AŞPA vitse-prezidenti: "Azərbaycan torpaqlarını geri qaytarmaqla beynəlxalq hüququn tələblərini reallaşdırıb
AŞPA vitse-prezidenti: "Azərbaycan torpaqlarını geri qaytarmaqla beynəlxalq hüququn tələblərini reallaşdırıb"
"Azərbaycan öz ərazisini işğaldan azad etməklə, ümumilikdə beynəlxalq hüququn prinsip və normalarını reallaşdırıb".
Bunu "Report"a açıqlamasında Ukrayna Ali Radasının xarici siyasət və parlamentlərarası əməkdaşlıq komitəsinin sədri, AŞPA-nın vitse-prezidenti Aleksandr Merejko bildirib.
"Çünki BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi var. Azərbaycan da, sadə dildə desək, bu qətnamələrin tələblərini reallaşdırıb. Burada heç bir problem yoxdur. Beynəlxalq hüququn tələblərinə uyğun olaraq işğala son qoyulub və Azərbaycanın ərazi bütövlüyü təmin edilib", - o, deyib.
A.Merejko onu da bildirib ki, 30 ildə Ermənistanın işğal olunmuş torpaqlarda törətdiyi dağıntılarla bağlı hər iki tərəfdə olan informasiya əsasında beynəlxalq məhkəməyə müraciət etmək olar: "Bu aqressiya aktının vurduğu ziyanı hesablamaq lazımdır. Lakin bunun beynəlxalq formatda həyata keçirilmə mexanizmi hələ ki, aydın deyil. Azərbaycanın ərazilərini işğal etməklə Ermənistan beynəlxalq hüquq prinsiplərini, ərazi bütövlüyü, suverenlik haqqı və güc tətbiq etməmək prinsiplərini pozub". /oxu.az

Prezident Canni İnfantinonu qəbul etdi
Azərbaycanda qədim yaşayış məskəni aşkarlandı - FOTO
Lənkəranda kişi atasını qaynar su ilə yandırdı
Leyla Əliyeva daha bir görüş keçirdi - FOTOLAR
Leyla Əliyeva rahibə Petrini ilə görüşdü - FOTOLAR
Azərbaycan-Slovakiya əlaqələri yüksək səviyyədə inkişaf edir - Sahibə Qafarova
Prezident sərəncam imzaladı
Logistika və nəqliyyat Azərbaycanın iqtisadi inkişafında yeni imkanlar yaradır
Azərbaycan iqtisadiyyatına 10,8 milyard dollarlıq sərmayə: Ekspertlər nə deyir?
Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib
Bakıda 16 avtobusun hərəkət sxemi müvəqqəti dəyişdirilir
Baş prokuror: "Azərbaycan beynəlxalq platformalarda fəal iştirak edir
27 Sentyabr: Zəfərin başlanğıcı və şəhidlərimizin əbədi xatirəsi
Arvadını döydüyünə görə 6 ay maaşından pul tutulacaq - Detallar