Astarada üçəsrlik ev dağılmaq üzrədir - FOTO

Astarada üçəsrlik ev dağılmaq üzrədir - FOTOAstarada üçəsrlik ev dağılmaq üzrədir - FOTO
Astara rayonunda üçəsrlik tarixi ev dağılmaq üzrədir.
"Report"un cənub bürosunun məlumatına görə, sözügedən ev rayonun Pensər kəndində yerləşir.
Ev 1836-cı ildə Lənkəran xanı Mir Mustafa xanın baş vəziri vəzifəsində çalışan Mirzə Xudaverdibəyoğlu tərəfindən inşa edilib. Qarabağ elatının zərgər tayfasından olan ailə XVII əsrin axırları, XVIII əsrin əvvəllərində Qarabağdan Masallının Qızılavar kəndinə köçüblər. Sonra oradan Astaranın Bütəsər kəndinə, yəni indiki Pensər kəndinə köçərək hazırkı evi tikdirib və orada yaşayıblar.
Mirzə Xudaverdibəyoğlu 30 il müddətində Mir Mustafa xanın baş vəziri vəzifəsində çalışıb. Onun oğlu Mirzə Əhməd də dövrünün tanınmış ziyalısı olub və sarayda təhsil alıb. Mirzə Əhməd həm də "Fövcül-füsəha" ədəbi məclisinin fəal üzvü olub, "Əxbərnamə"ni yazıb. 60 il ərzində bölgədə cərəyan edən bütün hadisələri qələmə alıb. "Əxbərnamə" əsərinin əlyazması bu gün Əlyazmalar İnstitutunda qorunub saxlanılır və 1975-ci ildə xidməti istifadə üçün çap olunub.
Vaxtilə Mirzə Əhmədin yaşadığı sözügedən ev hazırda qəzalı vəziyyətdədir. Çiy kərpicdən olan evin divarları uçmaq üzrədir. Mirzə Xudaverdibəyoğlunun nəticəsi Nərgiz Əhmədova evin iki otaqdan ibarət olduğunu, lakin birinin dağıldığını deyir. Divarların qalın olması evin əsas hissəsini hələ ki saxlayıb. Bir neçə ay əvvəl baş verən zəlzələ zamanı divardakı kərpiclərin bir hissəsi tökülüb.
Qeyd edək ki, hazırda evdə 8 nəfərdən ibarət ailə yaşayır. Ötən dövr ərzində evin təmir olunmasından ötrü bir neçə dəfə aidiyyəti qurumlara müraciət olunub. Bir dəfə evin dam örtüyü uçduğu üçün təmir olunub.
Tarixi evin gələcək taleyi ilə bağlı Astara Rayon Mədəniyyət İdarəsindən bildirilib ki, bu ev dövlət mülkiyyətində yox, şəxsi mülkiyyətdə olan yerli əhəmiyyətli tarixi tikilidir:
"Evin təmiri vətəndaşın üzərinə düşür. Lakin bu da mülkiyyətçi tərəfindən aidiyyəti qurumlarla razılaşdırıldıqdan sonra mümkündür".
Astarada üçəsrlik ev dağılmaq üzrədir - FOTOAstarada üçəsrlik ev dağılmaq üzrədir - FOTOAstarada üçəsrlik ev dağılmaq üzrədir - FOTOAstarada üçəsrlik ev dağılmaq üzrədir - FOTOAstarada üçəsrlik ev dağılmaq üzrədir - FOTOAstarada üçəsrlik ev dağılmaq üzrədir - FOTO

Maraqlı       Tarix: 10 yanvar 2024
f Paylaş

Oxşar xəbərlər

İlon Mask insandakı telepatiya qüvvəsini sınamaq üçün könüllü axtarır

İlon Mask insandakı telepatiya qüvvəsini sınamaq üçün könüllü axtarır. "Neuralink" şirkəti insana düşüncənin köməyi ilə qadcetləri idarə etməyə imkan verəcək "Telepathy" implantı ilə eksperiment üçün dah

Arktikada strateji əhəmiyyət daşıyan torpaq sahəsi satışa çıxarılıb

Arktikada strateji əhəmiyyət daşıyan torpaq sahəsi satışa çıxarılıb. Arktikada Şpitsbergen arxipelaqında torpaq sahəsi 300 milyon avroya (323 milyon dollar) satışa çıxarılıb. Qeyd olunub ki, geosiyasi əhəmiyyəti olan əraz

Wolt Market fəaliyyətini genişləndirməklə yanaşı sürət, davamlılıq və əlçatanlıq prinsiplərinə sadiqliyini gücləndirir

"Dark store" formatında fəaliyyət göstərən və sürətlə böyüyən onlayn supermarket şəbəkəsi Wolt Market (WM), keçmiş Nəsimi Bazarı ərazisində yeni mağazasının açılışını elan etməkdən məmnunluq duyur. Bu yeni mağaz

Həkim məsləhəti: Maqnit qasırğası zamanı səfərə çıxmaq olarmı?

Həkim məsləhəti: Maqnit qasırğası zamanı səfərə çıxmaq olarmı?. "Maqnit qasırğası zamanı uçuşlar və avtomobil səfərləri xroniki ürək-damar xəstəlikləri olan insanlar üçün əlavə sağlamlıq riskləri yaradır. Onların vəziyyət

Planetimizdə 22 kalibrli atışa tab gətirə bilən canlı tapıldı - FOTO

Planetimizdə 22 kalibrli atışa tab gətirə bilən canlı tapıldı - FOTO. Tədqiqatçılar qəddar təcrübə aparıblar və dənizin dərinliklərində yaşayan canlılardan birinin yaxın məsafədən 22 kalibrli atış zamanı sağ qala bildiyin

Ən güclü maqnit qasırğasının nə qədər davam edəcəyi açıqlandı

Ən güclü maqnit qasırğasının nə qədər davam edəcəyi açıqlandı. Mayın 10-da başlayan güclü maqnit qasırğasının gözlənilən müddəti ən azı iki gün olacaq. Bu barədə Rusiya Elmlər Akademniyasının Günəş-Yer Fizikası İnstitutunu

Britaniyada timsahı "döyən" qadın qəhrəmanlar siyahısına daxil edildi: Mükafat aldı - FOTO

Britaniyada timsahı "döyən" qadın qəhrəmanlar siyahısına daxil edildi: Mükafat aldı - FOTO. Böyük Britaniyada timsaha zərbə vuran qadının adı Britaniyanın ilk mülki qəhrəmanlarının kral siyahısına daxil edilib

Qalkinin keçmiş sevgilisinə dair məlumatlar yayıldı: Puqaçova ərinin kiminlə evlənməsinə "mane olub"? - FOTO

Qalkinin keçmiş sevgilisinə dair məlumatlar yayıldı: Puqaçova ərinin kiminlə evlənməsinə "mane olub"? - FOTO. Məşhur rusiyalı aktyor və yumorist Maksim Qalkinin arvadı Alla Puqaçovadan əvvəl kiminlə sevgili olduğ

Son zamanlar uşaqlar arasında geniş yayılan xəstəliklərlə necə mübarizə aparaq? - AÇIQLAMA + FOTO

Son zamanlar uşaqlar arasında geniş yayılan xəstəliklərlə necə mübarizə aparaq? - AÇIQLAMA + FOTO. Son zamanlar bir çox insanlar, xüsusən də uşaqlar arasında göy öskürək yayılıb. İnsanlar bu xəstəlikdən can qurtara bilmədiklərini


azerbaycan xeberleri son xeberler yeni xeberler sou xeberler kriminal xeberler metbuat xeberleri iqtisadiyyat xeberleri bugun