Atası ilə birgə meyiti tapılan Səbinə danışa və gəzə bilmirmiş
Xəbər verdiyimiz kimi, Yevlaxın Aran qəsəbəsində evdən ata və qızının meyiti tapılıb. Bu hadisə ölkədə ciddi rezonansa səbəb olub.
azxeber.com xəbər verir ki, "Qafqazinfo" ailə ilə bağlı bəzi məlumatları əldə edib.
Birinci qrup əlil olan 2002-ci il təvəllüdlü Səbinə Bayramovanın iflic olduğu müəyyənləşib. O danışa və gəzə bilmirmiş.
Mərhumun 2005-ci il təvəllüdlü qardaşı da var. O, əsgərlikdən yeni gəlib və Bakıda yaşayır. Onların anası 10 il öncə vəfat edib.
İntihar edən Məhəbbət Bayramov isə ikinci dəfə Günəş adlı qadınla ailə qurub. Onlar 6 il birgə yaşayıblar. Lakin övladları olmadığı üçün bundan 1 ay öncə ayrılıblar.
Səbinə Bayramovanın əlilliyi ilə bağlı aldığı müavinəti dəqiqləşdirmək üçün Dövlət Sosial Müdafiə Fonduna sorğu ünvanladıq. Qurumdan sorğumuza cavab olaraq bildirildi ki, Bayramovlar ailəsi həssas qrupdan olan, sosial müdafiəyə ehtiyacı olan ailə olduğuna görə DSMF tərəfindən onlara hər ay 850 manat vəsait ödənilirdi: "Belə ki, 2006-cı ildən serebral iflic diaqnozu ilə yataq xəstəsi olan 1-ci qrup əlil Bayramova Səbinə Məhəbbət qızına əlilliyə görə 300 manat məbləğində müavinət, 250 manat məbləğində təqaüd ödənilirdi. Həmçinin ona qulluq edən atası Bayramov Məhəbbət Əvəz oğluna qulluğa görə 120 manat məbləğində təqaüd ödənilirdi. Bununla yanaşı M.Bayramov 3-cü qrup əlilliyi olan şəxs olduğuna görə ona 180 manat məbləğində müavinət ödənişi də həyata keçirilirdi".
Qeyd edək ki, 1977-ci il təvəllüdlü Məhəbbət Bayramov bir neçə gün öncə yaşadığı evdə intihar edib. Onun övladı Səbinə Bayramovanın isə birinci qrup əlil olduğundan aclıqdan öldüyü bildirilir.
Məlumata görə, evdən səs gəlmədiyini görən qonşular otağa daxil olarkən hər iki şəxsin öldüyünü görüblər. Hadisə ilə bağlı dərhal hüquq-mühafizə orqanlarına məlumat verilib.

Mixalkov Azərbaycana qarşı: Qusmanı "beşinci kolon" elan etdi
Şəhid atası vəfat etdi - Fotolar
Ukrayna müharibənin başlanğıcından bəri ən güclü mövqeyindədir
İlham Əliyev Maldiv prezidentinə məktub ünvanladı
"Çirkin"in aktyoru nişanlandı - Foto
Aİ Azərbaycan bankına qarşı sanksiyaları ləğv etdi
Yay fəslinin əsas problemlərindən biri: Tərləmə ilə mübarizənin qızıl qaydaları
Türkiyədə hakim partiyanın yerli təşkilat rəhbəri qohumları ilə birlikdə güllələnərək öldürülüb
Ordumuzun daha bir giziri VƏFAT ETDİ - FOTO
7 nəfərin xəsarət aldığı festival: Təşkilatçı hansı şirkətdir?
İsveç MI6 modelinə bənzər yeni xarici kəşfiyyat xidməti yaradacaq
Ağstafada ağır qəza: Ölən və xəsarət alan var
Yaponiyada 2028-ci ildən insanlara donuz böyrəyi köçürüləcək
Cəlilabadda ev tamamilə yandı