Astarada kitabxana işçiləri arasında İNSİDENT: "İş otağıma hücum edib məni söydü
Astara Rayon Mərkəzi Kitabxanasında işçilər arasında insident olub.
azxeber.com "Qafqazinfo"ya istinadən xəbər verir ki, kitabxanada mütəxəssis vəzifəsində çalışan 1974-cü il təvəllüdlü M.Məmmədova (soyadlar şərtidir) şöbə müdiri R.Babayevanın otağına daxil olaraq onu təhqir edib. Dava-dalaşı kitabxananın digər işçiləri yatırıblar. Bundan sonra R.Babayeva polisə müraciət edib.
Polis tərəfindən saxlanılan M.Məmmədova barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (Xırda xuliqanlıq) maddəsi ilə protokol tərtib edilib və məhkəməyə göndərilib.
Astara Rayon Məhkəməsində keçirilən iclasda şöbə müdiri M.Məmmədovanın onu əsassız yerə söydüyünü bildirib:
"Saat 11:45 radələrində M.Məmmədova Mərkəzi Kitabxanadakı iş otağıma hücum edib, heç bir əsas olmadan məni təhqir edərək söyüşlər söydü. İş yoldaşlarımız daha sonra bizi sakitləşdirdi".
Barəsində protokol tərtib edilən kitabxana əməkdaşı isə şöbə müdirinin onun haqqında xoşagəlməz şayiələr yaydığını iddia edib:
"R.Babayeva barəmdə yalan məlumat yaydığına görə onun otağında mübahisə etdik. Bərk əsəbləşdiyimə görə onun ünvanına nalayiq ifadələr işlətmişəm. Hazırda əməlimdən peşmanam".
Məhkəmə 49 yaşlı M.Məmmədovanın 70 manat məbləğində cərimə edilməsi və dərhal sərbəst buraxılması barədə qərar qəbul edib.
Turlar.az [newsid: 0-123300]

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Ermənilərin muradı gözündə qaldı: "İrəvanla Aİ arasında vizasız rejim hələ tezdir"
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Prezident Osman Xaliyevi sədr təyin etdi
İlham Mirzəyev xəstəxanaya yerləşdirildi: 'Haqqınızı halal edin
Millimiz Moldova yığmasına uduzdu
Batumidə Azərbaycan vətəndaşı itkin düşdü - Avqustun 28-dən xəbər yoxdur
İşxan Saqatelyan: "Paşinyan Rusiya hərbi bazasını türk bazası ilə əvəz edəcək"