Atamızın əmanəti, nəslimizin baş tacı… - MİRCƏLAL QURBANOV YAZIR
"Əziz anam, 70 yaşın mübarək!"
Azərbaycan Yazıçılar Birliyinin üzvü, sevilən mahnıların və çoxsaylı vətənpərvərlik nəğmələrinin söz müəllifi, nəğməkar şair və bəstəkar, Prezident təqaüdçüsü, polkovnik Mircəlal Qurbanov sosial şəbəkə hesabında anası Zərqələm Ağamusa qızının 70 illik yubileyi münasibətilə səmimi təbrik yazısı paylaşıb.
azxeber.com həmin yazını olduğu kimi dərc edir:
"Sən evimizin nuru, ailəmizin dayağısan. Masallıdan Bakıya, Qurbanovlar ailəsinə gəldiyin gündən ləyaqətin, mərifətin və mərhəmətli qəlbinlə bu nəslin, bu ocağın ən əziz və ən dəyərli xanımı olmusan. Bizə haqqın tərəfində durmağı, insana dəyər verməyi öyrətmisən. Bu gün nəvələrini də bir vaxtlar bizi böyütdüyün sevgi və qayğı ilə əhatə edirsən.
İnsan dünyadan köçəndə sevgisi, izzəti və əziz xatirəsi doğmalarının qəlbində qalır. Atamızın bizə və bütün doğmalarına bəslədiyi sevgi sənin qayğında yaşayır. Sən onun hər kəsə göstərdiyi diqqəti davam etdirirsən. Ata ocağında açdığın süfrə ətrafında bizi toplayanda, dünyadan köçən doğmalarımızı dualarla yad edəndə atamızın varlığını yanımızda hiss edirik. Sən varsan, deməli, onun sevgisi də, qayğısı da, nəvazişi də bizimlədir.
Atamızdan sonra bu ocağın böyüyü, ağbirçəyi, nəslimizin baş tacı sənsən. Allah səni bizə, nəvələrinə və bütün nəslimizə çox görməsin. Kölgən daim başımızın üstündə, duaların bu nəslin üzərində olsun. Sağlam, uzun ömür yaşa, xoş günlərimizi gör. Qoy ocağımız sənin varlığınla həmişə isti qalsın. Nə yaxşı ki, sənin övladlarınıq, gözəl anam. Səni çox sevirik!"
Qeyd: Nəğməkar şair Mircəlal Qurbanovun anası Zərgələm xanımın 70 illik yubiley məclisində Xalq artistləri Alim Qasımov, Brilliant Dadaşova və Zülfiyyə Xanbabayeva, Əməkdar artistlər Sevda Ələkbərzadə və Fərqanə Qasımova, xanəndə Zabitə Alıyeva və teleaparıcı Lalə Azərtaş iştirak edərək yubilyarı təbrik ediblər.
















Milli Qəhrəmanın oğlu qəzaya düşdü
Prezident İlham Əliyev Vyetnama rəsmi səfərə gəldi
İlhamə Abdullayeva vəzifəsindən azad edildi - Yeni təyinat
Novo uşaqlarda piylənmə üzrə yeni tədqiqatın nəticələrini açıqladı
Qarakənd faciəsindən 35 il ötür
Azərbaycana ən çox pul ödəyən ölkələr AÇIQLANDI - Buna görə
Qırmızı Ürəklər Fondunun "Zəfər Payı" xeyriyyə aksiyası uğurla yekunlaşdı
Ağdamın işğaldan azad olunmasından 6 il ötür
Azərbaycan Prezidentinin səfəri Vyetnam mediasının diqqət mərkəzindədir
Azərbaycan səfiri etimadnaməsini Estoniya Prezidentinə təqdim edib
"Sabah" - "Barselona" matçına 74 ölkədən bilet alınıb - FOTO
FİFA prezidentinə namizəd onlardır
Eyni kənddə bir ayda ikinci hadisə: Yeniyetmə oğlan 15 yaşlı qızı qaçırdı