Astanada Azərbaycan və Qazaxıstan Prezidentləri görüşdü - YENİLƏNİB

Astanada Azərbaycan və Qazaxıstan Prezidentləri görüşdü - YENİLƏNİBOktyabrın 13-də Astanada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qazaxıstan Respublikasının Prezidenti Qasım-Jomart Tokayev ilə görüşü olub.
KONKRET.az xəbər verir ki, görüşdə çıxış edən Prezident Kasım-Jomart Tokayev deyib:
– Hörmətli İlham Heydər oğlu. Mən Sizə, ilk növbədə, buraya səfər etdiyinizə, Zirvə Toplantısının işində iştirak etdiyinizə, yekun nəticələrə nail olunmasına verdiyiniz müsbət töhfəyə görə minnətdarlığımı bildirmək istərdim. Sözsüz ki, mən bunu dəyərləndirirəm. Siz, necə deyərlər, buna vaxt ayırmısınız.
Bizim ikitərəfli qarşılıqlı münasibətlərimizə gəlincə, gözəl Bakı şəhərinə səfərim zamanı göstərilən qonaqpərvərliyə görə təşəkkürümü bildirməkdən başlamaq istərdim.
Zənnimcə, bizim danışıqlar məhsuldar, maraqlı olub və deməliyəm ki, xaricdə siyasi, iqtisadi dairələrin diqqətini cəlb edib. Buna görə də Azərbaycanı müttəfiqimiz, strateji tərəfdaşımız hesab edirik, daim bu xəttə sadiq qalacağıq. Azərbaycan təkcə öz regionunda deyil, həm də daha geniş coğrafi miqyasda çox böyük rol oynayır. Düşünürəm ki, bizim ortaq cəhətlərimiz çoxdur və ən müxtəlif sahələrdə əməkdaşlığı inkişaf etdirmək əzmindəyik. Biz bu barədə Bakıda ətraflı danışmışıq.
Bu gün gündəlikdə belə adlandırılan Orta Dəhlizin inkişafı məsələsi durur. Dünən mənim Türkiyə Prezidenti ilə danışıqlarım olub. O da, həmçinin müvafiq qurumların rəhbərlərinin Bakıda keçirilən görüşünə dəfələrlə istinad edib. Təbii ki, onlar bu iş formatının davam etdirilməsinə hədəflənib. Bizim tərəfimizdən, əlbəttə ki, hər hansı bir problem olmayacaq, əksinə, biz də bunda maraqlıyıq. Mən açıq çıxışlarımda Orta Dəhliz adlandırılan Transxəzər marşrutu barədə həmişə danışmışam.
Bizim müxtəlif sahələrdə, o cümlədən humanitar sahədə ənənəvi əlaqələrimiz var və bunların hamısı davam edəcək. Biz Azərbaycanın görkəmli dövlət xadimi Heydər Əliyevin adını daşıyan küçənin paytaxtımızda daha görkəmli yerə köçürməyin vacibliyindən danışmışıq. Belə bir yer müəyyənləşdirilmişdir. Mən onu bəyənmişəm. Bu, sadəcə, vaxt məsələsidir.
x x x
Azərbaycan Prezidenti İlham Əliyev deyib:
– Çox sağ olun, hörmətli Kasım-Jomart Kemeleviç. Əvvəla, dəvətə görə təşəkkür edirəm. Qardaş Qazaxıstanda yenidən olmağıma çox şadam. Həmçinin keçirilmiş Zirvə Toplantısının yaxşı nəticələri münasibətilə təbrik etmək istərdim. Bu, Qazaxıstanın beynəlxalq arenada oynadığı rolun və Sizin ölkənizin yüksək nüfuzunun daha bir nümayişidir.
Həmçinin sabah daha bir Zirvə Toplantısı olacaq. Yəni, başa düşürəm ki, Sizin qrafikiniz nə dərəcədə gərgindir və bu mühüm hadisələrə hazırlıqla bağlı məsələlər, əlbəttə, çox vaxt aparır. Odur ki, görüşmək fürsətinə görə şadam.
Sizə, ilk növbədə, Heydər Əlirza oğlu Əliyevin xatirəsinə dərin ehtiramınıza görə təşəkkür etmək istərdim. Biz Sizinlə bu barədə danışdıq. Mən qəbul edilmiş qərarlara görə minnətdaram.
Həmçinin Azərbaycana Sizin rəsmi səfərinizi və bizim görüşümüzü, danışıqlarımızı, həm ikitərəfli gündəlik, həm də regional problemlər üzrə hərtərəfli fikir mübadiləmizi səmimiyyətlə xatırlayıram. Zənnimcə, Sizin səfərinizdən sonra artıq yaxşı nailiyyətlər, nəticələr var, – biz indi bu barədə danışacağıq, – həm nəqliyyat sahəsində, həm də digər sahələrdə. Orta Dəhlizin inkişafı ilə bağlı məsələlər zamanın hökmüdür. Yaxşı ki, həm Qazaxıstan, həm Azərbaycan buna hazır idi, çünki bizim ölkələrdə çox müasir nəqliyyat infrastrukturu yaradılıb ki, bu, çox böyük həcmdə yükləri artıq bu gün daşımağa imkan verir. Lakin düşünürəm ki, gələcək infrastruktur planlarımızın əlaqələndirilməsi zamanı biz Transxəzər marşrutunun buraxılış qabiliyyətinin genişləndirilməsi üzrə bundan sonrakı işləri sinxronlaşdıra bilərik. Bu, bizim ölkələrin və xalqların marağında, uzunmüddətli maraqlarda, qonşuluğumuzdakı ölkələrin maraqlarında olacaq. Yəni, bu mövzunun çox ciddi davamı olacaq.
Digər bütün məsələlər üzrə isə, Siz qeyd etdiyiniz kimi, bizim ölkələr müttəfiqdir, strateji tərəfdaşdır. Bu müttəfiqlik ortaq köklərə və ümumi maraqlara əsaslanır. Sizi Zirvə Toplantısının uğurla keçirilməsi münasibətilə bir daha təbrik etmək və qonaqpərvərliyə görə təşəkkür etmək istərdim.
***
Görüşdə energetika, nəqliyyat-logistika sahələrində əməkdaşlıq məsələləri müzakirə olunub. Həmçinin Azərbaycan-Türkiyə-Qazaxıstan üçtərəfli formatda keçirilən görüşlərin davam etdirilməsi barədə fikir mübadiləsi aparılıb.
16:51
Oktyabrın 13-də Astanada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev ilə görüşü olub.
KONKRET.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Siyasi       Tarix: 14 oktyabr 2022
f Paylaş

Oxşar xəbərlər

"Qısqanclıq kişi ilə qadın arasında olur" - Putin həmin görüşdən danışdı

Rusiya Prezidenti Vladimir Putin ÇXR Sədri Si Cinpinlə ABŞ Prezidenti Donald Trampın Vaşinqtondakı görüşünə qısqanclıqla yanaşmadığını bildirib. TASS-a istinadən xəbər verir ki, Rusiya dövlət başçısı bu cür hisslərin beynəlxal

İlham Əliyev Qazaxıstan Prezidentinə BAŞSAĞLIĞI VERDİ

Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə başsağlığı verib. xəbər verir ki, başsağlığı mətnində deyilir:. "Hörmətli Kasım-Jomart Kemeleviç,. Manqistau vilayətində keçirilən hərb

Vətən müharibəsindən suverenliyə: Qarabağda tarixi dönüşün əsas mərhələlər

"27 sentyabr 2020-ci ildə Ermənistan silahlı qüvvələrinin hərbi təxribatlarından sonra başlayan və 44 gün davam edən Vətən müharibəsi Azərbaycanın təxminən 30 il işğal altında qalmış ərazilərinin böyük hissəsinin aza

Səudiyyədən TƏCİLİ HƏRBİ ADDIM: Türkiyə və Pakistan

Səudiyyə Ərəbistanı Türkiyə və Pakistanın Baş Qərargah rəislərini təcili şəkildə toplayıb. xəbər verir ki, Ər-Рияд krallığın sərhədyanı bölgələrinə İran tərəfindən dəstəklənən husilər tərəfindən ballistik raketlər və PUA-larl

Gələn ilin büdcə layihələri Prezidentə təqdim olunacaq

Nazirlər Kabineti "2027-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri" və "2027-ci il və gələn üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyas

Tixanovskaya: ABŞ Lukaşenkonun hökuməti ilə ticarət etməməlidir

ABŞ Belarus Prezidenti Aleksandr Lukaşenkonun hökuməti ilə ticarət etməməlidir. xəbər verir ki, bunu Belarusun demokratik qüvvələrinin lideri Svetlana Tixanovskaya BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən iclası çərçivəsind

İlham Əliyev Türkmənistan Prezidentini təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovu təbrik edib. təbrikin mətnini təqdim edir:. "Hörmətli Sərdar Qurbanquliyeviç,. Türkmənistanın müstəqilliyinin 35-ci ildönümü münasibətil

Ərdoğanla Paşinyan Azərbaycan-Ermənistan sülh prosesini müzakirə edib 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanla ikitərəfli ticarət və nəqliyyat sahələrindəki normallaşma prosesini dəstəkləyir, münasibətlərdə əldə edilən müsbət dinamikanın davam etdirilməsini vacib sayır. KONKRET.azxəbə

Milli Məclisin komissiyası: Türkiyədən Azərbaycana qarşı informasiya kampaniyası aparılır

Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyası son günlər qardaş Türkiyə Respublikasının ərazisindən sosial media platformaları vasitəsilə ölkəmiz əleyhinə aparılan informasiya kampaniyasın


son xeberler yeni xeberler azerbaycan xeberleri en son xəbərlər bugün sonxabar beynelxalq bank mezenne xeberler bu qun