Assosiasiya prezidenti: "Turizm sahəsində görülən işlər 2020-ci ildə bütün alternativ turizm növlərinin inkişafına şərait yaradacaq"

Assosiasiya prezidenti: "Turizm sahəsində görülən işlər 2020-ci ildə bütün alternativ turizm növlərinin inkişafına şərait yaradacaq"Turizm sahəsində kadr hazırlığının aparılması, ölkənin turizm imkanlarının tanıdılması, infrastruktur layihələrin həyata keçirilməsi istiqamətində aparılacaq işlər 2020-ci ildə ölkədə bütün alternativ turizm növlərinin inkişafına şərait yaradacaq.
Milli.Az bildirir ki, bunu Trend-ə Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının (AHİSTA) prezidenti Ruslan Quliyev bildirib. Onun sözlərinə görə, ölkəmizdə iqtisadiyyatın digər sahələri kimi turizm sahəsinin də inkişafı dövlətin diqqət mərkəzindədir: "Prezident keçirdiyi müşavirələrdə də qeyri-neft sektorunun ən prioritet sahəsi kimi turizmin inkişafı məsələlərinə toxunur. Biz görürük ki, ölkəyə gələn turistlərin sayı ildən-ilə artır, onların xərclədikləri vəsaitin məbləğində, gecələmə sayında da böyük artım müşahidə edilir".
R.Quliyev əlavə edib ki, dövlət başçısının təsdiqlədiyi "Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi"ndə Azərbaycanı 2025-ci ilədək regionun, eləcə də dünyanın cəlbedici turizm məkanlarından, 2025-ci ildən sonrakı dövr üzrə dünyada turistlərin ən çox üstünlük verdikləri 20 turizm məkanından birinə çevirmək əsas məsələ kimi qarşıya qoyulub: "Ölkədə ənənəvi və qeyri-ənənəvi bazarlara sirayət etmə istiqamətində böyük işlər görülür. Bu sahədə turizm sektorunun təmsilçilərinin də üzərinə çox böyük məsuliyyət düşür".
Qeyd edək ki, yanvarın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə ötən il ölkəmizə səfər edən turistlərin sayının rekord həddə çatdığını, ölkəmizə 3 milyon 170 min xarici qonaq gəldiyini söyləyib.
Prezident İlham Əliyev bildirib ki, xarici turistlər Azərbaycanda bütövlükdə 4,3 milyard manat pul xərcləyiblər.
Dövlət başçısı turizmin inkişafının bundan sonra da diqqət mərkəzində olacağını nəzərə çatdırıb.
Milli.Az  /news.milli.az

İqtisadiyyat       Tarix: 19 yanvar 2020
f Paylaş

Oxşar xəbərlər

İCMA və BMU arasında əməkdaşlıq memorandumu imzalanıdı - FOTOLAR

10 iyun tarixində İş Adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) üzvü olan 20-dən çox sahibkarın iştirakı ilə Bakı Mühəndislik Universitetində (BMU) universitet-biznes əməkdaşlığı çərçivəsində görüş keçirilib. xəbə

"Kristal"dan ideal fürsət:2 və 3 otaqlı ipotekaya yararlı mənzillər satışdadır

"Kristal"ın şəhərin ənperspektivli ərazilərindən birində reallaşdırdığı prestijli "Highland Residence"layihəsindənmənzil sahibi olmaq istəyənlər üçün yeni fürsət var.Tikintisinin əsas hissəsiartıq tamamlanmı

Azercell-in dəstəyi ilə "RobotChallenge Azerbaijan 2026" uğurla başa çatdı - FOTOLAR

Azercell-in dəstəyi, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin tərəfdaşlığı ilə keçirilən "RobotChallenge Azerbaijan 2026" uğurla yekunlaşıb. xəbər verir ki, dünyanın ən nüfuzlu robototexnika yarışlarında

Neftin qiyməti ilə bağlı dəyişiklik baş verdi - RƏQƏMLƏR

ABŞ və İran arasında əldə olunan tarixi saziş fonunda qlobal bazarlarda neftin qiyməti kəskin şəkildə ucuzlaşaraq son ayların ən aşağı səviyyəsinə geriləyib. Nüfuzlu iqtisadi nəşrlərin yaydığı məlumata görə, "Brent"

EBRD növbəti dəfə "Bank Respublika"nı "Azərbaycanda ən fəal emitent bank" elan etdi

"Bank Respublika" Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) Ticarətə Yardım Proqramı (Trade Facilitation Programme – TFP) çərçivəsində 2025-cı il üzrə "Azərbaycanda ən fəal emitent-bank" adına layi

Dünya bazarında neft ucuzlaşdı

Dünya birjalarında neftin qiymətində azalma müşahidə olunub. xəbər verir ki, Londonun ICE birjasında "Brent" markalı neftin bir bareli 3,05 dollar ucuzlaşaraq 87,33 dollara enib. Nyu-Yorkun NYMEX birjasında is

TuranBank ICD ilə 15 milyon dollarlıq əməkdaşlıq sənədi imzaladı

Azərbaycanın aparıcı maliyyə institutlarından biri olan TuranBank ASC və İslam İnkişaf Bankı Qrupunun özəl sektor üzrə üzv qurumu olan Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD) arasında Azərbaycanda özəl sekto

Azercell-in "Premium" abunəçilərinə Atəşgah Sığorta-dan 20% endirim

"Azercell Telekom" MMC "Premium" tarifləri çərçivəsində təqdim etdiyi əlavə üstünlükləri zənginləşdirməyə davam edir. xəbər verir ki, bu dəfə şirkət "Premium" və "Premium+" tariflərini

Neft ucuzlaşdı

Londonun ICE birjasında 2026-cı ilin iyul ayında çatdırılma üçün Brent markalı xam neftin fyuçerslərinin qiyməti 29 may 2026-cı ildən bəri ilk dəfə olaraq barrel üçün 90 dollardan aşağı düşüb. . xəbər verir ki, Bakı vaxt


son xeberler azerbaycan xeberleri yeni xeberler son xəbərlər bugün 2026 xeberler bu qun sonxəbərlər son xeberler bugun 2026 muharibe