AŞPA-da əleyhimizə bu dost ölkələr də səs verib
Avropa Şurası Parlament Assambleyası ən sərt tənqidə layiqdir, Azərbaycan əleyhinə qəbul etdikləri qətnamə ədalətsizdir. Ancaq diqqətimi eyni zamanda səsvermə ilə bağlı başqa amillər də cəlb edir. Birincisi, Azərbaycan əleyhinə səs verən deputatlar içərisində bizə dost və tərəfdaş olan dövlətlərin – Moldova, İtaliya və Serbiyanın təmsilçiləri də var.
azxeber.com xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu Azərbaycan nümayəndə heyətinə qarşı AŞPA-da ədalətsiz qərarın verilməsi barədə qeyd edib.
O bildirib ki, qeyd edilən dövlətlərin nümayəndələri qazımıza və neftimizə ehtiyac olanda Azərbaycanı etibarlı tərəfdaş və dost adlandırırlar, səsverməyə gələndə bizə arxalarını çevirirlər:
"İkincisi, ötən ilin oktyabrından bəlli idi ki, AŞPA-nın qış sessiyasında Azərbaycan əleyhinə sənəd səsverməyə çıxarılacaq. Biz bu 3 ayda bunun qarşısını almaq üçün nə etdik? Milli Məclisdə müxtəlif, o cümlədən Avropa dövlətləri ilə dostluq qrupları var. Bu qrupun üzvləri avropalı həmkarlarıyla sıx əlaqələr qurub onlarla izahat işi apardılarmı ki, AŞPA-da Azərbaycan əleyhinə qətnamənin Avropaya zərrə qədər də faydası yoxdur, Strasburqda çıxış edən ukraynalı deputatın dili ilə desək, bu, yalnız Rusiyanı sevindirəcək. AŞPA-da 46 üzv ölkədən 306 deputat var. Səsvermədə cəmi 90 nəfər iştirak edib, bunun da 76-ı Azərbaycan əleyhinə səs verib. Deməli, deputatların əksəriyyəti səsverməyə qatılmayaraq ya otellərində olub, ya da parlament içərisindəki kafedə vaxt öldürüblər. Əslində biz elə etməliyikdik ki, onlar parlamentin dəhlizində və ya kafedə vaxt öldürmək əvəzinə zala daxil olub Azərbaycanın lehinə səs verərdilər.
Əlbəttə, AŞPA-sız da yaşaya bilərik, ancaq onu bilək ki, bizim olmadığımız yerlərdə ermənilər və onların dəstəkçiləri əleyhimizə təbliğatı gücləndirəcəklər. Buna seyrçi qalmaq əvəzinə müxtəlif platformalarda mübarizəmizi davam etdirməliyik".
Qeyd edək ki, 22 yanvarda Azərbaycan nümayəndə heyətinin səsvermə hüququnu məhdudlaşdıran AŞPA etimadnamənin təqsidlənib-təsdiqlənməməsi üçün Monitorinq Komitəsinə müraciət edib. Azərbaycan nümayəndə heyəti isə Monitorinq Komitəsinin cavabını gözləmədən 24 yanvarda bəyanat yayıb və AŞPA-da fəaliyyətini qeyri-müəyyən müddətə dayandırıb.
Bundan sonra AŞPA nümayəndə heyətimizin etimadnaməsinin təsdiqlənmədiyini və bir il müddətində qurumdan uzaqlaşdırıldığını elan edib.
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

"ƏDV geri al" mexanizmi bütün konsert növlərini əhatə edəcək
Azərbaycanda bu fond ləğv olunur
Bakıda bundan toplanan haqq dövlət büdcəsinə ödəniləcək
Gənc iş adamı toyda qəfil öldü - Foto
Ted Kruz: "Texas mavi ştata çevrilib, amma bu, belə davam etməyəcək"
Bir neçə cinayətə görə axtarışda olan 74 yaşlı qadın həbs edildi
İran ordusunun zabiti öldürüldü
KTMT-də iştirak etməkdə maraqlı deyilik - Paşinyan
Oğlu öldürülən qadın gəlinini bağışladı, məhkəmə cəzasını azaltdı
Ağır məğlubiyyət: Respublikaçılar Trampdan siyasi kursunu dəyişməyi tələb edir
Ərdoğan böyük dövlət qurur, Putin isə... Türkiyədə niyə daşınmaz əmlak satışa çıxarılır?
Azərbaycan xalqı bir yumruq kimi birləşmişdi – Prezident
Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu
Azərbaycan Hava Yolları gələcəyin texniki mütəxəssislərini yetişdirir - FOTOLAR