Avropa İttifaqı ABŞ vətəndaşları ilə bağlı qərar verdi

Avropa İttifaqı ABŞ vətəndaşları ilə bağlı qərar verdiAvropa Komissiyası ABŞ vətəndaşlarının Avropa İttifaqına səyahət etmələrinə icazə vermək qərarına gəlib.
Publika.az xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının Brüsseldə yayılan bəyanatında deyilir.
"Avropa İttifaqında səyahətlərə qoyulan müvəqqəti məhdudiyyətlərin tədricən ləğv olunması barədə düzəlişlərdən sonra qadağaların aradan qaldırılacağı ölkələrin, xüsusi inzibati rayonların və digər ərazilərin siyahısı yenilənib. Üzv ölkələr 2021-ci il iyunun 18-dən etibarən aşağıdakı üçüncü ölkələrin vətəndaşları üçün sərhəd məhdudiyyətlərini tədricən aradan qaldırmalıdır. Bu ölkələrə Albaniya, Avstraliya, İsrail, Yaponiya, Livan, Yeni Zelandiya, Şimali Makedoniya, Ruanda, Serbiya, Sinqapur, Cənubi Koreya, Tailand, ABŞ, Çin aiddir", - deyə bəyanatda bildirilir.
Avropa İttifaqı Şurası, həmçinin Çinlə sərhədlərin açılmasının yalnız Pekinin müvafiq addımlarından sonra baş tutacağını vurğulayıb. Sənəddə, həmçinin bu siyahının hər iki həftədən bir yenilənəcəyi qeyd olunur.
Xatırladaq ki, mayın əvvəlində Avropa Komissiyası ittifaq ölkələrinə giriş məhdudiyyətlərinin yumşaldilmasını və Avropa Dərman Vasitələri Agentliyi tərəfindən təsdiqlənən peyvəndlərlə vaksinasiya olunan xarici turistlərin Aİ ərazisinə girişinə icazə verilməsini tövsiyə edib. Avropa İttifaqı ölkələri öz ərazilərinə Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən təcili istifadə üçün tövsiyə edilən preparatlarla vaksinasiya olunan şəxslərin girişinə icazə vermək hüququ da qazanıb.

Dünya       Tarix: 19 iyun 2021
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Böyük Britaniyada rekord sayda yoluxma qeydə alındı

Böyük Britaniyada ötən sutka ərzində koronavirusa 218 724 yoluxma halı qeydə alınıb. "Sinxua"ya istinadla verdiyi xəbərə görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər. Məlumata əsasən, ölkədə koronavirus

Tələblər yerinə yetirilməsə, Saakaşvili aclığa başlayacaq

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili əcnəbi həkimlərin və vəkillərin onunla məxfi görüşməsinə icazə verilməsini tələb edir. Əks təqdirdə, siyasətçi yanvarın 6-da yenidən aclıq aksiyasına başlayacaq. -a istinadl

Avropa iki aydan sonra qazsız qala bilər

"Avropanın şaxtalı hava və anbarlardakı mavi yanacaq ehtiyatlarının az olması səbəbindən yaxın iki ayda qazsız qalma riski var". xəbər verir ki, bu barədə "Bloomberg" nəşrində dərc edilən məqladə yer alıb

İrkutskda DƏHŞƏT: 5 nəfər diri-diri yanaraq öldü

Rusiyanın İrkutsk vilayətində baş verən yanğında 5 nəfər ölüb. Ölənlərdən üçü qadın, biri kişi, bir də 11 yaşlı uşaqdır. xəbər verir ki, İrkutsk vilayətinin Xomutovo kəndində taxta ikimərtəbəli yaşayış evində yanğın haqqınd

Almatı şəhərinə giriş və çıxış bağlanıb

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Mangistau vilayətində və Almatı şəhərində komendant saatının tətbiq edilməsi haqqında sərəncamlar imzalayıb. xəbər verir ki, Almatı şəhərinə giriş və çıxış qadağandır. Komendan

Tokayev gənclərə ÇAĞIRIŞ ETDİ: "Həyatınızı zəhərləməyin"

Xəbər verdiyimiz kimi Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev hökumətin Manqistau vilayətində maye qazın qiymətinin aşağı salınması qərarından sonra nümayişçilərə müraciət edib. TASS-a istinadla xəbər verir ki, o, müraciətind

Dünyada 45 jurnalist iş başında öldürülüb - 2021-Cİ İLDƏ

2021-ci ildə dünyanın 20 ölkəsində 45 jurnalist və media işçisi peşə borcunu yerinə yetirərkən baş vermiş insidentlər nəticəsində qətlə yetirilib. -ın məlumatına görə, Beynəlxalq Jurnalistlər Federasiyasının (IJF) paylaşdığ

İranda son sutkada koronavirusdan 41 nəfər öldü

İranda ötən sutka ərzində 1 510 nəfər koronavirusa (COVID-19) yoluxub, 41 nəfər ölüb. xəbər verir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib. Bununla da İranda bu virusdan ölənlərin sayı 131 68

Haitinin Baş nazirinə sui-qəsd cəhdi oldu

Naməlum şəxslər Haitinin Baş naziri Ariel Anriyə qarşı sui-qəsd törətmək istəyiblər. "Telesur" kanalına istinadla xəbər verir ki, hadisə Qonaiv şəhərində ölkənin 218 illiyi münasibətilə keçirilən tədbirdə baş verib


yeni xeberler azerbaycan xeberleri son xeberler cəbhədən son görüntülər xabar az valyuta mezennesi banklar xeberler bu qun