"Atabank" və "Amrahbank" əmanətlərinin kompensasiyası hansı bankla ödəniləcək? - RƏSMİ

"Atabank" və "Amrahbank" əmanətlərinin kompensasiyası hansı bankla ödəniləcək? - RƏSMİXəbər verdiyimiz kimi, Mərkəzi Bankın İdarə Heyətinin 28 aprel 2020-ci il tarixli qərarı ilə "Atabank" ASC və "Amrahbank" ASC-nin bank fəaliyyətinin aparılması üçün verilmiş lisenziyaları ləğv edilib.
Milli.Az Trend-ə istinadən bildirir ki, "Əmanətlərin sığortalanması haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq "Atabank" ASC və "Amrahbank" ASC-də sığorta hadisəsi günü 28 aprel 2020-ci il müəyyən edilib.
Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının qərarına əsasən, "Atabank" ASC və "Amrahbank" ASC-də qorunan əmanətlərin kompensasiyaların verilməsi üçün agent bank qismində "Kapitalbank" ASC seçilib.
"Atabank" ASC və "Amrahbank" ASC-də qorunan əmanətlər üzrə kompensasiyalar nağdsız qaydada "Kapital Bank" ASC-nin adlı debet kartları və "Xəzri" sürətli pul köçürmə sistemi vasitəsilə ödəniləcək.
Əmanətlər "Əmanətlərin tam sığortalanması haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq kompensasiya olunacaq.
"Kapitalbank" ASC-nin filial şəbəkəsində əmanətçilərin sıxlığının yaranmaması, kompensasiyaların sistemli şəkildə ödənilməsi və vətəndaş məmnunluğunun təmin edilməsi üçün qorunan əmanətlər üzrə kompensasiyalar iki mərhələdə qaytarılacaq:
1 iyun 2020-ci il tarixindən başlayaraq "Atabank" ASC və "Amrahbank" ASC-də 30 min manat ekvivaləntinədək (30 min manat daxil olmaqla) olan əmanətlər üzrə "KapitalBank" ASC-nin filiallarında ərizələrin qəbulu və kompensasiyaların verilməsi;
1 iyul 2020-ci il tarixindən başlayaraq 30 min manat ekvivalentindən yuxarı olan əmanətlər üzrə "KapitalBank" ASC-nin filiallarında ərizələrin qəbulu və kompensasiyaların verilməsi.
Əmanətçilərdən kompensasiyaların alınması üçün "Kapital Bank" ASC-nin müvafiq filiallarına müraciət edərkən kompensasiyaların ödənilməsi prosedurlarına uyğun olaraq əmanət müqaviləsini (əlavələrlə birlikdə), əmanət kitabçasını, əmanətin sahibliyini təsdiq edən digər sənədlərin (hesabdan cıxarışların) və şəxsiyyəti təsdiq edən sənədin təqdim olunması xahiş olunur.
Qorunan əmanətçilər hesabdan çıxarışları ləğv prosesində olan "Atabank" ASC-nin Bakı şəhərində yerləşən filialları üzrə Şəmsi Bədəlbəyli küçəsi 102 ünvanında yerləşən baş ofisi, digər şəhər və rayon filialları üzrə isə bankın müfaviq filiallarından, ləğv prosesində olan "Amrahbank" ASC-nin Bakı şəhərində yerləşən filialları üzrə Xocalı prospekti 36 A ünvanında yerləşən baş ofisindən, digər şəhər və rayon filialları üzrə isə bankın müfaviq filiallarından əldə edə bilərlər.
"Əmanətlərin sığoratalanması haqqında" Azərbaycan Respublikasının Qanunun 28.3-cü maddəsinə əsasən Əmanətlərin Sığortalanması Fondu əmanətçilərin ərizələrini kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir.
Qorunan əmanətçilər ərizə formalarını 1 iyun 2020-ci il tarixindən etibarən "KapitalBank" ASC-nin müvafiq filiallarından və ƏSF-nin www.adif.az internet-saytından əldə edə bilərlər.
Əlavə olunan cədvələ uyğun olaraq qorunan əmanətçilər ləğv prosesində olan "Atabank" ASC və "Amrahbank" ASC-də əmanətləri olduğu filialın qarşısında qeyd edilən "KapitalBank" ASC-nin filialına müraciət edərək yuxarıda qeyd edilən sənədlər əsasında kompensasiyalarını əldə edə bilərlər.
Milli.Az  /news.milli.az

İqtisadiyyat       Tarix: 30 may 2020
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Azərbaycanın beynəlxalq sanksiya siyahısı yenilənib

Azərbaycanın beynəlxalq sanksiya siyahısına yeni dəyişikliklər edilib. bu barədə Maliyyə Monitorinqi Xidmətinə istinadən xəbər verir. Məlumata görə, dəyişiklik "Hədəfli maliyyə sanksiyaları haqqında" qanunun 5.2-c

AZAL və "Sea Breeze" birgə lotereyanın 100 qalibini müəyyən etdi - FOTOLAR

 Azərbaycan Hava Yolları və "Sea Breeze"inbirgə təşkil etdiyi "Səma və Dəniz" lotereyasının əsas qalibi baş mükafatolaraq "Sea Breeze Resort" ərazisində yerləşən "Park Lane" yaşayı

Sahibkarların iştirakı ilə "44" bədii filminin xüsusi nümayişi keçirildi - FOTOLAR

Oktyabrın 28-də Marsol Group və İş Adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) təşkilatçılığı, sahibkarların iştirakı ilə 44 günlük Vətən müharibəsində qazanılmış Zəfərə həsr olunan "44" bədii filminin xüsus

Bank Respublika-dan sərfəli nağd kredit imkanı - "Payız fürsəti

Payız yalnız təbiətin rənglərinin dəyişdiyi deyil, həyatımızda yeniliklərə yer ayırdığımız mövsümdür. Bank Respublika bu mövsümü şəxsi planlarını reallaşdırmaq üçün dəyərləndirmək istəyən müştərilərinə "Payız fürsəti"

Birbank-dan "7 gözəl gün": bonuslar və 70%-dək endirim fürsəti

Ölkənin ilk rəqəmsal bankı Birbank 26 oktyabr – 1 noyabr tarixlərində müştərilərinə daha sərfəli alış-veriş imkanı yaradan "7 gözəl gün" kampaniyasını təqdim edir. Kampaniya çərçivəsində müştərilər ödənişlərində

"Cahan Şirkətlər Qrupu"nun "BE Group" şirkəti "BakuBuild" sərgisində böyük maraqla qarşılanıb - FOTOLAR

Ölkəiqtisadiyyatına töhfələri, sənaye və istehsal sahəsində həyata keçirdiyi layihələrləseçilən "Cahan Şirkətlər Qrupu" 14–16 oktyabr 2026-cı il tarixlərində"BakuBuild" beynəlxalq tikinti sərgisində təmsi

Qızıl və gümüş ucuzlaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti azalıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 1.24% azalaraq 4.010 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 1.90% ucuzlaşaraq 53.9

Şirkətdə pis xəbərlər niyə rəhbərdən gizlədilir?

Bəzən şirkətdəhamı problemdən xəbərdar olur. Bir nəfərdən başqa — baş direktor. Məsələn,satışlar azalır, müştərilər narazıdır, mühüm layihə gecikir, əməkdaşlararasında ciddi narazılıq yaranıb. Şöbə rəhbərləri vəziyyəti bilir

Qızıl ucuzlaşdı - Yeni qiymətlər

Qızıl bazarında qiymət dəyişikliyi müşahidə edilib. . Bir sıra əyarlı qızılların qiymətində kəskin ucuzlaşma baş verib. Ucuzlaşmanın qeydə alındığı qızıl növlərinin yeni qiymətlərini təqdim edirik:. 583 əyar: 125 AZN-də


azerbaycan xeberleri yeni xeberler son xeberler cebheden xeber cəbhədən video idman xeberleri siyaseti xeberler bugun