"Atabank" ASC və "Amrahbank" ASC-də qorunan əmanətlər üzrə kompensasiyalar nağdsız qaydada ödəniləcək

"Atabank" ASC və "Amrahbank" ASC-də qorunan əmanətlər üzrə kompensasiyalar nağdsız qaydada ödəniləcək"Atabank" ASC və "Amrahbank" ASC-də qorunan əmanətlər üzrə kompensasiyalar nağdsız qaydada "Kapital Bank" ASC-nin adlı debet kartları və "Xəzri" sürətli pul köçürmə sistemi vasitəsilə ödəniləcək.
Əmanətlərin Sığortalanması Fondundan verilən məlumata görə, əmanətlər "Əmanətlərin tam sığortalanması haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq kompensasiya olunacaq.
"Kapitalbank" ASC-nin filial şəbəkəsində əmanətçilərin sıxlığının yaranmaması, kompensasiyaların sistemli şəkildə ödənilməsi və vətəndaş məmnunluğunun təmin edilməsi üçün qorunan əmanətlər üzrə kompensasiyalar iki mərhələdə qaytarılacaq:
1 iyun 2020-ci il tarixindən başlayaraq "Atabank" ASC və "Amrahbank" ASC-də 30 min manat ekvivaləntinədək (30 min manat daxil olmaqla) olan əmanətlər üzrə "KapitalBank" ASC-nin filiallarında ərizələrin qəbulu və kompensasiyaların verilməsi;
1 iyul 2020-ci il tarixindən başlayaraq 30 min manat ekvivalentindən yuxarı olan əmanətlər üzrə "KapitalBank" ASC-nin filiallarında ərizələrin qəbulu və kompensasiyaların verilməsi.   
Əmanətçilərdən kompensasiyaların alınması üçün "Kapital Bank" ASC-nin müvafiq filiallarına müraciət edərkən kompensasiyaların ödənilməsi prosedurlarına uyğun olaraq əmanət müqaviləsini (əlavələrlə birlikdə), əmanət kitabçasını, əmanətin sahibliyini təsdiq edən digər sənədlərin (hesabdan cıxarışların) və şəxsiyyəti təsdiq edən sənədin təqdim olunması xahiş olunur.   
Qorunan əmanətçilər hesabdan çıxarışları ləğv prosesində olan "Atabank" ASC-nin Bakı şəhərində yerləşən filialları üzrə Şəmsi Bədəlbəyli küçəsi 102 ünvanında yerləşən baş ofisi, digər şəhər və rayon filialları üzrə isə bankın müfaviq filiallarından, ləğv prosesində olan "Amrahbank" ASC-nin Bakı şəhərində yerləşən filialları üzrə Xocalı prospekti 36 A ünvanında yerləşən baş ofisindən, digər şəhər və rayon filialları üzrə isə bankın müfaviq filiallarından əldə edə bilərlər.
"Əmanətlərin sığoratalanması haqqında" Azərbaycan Respublikasının Qanunun 28.3-cü maddəsinə əsasən Əmanətlərin Sığortalanması Fondu əmanətçilərin ərizələrini kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir.
Qorunan əmanətçilər ərizə formalarını 1 iyun 2020-ci il tarixindən etibarən "KapitalBank" ASC-nin müvafiq filiallarından və ƏSF-nin www.adif.az internet-saytından əldə edə bilərlər.
Əlavə olunan cədvələ uyğun olaraq qorunan əmanətçilər ləğv prosesində olan  "Atabank" ASC və "Amrahbank" ASC-də əmanətləri olduğu filialın qarşısında qeyd edilən "KapitalBank" ASC-nin filialına müraciət edərək yuxarıda qeyd edilən sənədlər əsasında kompensasiyalarını əldə edə bilərlər.
Milli.Az /news.milli.az

İqtisadiyyat     Baxılıb: 526   Tarix: 24 may 2020
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Azərbaycan neftinin qiyməti 103 dolları keçdi

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşıb. Azərbaycan neftinin 1 barelə olan qiyməti 8,41 ABŞ dolları və ya 8,9% artaraq 103,03 ABŞ dolları olub. Qeyd edək ki, Azərbaycan neftini

Ən çox şikayət edilən sığorta şirkətləri - SİYAHI

Azərbaycanda son bir ildə ən çox şikayət edilən sığorta şirkətləri məlum olub. Bu ilin fevral ayı üzrə avtomobillərin icbari sığortası üzrə ən çox şikayət olunan sığorta şirkəti 2,02 bəndlə "Xalq Sığorta"olub. "Atəşga

Azərbaycan yumurta ixracını müvəqqəti dayandırdı

Bu ilin əvvəlindən Azərbaycan yumurta ixrac etməyib, yerli istehsal tamamilə daxili tələbatın ödənilməsinə yönəldilib. xəbər verir ki, bunu "Report"a açıqlamasında "Azərbaycan Quş əti, Yumurta İstehsalçılar

Səyahət planlarını Yelo App-ə həvalə et

Mart ayının uzun tətilləri gəlir, deməli, səyahət vaxtıdır! Amma hər səfər öncəsi sənəd toplamaq, sığorta axtarmaq vaxt aparan prosesə çevrilə bilər. Yelo Bank səyahət hazırlıqlarını bir tətbiqə sığdırdı – artıq bütün vacib işlərini Yel

Bayrama görə pensiyalar bu tarixdə tam şəkildə ÖDƏNİLƏCƏK

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən qarşıdan gələn bayramlarla əlaqədar olaraq martın 11-də respublika üzrə pensiyaların qrafikdən əvvəl tam ödənilərək yekunlaşdırılmas

Tesla yüksəlişdədir, BYD isə mövqeyini itirir

Elektrikli nəqliyyat vasitələri bazarının ən böyük arenası olan Çində ilin ilk iki ayı üzrə satış məlumatları maraqlı mənzərə ortaya qoyub. ABŞ-da yerləşən Tesla, ölkədə istehsal olunan elektrikli nəqliyyat vasitələrini

Azercell MWC 2026-da gender inklüzivliyi və sosial təsir təşəbbüslərini təqdim etdi - FOTOLAR

Barselonada keçirilən Mobile World Congress(MWC) qlobal rabitə və texnologiya ekosisteminin aparıcı nümayəndələrini biraraya gətirib. Hər il olduğu kimi bu dəfə də konqres sənayenin inkişafına təsiredən əsas mövzuların müzakirəsi

Ekspert: Hörmüz boğazının bağlanması enerji bazarını sarsıda bilər

Hörmüz boğazı ətrafında yaranan gərginlik beynəlxalq ictimaiyyətin diqqət mərkəzində qalmaqdadır. Qlobal enerji daşımalarının mühüm hissəsinin həyata keçirildiyi bu strateji marşrutun təhlükəsizliyi ilə bağlı narahatlıqla

"Azər-Türk Bank" ASC-nin İdarə Heyətinə təyinat

"Azər-Türk Bank" ASC-nin Müşahidə Şurasının qərarı ilə Fərid Quliyev "Azər-Türk Bank" ASC-nin İdarə Heyətinin üzvü, İdarə Heyəti sədrinin müavini və Baş kommersiya inzibatçısı vəzifəsinə təyin edilib


yeni xeberler son xeberler azerbaycan xeberleri xeber az hava ən son xəbərlər bugün xeber.az