Avqustun sonunda ilin ən böyük Super Ay hadisəsi müşahidə olunacaq

Avqustun sonunda ilin ən böyük Super Ay hadisəsi müşahidə olunacaqAvqustun sonunda ilin ən böyük Super Ay hadisəsi müşahidə olunacaq
Avqust ayının 30-dan 31-nə keçən gecə 2023-cü ilin ikinci Super Ay hadisəsi müşahidə olunacaq.
Bu barədə Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrası məlumat yayıb.
Bildirilib ki, Ay Yerə ən yaxın məsafədə - orbitinin perigeyində avqustun 30-da Bakı vaxtı ilə saat 19:52-də olacaq və avqustun 31-də saat 05:37-də Dolu (Tam) Ay fazasına keçəcək.
Bu hadisələr arasındakı fərq 9 saat 45 dəqiqə olacaq. Perigeydə Aya qədər məsafə 357 181 km təşkil edəcək. Buna görə də 2023-cü il avqustun 31-də müşahidə olunacaq hadisəni ilin ən böyük Super Ayı adlandırmaq olar.
Kafedranın məlumatına görə, Super Ay hadisəsini Azərbaycan ərazisində avqust ayının 30-dan 31-nə keçən gecə saat 19:23-dən başlayaraq bütün gecə ərzində müşahidə etmək olar. Bu hadisə adi Super Ay hadisələrindən biri hesab olunur. Sadəcə, Dolu (Tam) Ay fazası bir ayda iki dəfə baş verirsə (birinci Super Ay hadisəsi avqust ayının 1-dən 2-nə keçən gecə baş vermişdi), ikinci Dolu Ay Mavi Ay adlandırılır. Lakin bu, o demək deyil ki, mavi Ay görəcəyik. Mavi Ay ifadəsi çox qədimdən gəlir və şərti olaraq adlandırılıb. Vulkan püskürmələri zamanı atmosferə atılan toz səbəbindən Ayı mavi rəngdə görə bilərik. Avqust ayında baş verəcək ikinci Super Ay hadisəsi eyni bir ayda ikinci Dolu Ay fazasına təsadüf etdiyindən bu, Super Mavi Ay adlandırılır.
"Ay Yer ətrafında çevrə üzrə deyil, elliptik orbit üzrə hərəkət etdiyindən Ayın Yerdən məsafəsi daim dəyişir. Orbitdə ən yaxın nöqtə perigey, ən uzaq isə apogey adlanır. Lakin Günəşin və planetlərin cazibə sahələrinin təsiri nəticəsində perigey və apogey məsafələri stabil qalmır, periodik olaraq dəyişir. Perigey məsafəsi 356 420 km-dən 369 960 km-ə, apogey məsafəsi isə 404 180 km-dən 406 740 km-ə qədər dəyişə bilir. Son 100 ildə Ayın Yerə maksimal yaxınlaşması 1948-ci il yanvar ayının 26-da baş vermişdi. Bu zaman Aya qədər məsafə 356 462 km olmuşdu. Növbəti belə maksimal yaxınlaşma 2034-cü il noyabr ayının 25-də baş verəcək, bu zaman Aya qədər məsafə 356 447 km (indikindən 734 km daha yaxın) olacaq. Ümumiyyətlə, XXI əsrdə Ayın Yerə ən çox yaxınlaşması 2052-ci il dekabrın 6-da baş verəcək. Bu zaman Aya qədər məsafə 356 424 km olacaq.
Super Ay insanların sağlamlığına təsir göstərmir və daşqınlar, zəlzələlər, vulkan püskürmələri və sunamilər kimi təbiət hadisələrinə səbəb olmur. Onlar yalnız adi Tam Aydakı qabarmalardan bir neçə santimetr yüksək qabarmalara səbəb olur. Super Tam (Dolu) Ay adi Tam Aydan bir qədər böyük və parlaq göründüyünə üçün insanları gecə səmasını öyrənməyə ruhlandırır və astronomiyanı daha da maraqlı edir", - məlumatda deyilir. / oxu.az

Maraqlı       Tarix: 22 avqust 2023
f Paylaş

Oxşar xəbərlər

Səhrada uca göydələnləri, yamyaşıl bağları, fəvvarələri ilə heyrətamiz şəhər - BƏLƏDÇİ + FOTO

Səhrada uca göydələnləri, yamyaşıl bağları, fəvvarələri ilə heyrətamiz şəhər - BƏLƏDÇİ + FOTO. Əbu-Dabi - səhranın üstündə yüksələn şəhərdir. Birləşmiş Ərəb Əmirliklərinin yeddi əmirliyindən biri və ölkənin biznes, siyasi

İllərlə özünü büruzə verməyən təhlükəli xəstəliyin adı AÇIQLANDI

İllərlə özünü büruzə verməyən təhlükəli xəstəliyin adı AÇIQLANDI. Hipertoniya illər boyu aşkar edilmədən ürəyə və böyrəklərə zərər verə bilər. Bu barədə rusiyalı həkim Olqa Malinovskaya məlumat verib. Həkimin sözlərinə görə

Rəssam Cavid Həsənli: "Mənim üzərimdə, sən demə, təcrübə aparırmışlar" - MÜSAHİBƏ + FOTO

Rəssam Cavid Həsənli: "Mənim üzərimdə, sən demə, təcrübə aparırmışlar" - MÜSAHİBƏ + FOTO. "Mən 23 yaşıma qədər evdən çıxmırdım. Ev şəraitinə öyrəşmişdim. Rahatlığımı pozmurdum. Ancaq keçmişdə ilişib qalma

Günəşdəki fırtınanın Yerə kritik təsiri: Partlayışlar mühüm tarazlığı pozub

Günəşdəki fırtınanın Yerə kritik təsiri: Partlayışlar mühüm tarazlığı pozub. Yeni araşdırma göstərir ki, keçən həftə Yer kürəsini vuran güclü Günəş qasırğası fırtınalar dalğasına səbəb ola bilər. Alimlər qrupu son 5 500 i

Avropada minlərlə insanın ölüm səbəbi ilə bağlı maraqlı HESABAT

Avropada minlərlə insanın ölüm səbəbi ilə bağlı maraqlı HESABAT. Avropada hər gün 10 min insanın ürək-damar xəstəliklərindən ölümünün əsas səbəbi həddindən artıq duz istehlakıdır. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatını

Türkiyədə "112"yə qəribə zəng: "Yanğınsöndürən çağırın, ürəyim yanır

Türkiyədə "112"yə qəribə zəng: "Yanğınsöndürən çağırın, ürəyim yanır. Türkiyədə "112" Təcili Zəng Mərkəzinə edilən qəribə müraciət gündəm olub. Bu barədə mərkəzin zənglərlə bağlı hesabatında məluma

Yer kürəsini istiləşmədən qoruyacaq material hazırlanıb

Yer kürəsini istiləşmədən qoruyacaq material hazırlanıb. Tədqiqatçılar karbon qazı və digər istixana qazlarını udan yeni növ məsaməli material hazırlayıblar. Bu barədə "Science Alert" nəşrində dərc olunan məqaləd

Mikrodalğalı sobada yeməyin zəhərə çevrilməməsi üçün nə etməliyik? - Mütəxəssisdən TÖVSİYƏ

Mikrodalğalı sobada yeməyin zəhərə çevrilməməsi üçün nə etməliyik? - Mütəxəssisdən TÖVSİYƏ. "Mikrodalğalı sobada yeməkləri plastik qablarda qızdırmaq məsləhət deyil. Çünki materialdan benzol ayrılır, bu da DNT-nin mutasiyasına və zədələnməsin

Hava dəyişdikdə oynaqlar niyə ağrıyır? - SƏBƏB

Hava dəyişdikdə oynaqlar niyə ağrıyır? - SƏBƏB. "Dayaq-hərəkət aparatının xəstəlikləri, xüsusən də artroz olan xəstələrdə hava şəraiti dəyişdikdə ağrılar artır". Bu barədə rusiyalı revmatoloq Alina Puzakova danışıb


yeni xeberler son xeberler azerbaycan xeberleri xəbər son xeberler bugun 2026 azerbaycan en son xeberler xəbər az