eşitmək istərdik. Çin bazarı üçün hansı məhsullarımız maraqlıdır?
- Bu gün şərablarımız Çin bazarında məşhurlaşır. Ümumiyyətlə, spirtli içkilər bazarı çox böyükdür. Eyni zamanda nardan hazırlanan məhsullarımız artıq məşhurlaşıb. Qeyd edim ki, bu gün dünyada, o cümlədən Çində orqanik məhsullara böyük tələbat yaranıb. Ona görə də bu məhsullarımızla bazara girmək daha asan ola bilər. Bu məsələlərdə Azərbaycan Sahibkarlar Konfederasiyasının nümayəndəsi kimi sahibkarlarımıza dəstək verməyə hazırıq. /oxu.az

Sosial       Tarix: 05 may 2021
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir

Bizdə indiki vəziyyət belədir ki, Universitetlərə giriş çətindir, çıxış asandır. Əslində, əksi olmalıdır. Yəni sənin tələbəyə verdiyin diplom elə diplom olmalıdır ki, daha ondan təkrar imtahan götürməsinlər. Bakupost-a istinadə

Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"

İstehlak kreditlərinə tələbat günü-gündən artır. Gəlirləri ilə xərclərini qarşılamaqda çətinlik çəkən insanlar çıxış yolunu kreditdə görür, lakin zamanla borc yükünün artması, faizlərin yüksək olması ödəniş problemlərin

İnarə Mirhəsənovaya vəzifə verildi

İnarə Mirhəsənova TƏBİB-in icraçı direktorunun müşaviri vəzifəsinə təyin edilib. Bu barədə -a qurumdan məluma verilib. Bildirilib ki, İ.Mirhəsənova Bakı Dövlət Universitetində bakalavr və magistratura təhsilini fərqlənm

Bakının bəzi küçələrində hərəkət məhdudlaşdırılır – Marşrutların sxemi dəyişdirilir

Bakının bir sıra küçə və prospektlərində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək. xəbır verir ki, məhdudiyyətlə əlaqədar bu gün saat 20:00-dan etibarən 2, 7A, 14

Sabah bu ərazilərdə su olmayacaq

Sabah Zərdab şəhərinə suyun verilişində müvəqqəti məhdudiyyət tətbiq olunacaq. Bu barədə -a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Regional Su Meliorasiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Külüllü–Zərda

Gəncədə iki avtomobil toqquşdu: Xəsarət alanlar var

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib. " "a istinadla xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan iki "VAZ 2107" markalı minik avtomobilləri toqquşub. Qəza zamanı

Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR

Yay fəslinin son günlərini yaşayırıq. Qarpız-yemiş mövsümünün də axır günləri olsa da, digər mövsümi meyvələr bazarlara çıxır. Xəzər TV-yə istinadla xəbər verir ki, bazarda mövsümü yeni başlayan meyvələrdən biri olan üzümü

"FHN bu kimi qurğulara nəzarət etmir" - Açıqlama

"Bu kimi qurğulara nəzarətin həyata keçirilməsi FHN-in səlahiyyətlərinə daxil deyil". Bu barədə -un sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. "Hadisənin baş verdiyi ərazidək

Maaş və pensiyalarla bağlı müjdə: artım olacaq – Konkret tarix bilindi

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşaraq 113 dollar olub. Büdcəyə yenidən baxıla bilərmi? Maaş, pensiya və başqa ödənişlər artacaqmı?. KONKRET.azxəbər verir ki, -a danışan iqtisadç


son xeberler yeni xeberler azerbaycan xeberleri cəbhədən görüntülər sou xeberler kriminal xeber son xeber 2026