"Atəşgah" Sığorta çimərlik mövsümünün bağlanışı ilə bağlı #trashtag keçirib - FOTO
Cəmiyyətə, ətraf-mühitə faydalı addımlar atmaq, gələcək dünyamızı düşünmək, sosial məsuliyyətlərimizi dərk etmək hər bir şəxsin və toplumun borcu olduğunu hər zaman iddia edən "Atəşgah" Sığorta Şirkəti bugünədək vizyonuna sadiq qalaraq ölkəmizin firavan və ekoloji təmiz gələcəyi naminə çoxsaylı işlərə imza atıb.
Şirkət növbəti fəaliyyət dövrü ərzində də korporativ sosial məsuliyyətyönümlü layihələrini davam etdirəcəyi barədə açıqlama edib.
Ötən gün təbiətimizi qorumaq naminə "Atəşgah" Sığorta Şirkəti tərəfindən keçirilən korporativ sosial məsuliyyətyönümlü tədbirlər sırasına daha bir "trashtag" aksiyası da əlavə olunub.
Çimərlik mövsümünün bağlanışı münasibətilə Xəzər Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Mərdəkan qəsəbəsində keçirilən bu tədbirdə "Atəşgah" Sığorta komandası tərəfindən dəniz kənarındakı məişət tullantıları toplanaraq, emal üçün müvafiq quruma təqdim edilib.
Statistikaya görə, hər il dünyada 500 milyon ton plastik məhsul istehsal olunur. Plastik və polietilen məhsulların parçalanaraq yox olması üçün torpaqda 800, dənizdə isə 400 il vaxt lazım gəlir. "Atəşgah" Sığorta Şirkətinin sosial məsuliyyətyönümlü layihə və tədbirlərinin əsas məqsədlərindən biri də ətraf mühitin qorunmasını qurumlar və insanlar arasında təbliğ etmək, daha çox insan kütləsini sosial məsuliyyətli olmağa çağırmaqdır.
Yüksək etibarlılıq imicinə malik olan "Atəşgah" Sığorta Şirkəti 1996-cı ildən, "Atəşgah Həyat" Sığorta Şirkəti isə 2008-ci ildən fəaliyyət göstərir.






/ azxeber.com
Kurslar.az kurslar [newsid: 0-123300]

İlham Əliyev Tom Berendseni qəbul etdi
3 ölkə rəsmisi Tehranda toplaşacaq
İlham Əliyev Avstriya prezidentini təbrik etdi
Berendsen Azərbaycandan Ermənistana gedəcək
Azərbaycan və İƏT gələn il Bakıda keçiriləcək sammitə hazırlığı müzakirə edib - Yenilənib
Yelo Bank-ın "Parlaq sahillər" aksiyası çərçivəsində Hövsan sahili tullantılardan təmizlənib - FOTOLAR
Bank Respublika regionlarda sahibkarlıq üçün AİB-dən 40 milyon dollar cəlb edib
Birbank-dan "7 gözəl gün": bonuslar və 70%-dək endirim fürsəti
Millimiz İsrail yığmasını məğlub etdi – FOTOLAR
Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin
Futbol əfsanəsi Samuel Eto'O Bakıya gəldi
İstanbul derbisində sevinən tərəf "Qalatasaray" oldu
"Qarabağ" - "Dinamo Zaqreb" matçının baş hakimi açıqlandı
Banklar kimlərə aşağı faizlə kredit verir? – Əsas şərt
Əkrəm Həsənovdan xəbərdarlıq: "Azərbaycanı ağır illər gözləyir"