Astarada Xəzər sahilində meyiti tapılan qadın: "Məni dəniz qırağında axtarın
Astara rayonunda dəniz sahilindən 62 yaşlı qadının meyiti tapılıb.
Hadisə sübh saatlarında Şahağacı kəndində qeydə alınıb.
Belə ki, 1959-cu il təvəllüdlü Validə Əlişah qızı Dadaşova gecə vaxtı evdən xəbərsiz çıxıb.
Həyat yoldaşı, 1945-ci il təvəllüdlü Sədaqət Ağahəsən oğlu Dadaşov oyananda yoldaşının evdə olmadığını görüb, onu axtarmağa başlayıb. O, evdə stolun üstündə "Məni dəniz qırağında axtarın" cümləsi yazılmış kağız görüb.
Evləri dənizə yaxın olduğundan qohumlarla birlikdə onun axtarışlarına başlayıb. Ayaqqabılarının tapıldığı ərazidə V.Dadaşovanın cansız bədəni tapılaraq sudan çıxarılıb. Ailə üzvlərinin sözlərinə görə, mərhum uzun illər ruhi-əsəb xəstəliyindən müalicə alıb.
Meyit müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib. Ölüm səbəbi ekspertizanın rəyindən sonra məlum olacaq.
Faktla bağlı Astara Rayon Prokurorluğunda araşdırma aparılır.
///Report

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Kərimin səhhətində problem yarandı
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR