Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır

Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdırAvropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen iyulun1-də Azərbaycana səfəri Azərbaycan–Avropa İttifaqı münasibətlərinin keyfiyyətcəyeni mərhələyə qədəm qoyduğunu göstərən mühüm siyasi hadisədir. Həmin gün AzərbaycanRespublikasının Prezidenti İlham Əliyevin Avropa Komissiyasının Prezidenti ilə görüşüolub, mətbuata bəyanatlarla çıxış ediblər.
Görüşdə Azərbaycanla Ermənistan arasındamünasibətlərin normallaşdırılması, dayanıqlı sülhün təmin olunması, ikitərəfliticarət münasibətlərinin başlanması, həmçinin Azərbaycandan Ermənistana neft vəneft məhsullarının ixracı və üçüncü ölkələrdən Ermənistana ixrac olunan məhsullarınAzərbaycan ərazisindən tranzit keçidi müsbət dəyərləndirildi. Söhbət zamanı MərkəziAsiya ilə Avropa arasında regional bağlantılarda Azərbaycanın vacib rolu qeydolundu, ölkəmizlə Avropa İttifaqı arasında enerji sahəsində uğurlu əməkdaşlığınhəyata keçirildiyi vurğulandı. Eyni zamanda Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəroluna toxunularaq, onun etibarlı tərəfdaş olması, ölkəmizdən Avropa İttifaqınaqaz ixracının həcminin artması məmnunluqla qeyd edildi.
Son dörd ildə Azərbaycanın Avropa İttifaqına qaz ixracının təxminən65 faiz artması, artıq Aİ-nin 10 üzv dövlətinin Azərbaycan qazı alması təsdiqləyirki, Avropa alternativ enerji mənbələri axtararkən ən etibarlı tərəfdaşlardanbirini məhz Azərbaycanda tapıb. 2022-ci ildə imzalanmış "AvropaKomissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı ilə AzərbaycanRespublikası arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair AnlaşmaMemorandumu" bu gün konkret iqtisadi nəticələr verir və Brüssel bunu açıq şəkildəetiraf edir. Lakin münasibətlər artıq yalnız qaz üzərində qurulmur. Dövlətbaşçımızın açıqladığı rəqəmlər gələcəyin enerji xəritəsinin də Azərbaycandaformalaşdığını göstərir. Ursula Fon der Lyayenin də çıxışında Azərbaycanın təmizenerji və elektrik bağlantıları üzrə böyük potensiala malik olduğunuvurğulaması bu baxışın Brüsseldə də bölüşüldüyünü göstərir.
Qeyd etdiyim kimi görüşdə diqqətçəkən ən mühüm siyasi mesajlardan biri dəsülh prosesi ilə bağlı idi. Prezident İlhamƏliyev bildirdi ki, Azərbaycan və Ermənistan arasında de-fakto sülh artıqqurulub və Bakı bunun praktik nəticələrini göstərmək üçün konkret addımlaratır. Ermənistana tranzit məhdudiyyətlərinin aradan qaldırılması, yanacaqixracının başlanması regionda yeni iqtisadi münasibətlər modelininformalaşdığını göstərir. Dövlətimizin başçısının "Biz göstəririkki, sülh bizim üçün artıq hiss olunan məfhumdur, onu hiss edə bilirik və sülh şəraitindəyaşamağı öyrənirik" fikri əslində Azərbaycanın yeni regional strategiyasınınmahiyyətini ifadə edir. Burada diqqətçəkən başqa məqam Avropa Komissiyasının dabu prosesi açıq şəkildə dəstəkləməsi və regional əməkdaşlığın genişləndirilməsiüçün maliyyə və siyasi dəstək verməyə hazır olduğunu bəyan etməsidir.
Bütün bunlar onu göstərir ki, Prezident İlham Əliyevin həyata keçirdiyi çoxşaxəlivə balanslaşdırılmış xarici siyasət nəticəsində Azərbaycan dünyanın əsas güc mərkəzləriilə etibarlı tərəfdaşlıq münasibətləri qurub. Bu səfər isə tərəflər arasında əməkdaşlığındaha da genişləndirilməsi, mövcud tərəfdaşlığın möhkəmləndirilməsi vəqarşılıqlı maraqlara əsaslanan əlaqələrin yeni mərhələyə yüksəldilməsi məqsədidaşıyırdı.
Hümbət Hüseynov
Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasının sədri, AvropaŞurasında Yerli və Regional Hakimiyyətlər Konqresində Azərbaycan nümayəndə heyətininüzvü / azxeber.com

Siyasi       Tarix: 04 iyul 2026
f Paylaş

Oxşar xəbərlər

Ermənistan parlamenti TRIPP sazişini təsdiqlədi: Vaşinqtonla bağlı qalmaqallı sənəd qəbul olundu

Ermənistan parlamenti Ermənistan ilə ABŞ arasında "Tramp Beynəlxalq Sülh və Rifah Marşrutu" (TRIPP) layihəsi üzrə strateji əməkdaşlıq haqqında çərçivə sazişini rəsmən ratifikasiya edib. xəbər verir ki, Ermənista

Xidməti maşından şəxsi maraqlar üçün istifadə - Qadağan olunur

Vəzifəli şəxslərin xidməti maşınlarından istifadəsi ilə bağlı qanunvericiliyə dəyişiklik olunur. Bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və Müdafiə, təhülkəsizlik və korrupsiya ilə mübaizə komitəsinin bu gü

Beynəlxalq axtarışda olan şəxs Albaniyada tutularaq Azərbaycana ekstradisiya edilib

İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilən və yeri Albaniya Respublikasında müəyyən edilən daha bir şəxs oktyabrın 29-da nazirlik tərəfindən Azərbaycana ekstradisiya olunub. Bu barəd

"Heqset belə düşünməkdə yanılır" - Zelenskidən vacib etiraf

Prezident Volodimir Zelenski bildirib ki, ABŞ-ın müdafiə naziri Pit Heqset Ukraynanın hava hücumundan müdafiə sistemləri üçün raket tədarükü məsələsinin həll olunduğunu düşünməkdə yanılır. xəbər verir ki, Zelenski ABŞ tərəfində

İlham Əliyev Türkiyəyə getməyəcək - Təcili

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev əvvəlcədən planlaşdırılmış tədbirlərdə iştirak edəcəyi və iş qrafikinin sıxlığı səbəbindən Türkiyədə keçiriləcək Türk Dövlətləri Təşkilatının Zirvə görüşündə iştirak ed

Rusiya-Ukrayna münaqişəsində yeni diplomatik mərhələ: Nələr dəyişə bilər?

"Rusiya və Ukrayna arasında qarşılıqlı təhlükəsizlik təminatlarının müzakirəsi münaqişənin həlli istiqamətində mühüm diplomatik addımdır. Lakin bu proses yalnız iki ölkənin mövqeləri ilə məhdudlaşmır. Burada NATO-nu

İrəvanın sülh oyunu: Konstitusiya dəyişikliyi niyə yubadılır?

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülh sazişinin imzalanmasının vacibliyini dəfələrlə bəyan etsə də, prosesin yekunlaşması ilə bağlı fikir ayrılıqları gündəmdə qalır. Ermənistan Konstitusiyasının dəyişdirilməsi

Azərbaycan sədrliyi Türkiyəyə təhvil verdi

Oktyabr 30-da Ankarada Türk Dövlətləri Təşkilatı (TDT) Dövlət Başçıları Şurasının 13-cü Zirvə görüşü keçirilib. xəbər verir ki, "Türk əsri: Dildə, fikirdə və əməldə birlik" şüarı altında təşkil olunan zirvədə Türkiyə

İran səfirindən Azərbaycanla bağlı açıqlama

Bu gün dünyada cinayətkarlığa qarşı ancaq bir dövlət və ya hökumətin ərazisində mübarizə aparıla bilməz. report-a istinadla xəbər verir ki, bu fikirləri İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Müctəba Dəmirçil


yeni xeberler son xeberler azerbaycan xeberleri en son xeberler son xəbər iqtisadiyyat xeberleri bugun hava haqqinda