Atamı, anamı, indi də mənə güc verən insanı itirdim' - Xoşqədəm
"Atamı, anamı, və bu gün onlar qədər sevdiyim, mənə güc verən, ilham aldığım böyük sənətkarı – musiqi dünyamızın qoca çinarını da itirdim…"
azxeber.com xəbər verir ki, bu sözləri teleaparıcı Xoşqədəm Hidayətqızı deyib.
Aparıcı bildirib ki, onlar Qaxda görüşməli və Xalq artistinin həyat yoldaşının doğum gününü birlikdə qeyd etməli idilər:
"Atamdan sonra mənə dayaq olan, hər kəlməsində həyatın dərin mənasını hiss etdiyim Arif müəllim... Onun yanında təskinlik tapırdım, söhbətləri ilə dərdimi unudurdum. Bu video bir neçə gün öncə – öz istəyilə çəkilmişdi. Qaxda görüşəcəyimizə, xanımının ad gününü birlikdə qeyd edəcəyimizə görə hazırlıq görmüşdük. Amma biz yola çıxacağımız gün o, xəstəxanaya yerləşdirildi.
Ata və anamla da ad gününü aprelin sonunda qeyd etməyi planlaşdırmışdıq... Olmadı... Arif müəllimlə planlaşdırdığımız Qax görüşü də – baş tutmadı. Bu ağrını sözlə ifadə etmək o qədər çətindir ki… Çox üzgünəm. Atamı, sevdiyim bir insanı, xalqımızın sevimli oğlunu – Arif müəllimi itirdik. Allah rəhmət eləsin.
Ruhu şad, məkanı cənnət olsun. Qəlbimizdə daim yaşayacaqsınız".
Aysel

PAŞA Bank Xəzər İnşaat Həftəsinin rəsmi bank tərəfdaşıdır
Ödənişli yolda yük maşını aşdı - Ölən var
İstanbulda ölənlərin sayı 4 nəfərə çatdı
Paşinyan razılaşmaya əməl edəcəkmi? - Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA
Azərbaycanın beynəlxalq axtarışa verdiyi türkiyəli jurnalist üzr istədi
Sülh müqaviləsinin imzalanacağı tarixi açıqladı
Ermənistanla bağlı qətnamələr 30 il niyə icrasız qaldı? – Politoloqdan AÇIQLAMA
Ferhat Göçer Bakıda konsert verəcək
Bu yol bağlı olacaq - Sürücülərin nəzərinə
Bakı-Quba yolunda yük maşını aşıb, ölən var
Hilari Suonk 52 yaşında 3-cü dəfə ana olacaq
Azərbaycan məşhur yapon serialında - Foto
Avropanın 6 ölkəsində Ermənistanı sorğulayan aksiyalar təşkil edilib
Ağır cinayətlərə görə cəzanın təxirə salınma qadağası Konstitusiyaya uyğun hesab edilib
Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan altı il ötür